Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4776/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxxxxx» KB ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» KB ASC cavabdeh (vərəsə) Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 427,19 ABŞ dolları əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh-vərəsə Cavabdeh iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxx» KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, kreditor «xxxxxxx» KB ASC ilə borclu X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25 % ödəmək şərti ilə 3.600 ABŞ dolları məbləğində kredit verilmişdir. X5 vəfat etdiyi müəyyən olduğundan tərəflərindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıbaçılmaması haqqında məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı Notariat Kontoruna xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli cavab məktubu ilə X5 vəfat etməsi ilə əlaqədar vərəsə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borcalan X5 hüquqi varisi kimi Cavabdeh müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə «xxxxxxx» KB ASC-yə 427,19 ABŞ dolları əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı Notariat Kontorunun borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdıqları işlə bağlı Cavabdeh borclu X5 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olub. Cavabdeh borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 1741nkCNTR/15 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı «xxxxxxx» KB ASC tərəfindən cavabdeh X6 36 ay müddətinə illik 25 % ödənilməsi şərti ilə 3.600 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X5 «xxxxxxx» KB ASC-yə 1741nkCNTR/15 saylı müqaviləyə əsasən xx.xx.2020-ci il tarixə 427,19 ABŞ dolları əsas borcunun olması qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 248 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxx 2016cı il tarixdə kəskin koronar çatışmamazlığından vəfat etmişdir. «xxxxxxx» KB ASC tərəfindən kredit borcu tələbi ilə bağlı məhkəməyə müraciət olunması üçün X5 əmlakı üzərində vərəsənin (vərəsələrin) kimliyi və miras əmlakının həcmi barədə məlumat verilməsi məqsədi ilə Bakı şəhəri 13 saylı Notariat Kontoruna müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 113 saylı cavab məktubunda xx.xx.2016-cı il tarixdə vəfat etmiş, ünvan 2 ünvanında qeydiyyatda olmuş X4 miras qalmış əmlakına dair tərəflərindən vərəsəlik işinin açılması, qızı Cavabdeh vərəsəlik şəhadətnaməsi verilməsi qeyd olunmuşdur. xx.xx.2017-ci tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx xxxx 2016-cı ildə vəfat etmiş X5 vərəsəsi, ünvan 2 ünvanında qeydiyyatda olan qızı Cavabdehdır, o bu miras əmlakdan irs almalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, X7 yuxarıda qeyd olunan müqavilə üzrə «xxxxxxx» KB ASC-dən 3.600 ABŞ dolları kredit almışdır. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən X5 «xxxxxxx» KB ASC-yə 1741nkCNTR/15 saylı müqaviləyə əsasən xx.xx.2020-ci il tarixə 427,19 ABŞ dolları əsas borcunun olması qeyd olunmuşdur. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olur ki, X7 xx xxxx 2016-cı il tarixində vəfat etmişdir. İddiaçı «xxxxxxx» KB ASC tərəfindən borc alanın hüquqi varisinin müəyyən olunması məqsədi ilə Bakı şəhəri 13 saylı Notariat Kontoruna müraciət edilmişdir. Müraciətə cavab olaraq xx.xx.2016-cı il tarixdə vəfat etmiş X5 vərəsəsinin Cavabdeh olduğu bildirilmişdir. Belə olan halda, «xxxxxxx» KB ASC-nin kredit müqaviləsi üzrə borcu cavabdeh-vərəsə Cavabdeh tələb etmək hüququ yaranmışdr. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinin tələblərinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinin tələblərinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinin tələblərinə görə vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, əsas borca görə 427,19 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «xxxxxxx» KB ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borca görə 427,19 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «xxxxxxx» KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4776/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4776/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver