Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4748/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.10.2016-cı il tarixli 06/TD16/097 saylı «Tələbli» X7 əsasən onun tərəfindən ləğvetmə prosesində olan "xxxx" ASC-yə yerləşdirilən 346.515 ABŞ dolları məbləğində qorunan əmanətin 2.581 ABŞ dolları məbləğində əsas borc, 53 ABŞ dolları 94 sent faiz olmaqla, cəmi 2.634 ABŞ dolları 94 sent məbləğini təşkil edən qalıq hissəsinə görə həmin məbləğdə kompensasiyanın, ödənilmiş 30 manat dövlət rüsumunun, 632 ABŞ dolları 28 sent məbləğində dəymiş zərərin, 500 manat məbləğində vəkilə ödənilmiş xərcin cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə tərəfindən 27.10.2016-cı il tarixli 06/TD16/097 saylı «Tələbli» X7 əsasən onun Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddətin ötürülmüş hesab edildiyi təqdirdə həmin müddətin bərpası; 27.10.2016-cı il tarixli 06/TD16/097 saylı «Tələbli» X3 əsasən onun tərəfindən ləğvetmə prosesində olan "xxxx" ASC-yə yerləşdirilən 346.515 ABŞ dolları məbləğində qorunan əmanətin 2.581 ABŞ dolları məbləğində əsas borc, 53 ABŞ dolları 94 sent məbləğində faiz olmaqla, ümumilikdə 2.634 ABŞ dolları 94 sent məbləğini təşkil edən qalıq hissəsinə görə həmin məbləğdə kompensasiyanın; hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 632 ABŞ dolları 28 sent məbləğində dəymiş zərərin, 500 manat məbləğində vəkilə ödənilmiş xərcin cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Ləğvetmə prosesində olan "xxxx" ASC ilə iddiaçı - əmanətçi X5 (AZE № ********) arasında bağlanmış 27.10.2016-cı il tarixli 06/TD16/097 saylı «Tələbli» X7 əsasən 346.515 USD məbləğində pul vəsaiti əmanətçi tərəfindən Banka bank əmanəti (depozit) kimi yerləşdirilmişdir. Sözügedən depozit «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzvü olan iştirakçı Bank tərəfindən tam şəkildə sığortalanmışdır. Qeyd olunan xüsusat Müqavilənin 5.7-ci bəndində də öz əksini tapmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mərkəzi X8 12.05.2020-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası ləğv edilmiş və sığorta hadisəsi günü kimi 2020-ci ilin 28 aprel tarixi müəyyən olunmuşdur. Bankda sığorta hadisəsi hesab edilən günə (28.04.2020) əmanətçi İddiaçı məxsus qalıq əmanət məbləği 2581,0 USD məbləğində əsas borc, 53,94 USD məbləğində faiz borcu olmaqla, ümumilikdə 2634,94 USD məbləğini təşkil etmişdir. Cavabdeh Fond tərəfindən müvafiq kompensasiyanın ödənilməməsinə səbəb kimi şifahi qaydada əmanətçinin «Müqavilənin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini təqdim edə bilməməsi» bildirilmişdir. Halbuki, qeyd olunan imtina səbəbi tamamilə əsassız, absurddur və Fond tərəfindən yazılı qaydada əsaslandırılmamışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Müqavilə bağlandığı andan Bank tərəfindən əmanətçiyə Müqavilənin əsli deyil, yalnız müqavilənin Bankın müvafiq sisteminə yerləşdirilmiş skan formasının surəti təqdim edilmişdir. Müqavilə bağlandığı andan etibarən Bankda sığorta hadisəsi baş verən ana kimi Müqavilə üzrə bütün əməliyyatlar (əmanətin müəyyən hissələrinin əmanətçi tərəfindən geri götürülməsi, əmanətə görə hesablanmış faizlərin əmanətçi tərəfindən qəbul edilməsi) əmanətçinin Banka yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etməklə icra olunmuşdur. Bundan əlavə, Müqavilənin 10.2-ci bəndinə uyğun olaraq, Müqavilə iki eyni hüquqi qüvvəyə malik nüsxədə tərtib edilmiş, Müqavilənin nüsxələri Müqavilə Tərəflərində saxlanılır. Bu müddəadan da aydın olur ki, hər bir halda Müqavilənin bir nüsxəsi Bankda, Bankda sığorta hadisəsi baş verdiyi andan etibarən isə aidiyyəti üzrə təhvil verilərək onun ləğvedicisində - yəni Fondda saxlanılmalıdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, əmanətçi İddiaçı ilə bağlanılmış müqavilə icra edilməmiş müqavilədir və hazırki ana kimi Bankda və ya onun ləğvedicisində saxlanılmalıdır. Müqavilənin əslinin və ya lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməsinə dair ləğvedici Fonda 25 may 2021-ci il tarixli sorğu ilə yazılı qaydada müraciət etsə də, həmin müraciəti bugünədək təmin edilməmişdir. Bankla əmanətçi arasında bağlanmış 27.10.2016-cı il tarixli 06/TD16/097 saylı «Tələbli» X9 mülki qanunverciliyin tələblərinə tam uyğun qaydada - yazılı şəkildə bağlanmışdır. Əmanətçi İddiaçı aid əmanət məbləği (346515 USD məbləğində pul vəsaiti) Bank tərəfindən qəbul edilmiş, əmanətçiyə Bankda AZ57NBCB4112006ÜSD********** saylı əmanət hesabı açılmışdır (Müqavilənin 6.1-ci bəndi). Müvafiq hesaba dair Bank tərəfindən alınmış çıxarışlar bir daha sübut edir ki, qeyd olunan əmanət məbləği 27.10.2016-ci il tarixdə Banka yerləşdirilmiş, Bank isə öz növbəsində həmin əmanət məbləğini qəbul etmiş, Müqavilənin şərtlərinə əsasən həmin əmanət məbləğinə sığorta hadisəsi gününə qədər faizlər hesablanmış, hazırda isə əmanətçiyə qaytarılmayan əmanət məbləği mövcuddur. Mübahisənin məhkəmədən kənar həlli ilə bağlı yazılı qaydada Fonda 31 may 2021-ci il tarixli müraciət ünvanlasa da, həmin müraciəti bügünədək təmin edilməmişdir. Sözügedən müraciətdə bildirilmişdir ki, əmanətçi X4 ödənilməli olan kompensasiyanın ödənişi 3 iş günü ərzində təmin edilmədiyi halda məhkəməyə müraciət olunacaq, qalıq əmanət məbləğinə görə ödənilməli olan kompensasiya ilə yanaşı, vəkilə ödənilmiş xərclər, məhkəmədə iddianın qaldırılması üçün ödəniləcək dövlət rüsumu, həmçinin əmanətçinin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) Fonddan tələb ediləcəkdir. S.Ağalarovna ilə Bakı şəhəri 15 saylı Vəkil Bürosu arasında 21 may 2021 -ci il tarixli 283 nömrəli «Hüquqi yardımın göstərilməsi haqqında» Müqavilə bağlanılmışdır. Həmin Müqaviləyə əsasən göstəriləcək hüquqi yardımla iddiaçı tərəfindən vəkilə 500 manat xidmət haqqı ödənilmişdir. Bankda sığorta hadisəsi baş verdiyi tarixdən artıq 1 ildən - 12 aydan çox vaxt keçir. Həmin müddət ərzində əmanətçi ona ödənilməli olan 2634,94 USD məbləğini digər bir Banka yatırım edərək, müəyyən gəlir əldə edə bilərdi. Nəzərə alınsa ki, analoji banklarda xarici valyutada əmanət faizi təxminən aylıq 2 % təşkil edir, bir aylıq əldə olunacaq gəlir 52,69 USD (= 2634,94 x 2 %), 12 aylıq gəlir isə 632,28 USD (= 52,69 x 12) təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil daha sonra izahatında bildirdi ki, hazırkı mülki iş üzrə 28 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmənin baxış iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia tələbinə etiraz edərək iddiaçı tərəfindən əmanətə görə kompensasiya ödənişi ilə bağlı qanunla müəyyən edilmiş bir illik müddətin buraxıldığını bildirmişdir. Belə ki, nümayəndə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarda yazılı qaydada cavabdeh təşkilata ünvanlanmış müraciət kimi yalnız 31 may 2021-ci il tarixli ərizənin olmasını əsas gətirərək, 16 may 2021-ci il tarixdən etibarən LPO "xxxx" ASC-nin əmanətçilərinin ərizə qəbulunun müddətinin bitmiş olmasını, bununla da iddiaçı tərəfindən sözügedən müddətin buraxıldığını bildirmişdir. Məsələyə cavabdehin nümayəndəsinin qeyd edilən mövqeyindən yanaşılsa, belə nəticəyə gəlmək olar ki, iddiaçı tərəfindən 31 may 2021-ci il tarixədək cavabdeh təşkilata müraciət edilməmişdir. Halbuki, bu, tamamilə absurddur və ağlabatan deyil. Belə ki, 31 may 2021-ci il tarixli müraciət vəkil tərəfindən yazılmışdır və həmin müraciətin özündə belə əvvəlki vaxtlarda əmanətçi İddiaçı tərəfindən kompensasiya ödənişi ilə bağlı müraciətlərin edildiyi və bu müraciətlərə əsassız, xüsusilə də müqavilənin əslinin və təsdiq edilmiş surətinin təqdim edilməməsi kimi bəhanələrlə imtina verildiyi qeyd edilmişdir. Digər tərəfdən, nümayəndə öz izahatında bildirmişdir ki, iddiaçıya milli valyutada kompensasiya ödənişi təklif edilsə də, iddiaçı bundan imtina etmişdir. Bu da özlüyündə iddiaçının daha əvvəl müraciətinin olması faktını təsdiq edir. Lakin, bütün bunlara baxmayaraq, iddiaçının 16 may 2021-ci il tarixədək cavabdeh təşkilata ünvanlanmış yazılı ərizəsinin surətini və onun çatmasını təsdiq edən sənədi özündə saxlamaması səbəbindən, bununla bağlı sübutun məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən 27.10.2016-cı il tarixli 06/TD16/097 saylı «Tələbli» X7 əsasən iddiaçı X1 Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddətin ötürülmüş hesab edildiyi təqdirdə həmin müddətin bərpası, 27.10.2016-cı il tarixli 06/TD 16/097 saylı «Tələbli» X7 əsasən iddiaçı X5 tərəfindən ləğvetmə prosesində olan "xxxx" ASC-yə yerləşdirilən 346515 USD məbləğində qorunan əmanətin 2581,0 USD məbləğində əsas borc, 53,94 USD məbləğində faiz olmaqla, ümumilikdə 2634,94 USD məbləğini təşkil edən qalıq hissəsinə görə həmin məbləğdə kompensasiyanın, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 632,28 USD məbləğində dəymiş zərərin, 500 manat məbləğində vəkilə ödənilmiş xərcin cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən alınaraq iddiaçı X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və çıxışında onu bildirdi ki, biz iddiaçının hesabında iddia tələbində göstərilən məbləğdə pul vəsaiti olduğunu danmırıq, sadəcə iddiaçı müraciət edərkən müqavilənin əslini təqdim etmədiyindən biz onun tələbini təmin edə bilmirik, habelə iddianın dəymiş zərərlə bağlı hissəsinə münasibət bildirərək iddiaçı tərəfindən əsaslandırılmadığından, həmçinin iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilmiş pul məbləğinin Fonddan tutulmasının qəbuledilməz olduğunu qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdeh iddiaçıya əmanəti qaytarmaqdan imtina etməsini iddiaçı tərəfindən Fonda əmanət müqaviləsinin əslini təqdim etməməsidir. Cavabdeh tərəf qeyd edir ki, iddiaçının adına olan hesabda pul vəsaiti var, lakin iddiaçının hüququnu tanımırlar. Çünki, «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinin tələbinə görə iddiaçı tərəf müqavilənin əslini təqdim edə bilmir. İşin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı ilə LPO Bank arasında əmanət müqaviləsi bağlanarkən, iddiaçıya müqavilənin əsli təqdim edilməmişdir. İddiaçının Fonda müqavilənin əslini təqdim edə bilməməsində təqsirli hərəkət, yaxud hərəkətsizliyə yol verən tərəf LPO Bankdır. Bu səbəbdən, Fondun bu əsasla əmanəti və digər ödənişləri qaytarmaqdan imtina etməsi əsassızdır. İddiaçının LPO bankda real olan əmanəti vardır və iddiaçının hüququ çatan pul vəsaiti özünə qaytarılmalıdır. Cavabdeh tərəfin əmanəti qaytarmaqdan imtina etməsi üçün istinad etdiyi digər bir əsas, iddiaçının qanunla müəyyən edilmiş 1 illik müddəti ötürməsidir. Lakin işin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən həmin müddət də ötürülməmişdir. Çünki, "xxxx" ASC-yə 16 may 2021-ci il tarixdən etibarən həmin bankın əmanətçilərinin ərizə qəbulunun müddəti bitsə də, artıq həmin tarixə qədər iddiaçı Fonda bir neçə dəfə müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili sonuncu dəfə 31 may 2021-ci il tarixdə Fonda müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı ilə LPO "xxxx" ASC arasında bağlanmış 27.10.2016-cı il tarixli 06/TD16/097 saylı «Tələbli» X7 əsasən iddiaçı həmin banka 27 oktyabr 2016-cı il tarixdə əmanət yerləşdirmişdir. İddiaçının hazırda həmin bankda 346.515 ABŞ dolları məbləğində qorunan əmanətin - 2.581 ABŞ dolları məbləğində əsas borc, 53 ABŞ dolları 94 sent faiz olmaqla, cəmi 2.634 ABŞ dolları 94 sent məbləğini təşkil edən qalıq hissəsi mövcuddur. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsinə əsasən əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Mülki Məcəllənin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Mülki Məcəllənin 959.1-ci maddəsinə əsasən bank müştərinin hesabına daxil olmuş pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda və ya bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın. Mülki Məcəllənin 954.2-ci maddəsinə əsasən bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. Mülki Məcəllənin 966-cı maddəsinə əsasən müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir. Mülki Məcəllənin 951-ci maddəsinə əsasən əgər X9ndə ayrı qayda nəzərdə tutulmayıbsa, əmanətçinin əmanət üzrə hesabına dair lazımi məlumat göstərilməklə banka onun adına üçüncü şəxslərdən daxil olmuş pul vəsaiti əmanət üzrə hesaba daxil edilir. Həm də nəzərdə tutulur ki, əmanətçi həmin şəxslərdən pul vəsaiti almağa razılığını ifadə edərək, onlara əmanət üzrə hesaba dair lazımi məlumat vermişdir. Mülki Məcəllənin 952.1-ci maddəsinə əsasən əmanət banka müəyyən üçüncü şəxsin adına qoyula bilər. Əgər X9ndə ayrı müddət nəzərdə tutulmayıbsa, həmin şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan əmanətçi hüququ qazanır. Xeyrinə əmanət qoyulan fiziki şəxsin və ya hüquqi şəxsin adının göstərilməsi müvafiq X9nin mühüm şərtidir. Göründüyü kimi, iddiaçının hüquqları pozulmuşdur, ona ödənilməli olan pul vəsaiti qaytarılmamışdır. İddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 27.10.2016-cı il tarixli 06/TD16/097 saylı «Tələbli» X7 əsasən iddiaçının Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət ötürülməmiş hesab edilməli, 27.10.2016-cı il tarixli 06/TD16/097 saylı «Tələbli» X3 əsasən iddiaçı tərəfindən "xxxx" ASC-yə yerləşdirilən 346.515 ABŞ dolları məbləğində qorunan əmanətin 2.581 ABŞ dolları məbləğində əsas borc, 53 ABŞ dolları 94 sent məbləğində faiz olmaqla, ümumilikdə 2.634 ABŞ dolları 94 sent məbləğini təşkil edən qalıq hissəsinə görə həmin məbləğdə kompensasiya (2.634 ABŞ dolları 94 sent) ödəniş anı üçü Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 500 manat məbləğində vəkilə ödənilmiş xərcin İddiaçı ödənilməsi öhdəliyi ləğvedici Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Çünki, iddiaçı ona 632 ABŞ dolları 28 sent məbləğində real zərər vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27.10.2016-cı il tarixli 06/TD16/097 saylı «Tələbli» X7 əsasən iddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət ötürülməmiş hesab edilsin. 27.10.2016-cı il tarixli 06/TD16/097 saylı «Tələbli» X7 əsasən iddiaçı tərəfindən "xxxx" ASC-yə yerləşdirilən 346.515 ABŞ dolları məbləğində qorunan əmanətin 2.581 (iki min beş yüz səksən bir) ABŞ dolları məbləğində əsas borc, 53 (əlli üç) ABŞ dolları 94 (doxsan dörd) sent məbləğində faiz olmaqla, ümumilikdə 2.634 (iki min altı yüz otuz dörd) ABŞ dolları 94 (doxsan dörd) sent məbləğini təşkil edən qalıq hissəsinə görə həmin məbləğdə kompensasiya (2.634 ABŞ dolları 94 sent) ödəniş anı üçü Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 500 manat məbləğində vəkilə ödənilmiş xərcin İddiaçı ödənilməsi öhdəliyi ləğvedici Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4748/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4748/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver