Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4760/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı Bayramova (Səfərova) Lalə Fəxrəddin qızı və cavabdeh Bayramov Cavabdeh iştirakları ilə İddiaçı Bayramova (Səfərova) Lalə Fəxrəddin qızının cavabdeh Bayramov Cavabdeh qarşı «aliment məbləğinin həcminin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bayramova (Səfərova) Lalə Fəxrəddin qızının cavabdeh Bayramov Cavabdeh qarşı «aliment məbləğinin həcminin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Bayramlı Nəcəf Cavabdeh oğlu, xx.xx.2014-cü il tarixdə Bayramlı Əziz Cavabdeh oğlu və xx.xx.2016-cı il tarixdə Bayramlı Ömür Cavabdeh oğlu doğulmuşdur. Cavabdehlə aralarında nikah Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və uşaqlar ananın yanında qalması müəyyən edilmişdir. Məhkəmənin həmin tarixli qətnaməsi ilə hər bir uşağa bir 100 manat aliment məbləği hesablanmışdır. Uşaqları tək böyütdüyünü, saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini qeyd edərək iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, cavabdeh Bayramov Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Bayramlı Nəcəf Cavabdeh oğlunun, xx.xx.2014-cü il təvəllüdlü Bayramlı Əziz Cavabdeh oğlunun və xx.xx.2016-cı il təvəllüdlü Bayramlı Ömür Cavabdeh oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat, cəmi 510 manat sabit pul məbləğinin tutularaq, iddiaçı X1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bayramov Cavabdeh aliment məbləğinə etiraz edərək gəlirlərinin az olmasını və ümumi gəlirinin 500 manat olmasını əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahalarını və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-4095/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Bayramov Cavabdeh ilə X3 arasında xx xxxx 2009-cu il tarixdə bağlanmış və Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxx 2009-cu il tarixli nikah pozulmuş, uşaqlar ananın himayəsinə verilmiş, xx.xx.2011-ci il təvəllüdlü Bayramlı Nəcəf Cavabdeh oğlu, xx.xx.2014-cü il təvəllüdlü Bayramlı Əziz Cavabdeh oğlu və xx.xx.2016-cı il təvəllüdlü Bayramlı Ömür Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment Bayramov Cavabdeh tutularaq X2 verilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016cı il tarixli Qərarı). Beləliklə, yuxarıda göstərilən məhkəmə qərarları ilə iş üzrə əhəmiyyət kəbs edən bir sıra faktlar (tərəflərin birgə nikahdan övladlarırnın olması, cavabdehin başqa nikahdan da övladlarının olması və s.) sübuta yetirilmişdir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında tərəflərin uşaqlarının saxlanılması üçün 100 (bir yüz) manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və aylıq 170 manat olmaqla cəmi 510 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə iddianın qismən təmin edilməli və 135 (bir yüz otuz beş) manat məbləğində aliment tutulmalı olduğu qənaətinə gəlmişdir. Belə ki, əvvəlki tarixdə (Nəsimi Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi) alimentin miqdarı 100 manat məbləğ müəyyən edildiyindən, 2020-ci il tarixdə isə Nazirlər Kabinetinin müvafiq dolanacaq xərclərinin müəyyən edilməsi barədə qərarına əsasən uşaqlar üçün müəyyən edilən məbləğ artmışdır. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Bundan başqa iddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək normaların mənasından da göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda cavabdehin maddi vəziyyətini, özünün dediyinə görə 500 manat məbləğində gəlirinin olmasını, eyni zamanda xx.xx.2011-ci il təvəllüdlü Bayramlı Nəcəf Cavabdeh oğlunun, xx.xx.2014-cü il təvəllüdlü Bayramlı Əziz Cavabdeh oğlunun və xx.xx.2016-cı il təvəllüdlü Bayramlı Ömür Cavabdeh oğlunun minimum təminat səviyyəsini nəzərə alaraq, hesab edir ki, uşaqlar yetkinlik yaşına çatanadək sabit pul məbləği kimi alimentin 135 manat müəyyən edilməsi həm uşağların, həm də cavabdehin mənafeyinə uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması hər iki valideynin vəzifəsidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə,məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Bayramov Cavabdeh iddiaçı Bayramova (Səfərova) Lalə Fəxrəddin qızının xeyrinə tutulan alimentin miqdarı artırılaraq xx.xx.2011-ci il təvəllüdlü Bayramlı Nəcəf Cavabdeh oğlu, xx.xx.2014-cü il təvəllüdlü Bayramlı Əziz Cavabdeh oğlu və xx.xx.2016-cı il təvəllüdlü Bayramlı Ömür Cavabdeh oğlu yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 135 (bir yüz otuz beş) manat sabit pul miqdarında müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bayramov Cavabdeh Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Bayramova (Səfərova) Lalə Fəxrəddin qızının xeyrinə tutulan alimentin miqdarı artırılaraq xx.xx.2011-ci il təvəllüdlü Bayramlı Nəcəf Cavabdeh oğlunun, xx.xx.2014-cü il təvəllüdlü Bayramlı Əziz Cavabdeh oğlunun və xx.xx.2016-cı il təvəllüdlü Bayramlı Ömür Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üzrə ayrı ayrılıqda olmaqla bir uşaq üçün hər ay 135 (bir yüz otuz beş) manat pul miqdarında aliment tutularaq iddiaçı Bayramova (Səfərova ) Lalə Fəxrəddin qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4760/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4760/2020
29.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver