Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4853/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxxxxx 2017-ci il tarixdə 20.000 ABŞ dolları məbləğində borc pul müqaviləsi ilə notariusda verməyini, borc müqaviləsinin 2-ci bəndinə görə “Borc alan” krediti xx.xx.2018ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürməyini, xx xxxxxx 2017-ci il tarixdə təkrar olaraq ona 30.000 manat pul borc müqaviləsi əsasında notariusda pul verməyini, “borc alan” krediti xx.xx.2018-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürməyini, ona vurulmuş 10.000 manat mənəvi ziyanı və əldən çıxmış 30.000 manat faydanı nəzərə alıb həmin pulları ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış, iddia tələbi təmin edilməsi barədə qətnamə qəbul edilmiş. Qarşı tərəf Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib, məhkəmə qətnaməsindən etiraz etdi. Bakı Apelyasiya Məhkəməsi mülki işin icraatına xitam verdi ki, işdə icra qeydi var, iş icra şöbəsinin icraatında davam edir. Ərizə ilə icra şöbəsində işin icraatına xitam verilməsi barədə xahişlə müraciət etmişlər, “İcra haqqında” işi sənədləri notariat kontoruna qaytarılmışdır. İcra şöbəsinə ərizə ilə müraciət etməyinin səbəbi cavabdeh barəsində məcburiyyət tədbirlərinin tətbiq edilməsinə məhdudiyətlərin olması idi. Qanunvericiliyin tələbinə görə məhkəmə qətnaməsinin məcburi icrası tələb olunduğuna görə məhkəmədə iddia qaldırmaq məcburiyyətində olmuşlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh Mehdəli oğluna 20.000 ABŞ dolları məbıəğində borc pul müqaviləsi ilə notariusda vermişdir. Borc müqaviləsinin 2-ci bəndinə görə “borc alan” krediti xx.xx.2018-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür və təkrar olaraq xx xxxxxx 2017-ci il tarixdə yenidən ona 30.000 manat pul borc müqaviləsi əsasında notariusda pul vermişdir. “Borc alan” krediti xx.xx.2018-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Dəfələrlə Cavabdeh 20.000 ABŞ dollarının və 30.000 manat pulun qaytarılması barədə müraciətlər etmişdir. O, hər dəfə gözlə verəcəm deməklə onu aldadaraq, pulu ödəməkdən boyun qaçırır. Ona görə də məcburiyyət qarşısında qalıb kredit müqaviləsi bağladığı 12 saylı və 53 saylı notariat kontorlarına ərizə ilə müraciət edib müqaviləyə icra qeydi aparılmasını xahiş etmişdir. Hər iki notarius icra qeydi aparıldıqdan sonra icra qeydi haqqındakı olan sənədləri xx.xx.2019cu il tarixdə Nəsimi rayon İcra şöbəsinə göndərmişdir. İcra şöbəsi dəfələrlə cavabdehi şöbəyə dəvət edərək icranın gecikdirilməsi səbəbini müəyyən etmək üçün izahat almışdır. Cavabdeh yenə də müxtəlif bəhanələrlə kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirlməsinə söz versə də, öhdəliyi icra etmir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 18.000 manat məbləğində pul alınaraq İddiaçı verilməsi təsdiq olunmuşdur. Sözügedən borc məbləğindən İddiaçı 12.000 manat məbləğində pul verilmişdir. Həmin 12.000 manat məbləğində pulu Cavabdeh həyat yoldaşı qarajlarını sataraq İddiaçı ödəmişdir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh İddiaçı qarşı heç bir borc tələbi qalmamışdır. Belə ki, sözügedən borc məbləğindən 12.000 manat məbləğində pul Cavabdeh həyat yoldaşı qarajlarını sataraq İddiaçı ödəmişdir. Həmçinin Yasamal Rayon Polis İdarəsinin müstəntiqi C.M.Kərimov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli qərarında Cavabdeh 12.000 manat məbləğində pulu İddiaçı verilməsi qeyd edilmişdir. X2 şahidliyi ilə iki dəfə 1000 manat, daha sonra 2200 manat məbləğində pul İddiaçı verilmişdir. Sözügedən borc məbləğindən 15.000 manat pul notariat qəbzlə İddiaçı verilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Cavabdeh ilə birlikdə 11 saylı X7 işləyirlər. Cavabdeh 2017-ci ilin sonuna yaxın fəhlələrin pulunu verməli idi. Bununla əlaqədar 7-8 ildir ki, tanışı olduğu İddiaçı 20.000 ABŞ dolları faizə pul ödəyirdi. Həmin borcdan onun yanında İddiaçı 1000 maant, daha sonra 2200 manat pul verilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib, aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 20.000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 18.000 manat məbləğində pul, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Baki şəhəri Yasamal Rayon Polis İdarəsinin müstəntiqi C.M.Kərimov tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh və İddiaçı qarşılıqlı şikayət ərizələri əsasında toplanmış material üzr cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə borcun tutulması hissəsində ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” iddiasının dair mülki iş üzrə icratına xitam verilmışdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Azər Heydərovun icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, İcra sənədi Bakı şəhəri 12 saylı Notariat Kontoruna qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat ofisini xüsusi notariusu X8 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli icra qeydindən görünür ki, İddiaçı xeyrinə Cavabdeh ödənilmiş 20.000 ABŞ dolları tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri 53 saylı notariat ofisini xüsusi notariusu X5 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli icra qeydindən görünür ki, İddiaçı xeyrinə Cavabdeh ödənilmiş 30.000 ABŞ dolları tutulmuşdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 12 saylı notariat kontorunun xüsusi notariusu H.Z.Tacıyev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 20.000 ABŞ dolları borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2018-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu Ə.A.Hüseynov tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 30.000 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2019-cu il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələbinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.1-ci maddəsinin tələbinə görə, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni novlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən iddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda 20.000 ABŞ dolları və 30.000 manat məbləğində borc pul vermiş, cavabdeh həmin pul məbləğlərini müqavilələrdə nəzərdə tutulmuş vaxtlarda qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, həmin tarixlərdən xeyli müddət keçmiş, lakin cavabdeh öhdəliyini icra etməyərək, borcu iddiaçıya müqavilələrdə nəzərdə tutulmuş qaydada tam şəkildə ödəməmişdir. Odur ki, həmin tələb də əsaslı olduğuna görə qismən təmin edilməlidir. İddiaçının “mənəvi zərərə görə 10.000 manat məbləğində pulun cavabdehdən tutulması” ilə bağlı məhkəmə qeyd edir ki, bu hissədə iddiaçı öz tələbini sübuta yetirə bilməmişdir. İddiaçı həmin tələblərini təsdiq edə biləcək hər hansı sübütü məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehlərin hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını və bununla bağlı mənəvi sarsıntı keçirməsini məhkəmədə sübuta yetirə bilmədi. Halbuki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən məhz iddiaçının üzərinə düşür. Odur ki, iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 20.000 (iyirmi min) ABŞ dolları, 18.000 (on səkkiz min) manat borc və həmçinin iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 20.000 (iyirmi min) ABŞ dolları, 18.000 (on səkkiz min) manat borc və həmçinin iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Nülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4853/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4853/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver