Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4794/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov Səməd Fəxrəddin oğlu, iddiaçı X1 cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraatın təzələməsi məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibtlıq ekspertizası təyin edilmiş və mülki iş rəy alınması üçün “X2” MMC-yə göndərilmiş və mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası “X2” MMC-nin 15.07.2021-ci il tarixli, 228 saylı ekspert rəyi 29.07.2021-ci il tarixində məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 257-ci maddəsinə əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Məhkəmə mülki işi və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, iş üzrə icraatın dayandırılması üçün əsas olan hal aradan qalxdığından mülki işin icraatı təzələnməlidir. Qeyd olunanlara əsaslanaraq əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 257, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraat təzələnsin və işin məhkəmə iclasında baxılması 17 avqust 2021-ci il tarixə, saat 12:25-ə təyin edilsin.. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4794/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4794/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver