Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4803/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” KB ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehvərəsə Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 1357,44 AZN əsas, 21,01 AZN faiz, cəmi 1378,45 AZN və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kreditor «xxxx» KB ASC ilə borclu X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 20% ödəmək şərtilə 1862 AZN məbləğində kredit verilmişdir. Borclu-mərhum X3 vəfat etdiyi müəyyən olduğundan tərəflərindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı ASAN xidmət Notariat ofisinə xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı ASAN xidmət Notariat ofisinin xx.xx.2020-ci tarixli cavab məktubu ilə X3 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borcalan-mərhum X3 hüquqi varisi kimi vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə «xxxx» KB ASC-yə 1357,44 AZN əsas, 21,01 AZN faiz, cəmi 1378,45 AZN borcu yaranmışdır. AR ƏN Bakı şəhəri 1 saylı ASAN xidmət Notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdıqları işlə bağlı cavabdeh-vərəsə Cavabdeh borclu-mərhum X3 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olublar. Yuxarıda qeyd olunan maddələrə əsasən cavabdeh-vərəsə Cavabdeh borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh-vərəsə Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 1357,44 AZN əsas, 21,01 AZN faiz, cəmi 1378,45 AZN və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “xxxx” KB ASC ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3090nkBank/17 saylı “Kredit və bank hesabı” müqaviləsinə əsasən bank borcalana 48 ay müddətinə illik 20% ödəmək şərtilə 1862 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-ci il tarixdə böyrəyin böyrək ləyənindən başqa bədxassəli yeni törəməsi səbəbindən ölmüşdür. “xxxx” KB ASC-nin X4 ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, X6 borcu barədə xabərdar edilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən “xxxx” KB ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş, ünvan 2 mənzil 12 ünvanda yaşamış, xx.xx.1970-ci il təvəllüdlü X3 adına xx.xx.2019-cu il tarixdə açılmış V-47/2019 nömrəli vərəsəlik işi üzrə mərhuma məxsus miras əmlaka dair onun vərəsəsi-Cavabdeh xx.xx.2019-cu il tarixdə reyestrdə 2V-808 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. “xxxx” KB ASC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X6 ilə “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3090nkBank/17 saylı müqaviləyə əsasən xx.xx.2020-ci il tarixə onun “xxxx” KB ASC-yə 1357,44 manat əsas, 21,01 manat faiz, 0 manat cərimə, cəmi 1378,45 manatı məbləğində borcu vardır. Ödəniş qəbzi (№ 677998771) və ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “xxxx” KB ASC ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3090nkBank/17 saylı “kredit və bank hesabı” müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 1862 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə borcalana kredit versə də, o, ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2020-ci il tarixə “xxxx” KB ASC-yə 1357,44 manat əsas, 21,01 manat faiz, cəmi 1378,45 manat borcu yaranmışdır. X6 xx.xx.2019-cu il tarixdə öldüyündən bank hazırki iddia ilə haqlı olaraq onun qanun üzrə vərəsəsi olan Cavabdeh qarşı məhkəməyə müraciət etmişdir. Beləliklə, borcalan müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı borcalanın qanun üzrə vərəsəsindən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1357,44 manat əsas, 21,01 manat faiz, cəmi 1378,45 manatı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul alınaraq iddiaçı «xxxx» KB ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 1357,44 manat, faiz borcu üzrə 21,01 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 1408,45 manat məbləğində pul Cavabdeh alınaraq «xxxx» ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4803/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4803/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver