Məhkəmə qərarları › İş №2(006)-4745/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4745/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4745/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, iddiaçı Rəhı̇ mov Mı̇ rzə Rəhı̇ m Paşa oğunun cavabdeh "xxxx" ASC-yə qarşı Azərbaycan Respublikasının Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə "restruktruzsiya" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rəhı̇ mov Mı̇ rzə Rəhı̇ m Paşa oğunun cavabdeh "xxxx" ASC-yə qarşı Azərbaycan Respublikasının Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə "restruktruzsiya" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Rəhı̇ mov Mı̇ rzə Rəhı̇ m Paşa oğu məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-8928/2021 saylı mülki iş üzrə 02.11.2021-ci ildə barışıq sazişi bağlanılmış və həmin məhkəmə tərəfindən barışıq sazişi təsdiq edilmişdir. Belə olan halda, məhkəmənin icraatında olan mülki işə mahiyyəti üzrə baxılmasına zərurət qalmamışdır. Eləcə də, həmin barışıq sazişinin 6-cı bəndində İddiaçı Nəsimi Rayon Məhkəməsində Banka qarşı qaldırdığı iddia tələblərindən imtina etməyi öhdəsinə götürmüşdür. Mübahisənin artıq barışıq sazişi ilə həll edildiyini və iddia tələbində göstərilən məbləğin 28 ay müddətində faizlər hesablanmadan ödənilməsi barədə qarşılıqlı razılığa gəlindiyini nəzərə alaraq, 2(006)-4745/2021 saylı mülki iş üzrə iddia tələblərindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizədə, həmçinin, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddiaçının iddia tələblərindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən təsdiq edilməli və onun cavabdeh "xxxx" ASC-yə qarşı Azərbaycan Respublikasının Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə "restruktruzsiya" tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.4, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Rəhı̇ mov Mı̇ rzə Rəhı̇ m Paşa oğunun cavabdeh "xxxx" ASC-yə qarşı Azərbaycan Respublikasının Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə "restruktruzsiya" tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası təsdiq edilsin və hazırkı mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar