Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4777/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 və Cavabdeh1 iştirakları ilə İddiaçı «xxxxxxx» X9 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əsas və faiz borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» X9 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əsas və faiz borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, iddiaçı «xxxxxxx» KB ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Borclu-mərhum X2 vəfat etdiyi müəyyən olunduğundan ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı Notariat Kontoruna xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuşdur. Cavab məktubu ilə X2 vəfat etməsi ilə əlaqədar vərəsələr Bakı şəhəri, Kaveroçkin küçəsi, ev 21, mənzil 143-də qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 ərizəsi əsasında ona vərəsəlik işi açılmış və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənijn verilməsi müəyyən edilmişdir. Bu isə borcalan-mərhum X2 hüquqi varisi kimi cavabdeh-vərəsələr Cavabdeh1 və Cavabdeh2 müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə «xxxxxxx» KB ASC-yə 636,24 AZN əsas, 25,92 AZN faiz, cəmi 662,16 AZN borcu yaranmışdır. Cavabdehlər-vərəsələr Cavabdeh1 və Cavabdeh2 borclumərhum X2 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olublar. Borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludular. Göstərilənlərə əsasən, cavabdeh-vərəsələr Cavabdeh1 və Cavabdeh2 iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə 636,24 AZN əsas, 25,92 AZN faiz, cəmi 662,16 AZN və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, əri X2 kredit götürməsindən xəbəri olmayıb, bu səbəbdən iddianı qəbul etmir və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan «xxxxxxx» KB ASC ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 77368sBANK/15 saylı “kredit müqaviləsi”nə əsasən bank tərəfindən borcalana 36 (otuz altı) ay müddətinə illik 29%(iyirmi doqquz faiz) 1000 (bir min) manat məbləğində kredit limiti ayırmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan arayışından görünür ki, X6 ilə «xxxxxxx» KB ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 77368sBANK/15 saylı müqaviləyə əsasən onun «xxxxxxx» KB ASC-yə 636,24 AZN (altı yüz otuz altı manat, iyirmi dörd qəpik) əsas, 25,92 AZN (iyirmi beş manat, doxsan iki qəpik) faiz, cəmi 662,16 AZN (altı yüz altmış iki manat, on altı qəpik) məbləğində borcu vardır. «xxxxxxx» KB ASC-nin X3 ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, X3 borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarındakı 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, AZ-İ № 998190 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı Notariat Kontorunun “xxxxxxx” KB ASC-nin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq ünvanladığı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş, Bakı şəhəri, Nəsimi rayonu, M.Kaveroçkin küçəsi, ev 21, mənzil 143 ünvanında qeydiyyatda olmuş X1 miras qalmış əmlakına dair vərəsəlik işi açılmış, arvadı Cavabdeh1 və Cavabdeh2 vərəsəlik şəhadətnaməsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “xxxxxxx ” KB ASC ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 77368sBANK/15 saylı kredit xətti müqaviləsinə əsasən bank X3 36 (otuz altı) ay müddətinə, illik 29 (iyirmi doqquz) faiz olmaqla 1000 (bir min) manat məbləğində kredit verilmiş, X6 xx.xx.2019-cu il tarixində vəfat etmiş, borclu X2 mülkiyyətində olan ev üzərində onun vərəsələrinə - Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh X3 xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmiş və nəticədə onun banka əsas borc üzrə 636,24 manat (altı yüz otuz altı manat, iyirmi dörd qəpik) əsas, 25,92 manat (iyirmi beş manat, doxsan iki qəpik) faiz, cəmi 662,16 manat (altı yüz altmış iki manat, on altı qəpik) məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qeyd olunan Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 636,24 (altı yüz otuz altı manat, iyirmi dörd qəpik) manat əsas, 25,92 (iyirmi beş manat, doxsan iki qəpik) manat faiz, cəmi 662,16 (altı yüz altmış iki manat, on altı qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 692,16 (altı yüz doxsan iki manat, on altı qəpik) manat məbləğində pul tutularaq «xxxxxxx» X9 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 636,24 (altı yüz otuz altı manat, iyirmi dörd qəpik) manat əsas, 25,92 (iyirmi beş manat, doxsan iki qəpik) manat faiz, cəmi 662,16 (altı yüz altmış iki manat, on altı qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 692,16 (altı yüz doxsan iki manat, on altı qəpik) manat məbləğində pul tutularaq «xxxxxxx» X9 Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4777/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4777/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver