Məhkəmə qərarları › İş №2(006)-4836/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4836/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4836/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, cavabdeh «X17 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 iştirakları ilə İddiaçı cavabdeh «X18 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə qarşı «borcun düzgün hesablanması və qalıq borcun restrukturizasiya edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X18 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə qarşı «borcun düzgün hesablanması və qalıq borcun restrukturizasiya edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə «X17 Azərbaycan» QSC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 207/001 nömrəli kredit müqaviləsinə əsasən kredit götürmüşdür. İddiaçı öz öhdəliklərini icra edə bilmədiyindən 2019-cu ildə «X17 Azərbaycan» QSC onu məhkəməyə verərək müqavilənin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-707/2017 saylı qətnaməsi ilə 1383,41 manat ondan tutulması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayətləri vermişdir. Həmin qətnamə AR Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 №-li fərmanından irəli gələn tələblərə görə icra edilməmiş və «X17 Azərbaycan»a müraciət edərək fərmanın tələblərinə uyğun olaraq onunla bağlanmış kredit müqaviləsinin restrukturizasiya edilməsini xahiş etmişdir. Həmin müraciətinə cavab olaraq ilk dəfə xx.xx.2019-cu ildə onun telefon nömrəsinə sms göndərərək şəxsiyyət vəsiqəsilə 28 May filialına yaxınlaşmağı bildirilmiş, həmin tarixdə yaxınlaşdıqda isə ona qısa zamanda cavab veriləcəyi bildirilmişdir. Bundan sonra isə cəmi 8 gün sonra, yəni xx.xx.2019-cu ildə ona cavab sms-i göndərilərək restrukturizasiya kredit müraciətinin təsdiq edildiyi və 28 May filialına yaxınlaşmalı olduğunu bildirildi. O, isə bu məqsədlə həmin filiala yaxınlaşdıqda Bankın kredit müqasiləsi və digər sənədləri hazırlamaq üçün ona yenidən bir müddət gözləmək tövsiyyə edildi. Təxminən dekabr ayının sonlarında ona zəng vuraraq yenidən mənzilin forma 1 və bir neçə sənədini hazırlayıb onlara təqdim etməli olduğunu bildirildi. Bu məqsədlə ona xx.xx.2019-cu ildə 120 manat və xx.xx.2020-ci ildə isə 100 manat ödəniş etdirildi. Elə məhz həmin məqsədlə xx.xx.2020-ci ildə Forma 1 və digər sənədlər üçün ödəniş edərək sənədləri hazırlayıb banka təqdim etsə də, hələ də onun kredit müqaviləsi restrukturizasiya edilməmişdir. O, dəfələrlə cavabdehə müraciət edərək həmin kredit müqaviləsi üzrə borcunun restrukturizasiya olunmasını tələb etsə də, ona rəsmi cavab restrukturizasiya tədbirlərinin aparılmasının mümkün olmadığını qeyd edilərək onun Prezidentin Fərmanından irəli gələn hüquqları kobudca pozulmuşdur. Cavabdehin həmin kredit müqaviləsini restrukturizasiya etməməsi ilə AR Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx.xx.2019-cu il tarixli 551 №-li fərmanından yararlana və həmin kredit üzrə borcların düzgün hesablana və qalıq məbləğ restrukturizasiya olunmamış və onu çox çətin duruma salmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı iddianın təmin edilməsi, «X17 Azərbaycan» QSC ilə xx.xx.2012-ci il tarixli 207/001 nömrəli kredit müqaviləsinin AR Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx.xx.2019-cu il tarixli 551 №-li fərmanın tətbiq edilməsi ilə borcunun düzgün hesablanması və qalıq borcun restrukturizasiya edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddia tələbinə etiraz edərək, öz izahatında göstərmişdir ki, iddiaçı iddia ərizəsində yalnış məlumatlar qeyd edərək həqiqətə uyğun olmayan halları, Mülki Məcəlləni düz şərh etməmişdir və öz tələblərini təsdiqləyən və hər hansı hüquqlarının pozulmasını əks etdirən heç bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Hazırki mülki iş üzrə olan «X17 Azərbaycan» QSC və İddiaçı arasında xx.xx.2012-ci il tarixdə 207/001 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin predmeti ondan ibarət olmuşdur ki, «X17 Azərbaycan» QSC borcalan İddiaçı 60 ay müddətinə xx xxxx 15500 manat məbləğində kredit ayırmışdır. Kreditin təyinatı - X8 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 6 ünvanında yerləşən 3 otaqlı 60 nömrəli mənzil olmuşdur. Həmin kredit üzrə öhdəliyin İddiaçı tam şəkildə yerinə yetirmədiyi üçün «X17 Azərbaycan» QSC məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-563/2018 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı və X4 müştərək qaydada cəmi 9639,74 manat iddiaçı «X17 Azərbaycan» QSC-nin xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan X8 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60 ev 6 ünvanında yerləşən 3 otaqlı 60 nömrəli mənzilə yönəldilməsini, ipoteka predmetinin ilkin satış qiymətini 78000 manat müəyyən edərək açıq hərracdan satılmasını, satışdan əldə olunmuş pul vəsaiti ilə cəmi 9639, 74 manat «X17 Azərbaycan» QSC-nə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalıq hissəsi X8 qaytarılmasını qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-563/2018 saylı qətnaməsi icra edilməmişdir və İddiaçı ödənilməmiş borcu var. İddiaçı krediti Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsiri altına düşmüşdür. İddiaçı Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından öz hərəkətləri (hərəkətsizliyi) səbəbindən faydalanmamışdır. Belə ki, problemli kreditlərin həlli ilə bağlı mexanizm və qaydalara görə restrukturizasiya xx.xx.2019-cu il tarixdə başa çatır. İddiaçı iddia ərizəsində qeyd edir ki, fərmandan faydalanmaq üçün lazım olan sənədləri toplayıb xx.xx.2020-ci il tarixdə öz problemli kreditinin həlli üçün banka müraciət edib. Kompensasiya ilə əlaqədar və resturkturizasiya olan vəsaitlərin dövriyəsi Maliyyə X7 göstərişi və məktubuna əsasında aparılırdı. Ona görə də Maliyyə X9ndan əlavə məktub «X17 Azərbaycan» QSC daxil olmamışdır ki, borclu İddiaçı problemli kreditin restrukturizasiya olunsun. Buna baxmayaraq İddiaçı ilə dəfələrlə əlaqə saxlamışdır və banka dəvət edilmişdir və daxili restrukturizasiya olunması əlaqədar razılıq əldə edilmişdir. Lakin İddiaçı əldə olunmuş şərtləri yerinə yetirməmişdir və bu günə kimi problem öz həllini tapmamışdır. Bu səbəbdən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan «İpoteka saxlayan/Borc verən» qismində «X17» QSC ilə «Borc alan» qismində İddiaçı və «İpoteka qoyan» qismində X5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 207/001 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Bank ilə İddiaçı arasında bağlnamış xx.xx.2012-ci il tarixli 207/001 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 60 ay müddətinə 15500 manat məbləğində kredit verilmişdir,kredit müqaviləsinin təminatı kimi X2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60 ünvanında yerləşən 6 saylı evin 60 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən xx.xx.2012-ci il tarixli qiymətləndirmə rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 51000 manat, likvid dəyəri isə 47000 manat təşkil etmişdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 2(010)-707/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı və X1 müştərək qaydada xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən kreit borcu üzrə cəmi 1383,41 manat (ondan 8210,04 manat əsas borcu, 1296,20 manat faiz borcu, 87,21 manat cərimə borcuolmaqla) məbləğində pul vəsaitinin alınması və «X16 Azərbaycan» QSC-nə verilməsi, tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş X3 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracdan satılması və əldə olunmuş pul vəsaitindən «X17 Azərbaycan» QSC-nə olan borcun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğ İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən «X17 Azərbaycan» QSC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, onunla «X17 Azərbaycan» QSC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 207/001 saylı kredit müqaviləsinə əsasən kredit götürmüşdür. Öz öhdəliklərini icra edə bilmədiyindən 2019-cu ildə Bank onu məhkəməyə verərək müqavilənin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə 1383,41 manat tutulması qət edilmişdir. Həmin qətnamədən o, apellyasiya və kassasiya şikayətləri vermişdir. Həmin qətnamə AR Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 №-li fərmanından irəli gələn tələblərə görə icra edilməmiş və «X17 Azərbaycan»a müraciət edərək fərmanın tələblərinə uyğun olaraq onunla bağlanmış kredit müqaviləsinin restrukturizasiya edilməsini xahiş etmişdir. Həmin müraciətinə cavab olaraq ilk dəfə xx.xx.2019-cu ildə onun telefon nömrəsinə sms göndərərək şəxsiyyət vəsiqəsilə 28 May filialına yaxınlaşmağı bildirilmiş, həmin tarixdə yaxınlaşdıqda isə ona qısa zamanda cavab veriləcəyi bildirilmişdir. Bundan sonra isə cəmi 8 gün sonra, yəni xx.xx.2019-cu ildə ona cavab sms-i göndərilərək restrukturizasiya kredit müraciətinin təsdiq edildiyi və 28 May filialına yaxınlaşmalı olduğu bildirildi. O, isə bu məqsədlə həmin filiala yaxınlaşdıqda Bankın kredit müqasiləsi və digər sənədləri hazırlamaq üçün ona yenidən bir müddət gözləmək tövsiyyə edildi. Təxminən dekabr ayının sonlarında ona zəng vuraraq yenidən mənzilin forma 1 və bir neçə sənədini hazırlayıb onlara təqdim etməli olduğunu bildirildi. Bu məqsədlə ona xx.xx.2019-cu ildə 120 manat və xx.xx.2020-ci ildə isə 100 manat ödəniş etdirildi. Məhz həmin məqsədlə xx.xx.2020-ci ildə Forma 1 və digər sənədlər üçün ödəniş edərək sənədləri hazırlayıb banka təqdim etsə də, hələ də onun kredit müqaviləsi restrukturizasiya edilməmişdir. Dəfələrlə müraciət edərək həmin kredit müqaviləsi üzrə borcunun restrukturizasiya olunmasını tələb etsə də, ona hələ də rəsmi cavab verilməmişdir. 5 gün ərzində «X17 Azərbaycan» QSC ilə aralarında bağlanmış xx.xx.2012ci il tarixli kredit müqaviləsinin restrukturizasiya edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən «X17 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətindən 60 ay müddətinə xx xxxx 15500 manat məbləğində kredit götürülmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi X6 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 6 ünvanında yerləşən 3 otaqlı 60 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh İddiaçı kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı çıxdıqdan sonra iddiaçı borcunun düzgün hesablanması və qalıq borcun restrukturizasiya edilməsi üçün Banka müraciət etmişdir. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının iddia ərizəsi üzrə iki tələbindən biri olan qalıq borcunun restruktirizasiyası olunması ilə bağlı iddiaçı nəzərdə tutulmuş müddət daxilində (fərmanla bağlı 1 illik) banka müvafiq sənədlərlə yaxınlaşmamış və bu müddəti ötürmüşdür. Lakin bu müddət vətəndaşa verilən kifayət qədər müddətdir və həmin müddətin üzrlü səbəbdən belə ötürülməsi iddiaçı tərəfindən sübuta yetirilə bilinmir. İddiaçı yalnız banka xx xxxxxx 2020-ci il tarixdə müvafiq səmədlərlə yaxınlaşmışdır. Belə ki, problemli kreditlərin həlli ilə bağlı mexanizm və qaydalara görə restruktruzasiya xx.xx.2019-cu il tarixdə başa çatır. Məhkəmə iddianın digər tələbi ilə bağlı qeyd edir ki, əgər digər tələb olan restruktruzasiya olunma tələbi təmin olunsaydı borcun hesablanması tələbinə də qiymət vermək mümkün olardı. Qiymət verilməsi mümkün olacağı təqdirdə belə artıq tələbin yönələcəyi cavabdeh bu səfər müvafiq bank deyil Mərkəzi bankın səlahiyyətlərinin çərçivə dairəsinə düşmüş olacaqdıki buda hazırki iddiada bankın cavabdelik daşımayacağı haldır. Odur ki, İddiaçı cavabdeh «X17 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətindən borcun restrukturizasiya edilməsini tələb etməsinə baxmayaraq, «X17 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və o, hazırki iş üzrə subyektiv cavabdeh deyildir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının 3.2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə X9 bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Həmin Fərmanın 5.1-ci bəndinə görə,Azərbaycan Respublikasının Mərkəzi Bankına bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X7 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsi tövsiyə edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə X9 banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Qeyd olunanlardan aydın olur ki, iddiaçının borcun düzgün hesablanması ilə bağlı bankın cavabdehlik daşıdığı hal deyildir. Belə ki, kompensasiya ödənişi ediləcək şəxslərin siyahısı, kompensasiya məbləğinin hesablanması və fərmanın təsir dairəsinə düşdüyü təqdirdə müvafiq kompensasiyanın verilməsi öhdəliyi Azərbaycan Respublikasının Maliyyə X9 (indiki Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, «X17 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı cavabdeh «X18 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə qarşı «borcun düzgün hesablanması və qalıq borcun restrukturizasiya edilməsi» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X18 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə qarşı «borcun düzgün hesablanması və qalıq borcun restrukturizasiya edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar