Məhkəmə qərarları › İş №2(006)-489/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-489/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-489/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, bildirdi ki, Cavabdeh ilə əvvəlki İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC arasında 07.01.2016-cı il tarixli, 0457/15/PB saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 07.01.2016-cı il tarixli, 0457/15/PB saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 12 faizlə, 8370 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.8-çi bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının qeсikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdirilmiş sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 07.01.2016-cı tarixli, 0457/15/PB saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT-a 7860.92 ABŞ dolları əsas borc, 6919.68 ABŞ dolları hesablanmış faiz, 4699.16 ABŞ dolları hesablanmış dəbbə, cəmi 19479.76 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə əvvəlki İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC arasında bağlanmış 07.01.2016-cı il tarixli, 0457/15/PB saylı kredit müqaviləsindən görünür ki, 07.01.2016-cı il tarixli, 0457/15/PB saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 12 faizlə, 8370 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 07.01.2016-cı tarixli, 0457/15/PB saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT-a 7860.92 ABŞ dolları əsas borc, 6919.68 ABŞ dolları hesablanmış faiz, 4699.16 ABŞ dolları hesablanmış dəbbə, cəmi 19479.76 ABŞ dolları borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 18 mart 2021-ci il tarixli, 9/5357 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 07 yanvar 2016-cı il tarixli, 0457/15/PB saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi 07.01.2019cu il tarixə oğlunun "xxxx" ASC-nə olan borcu 9.858,80 ABŞ dolları məbləğində müəyyən edilir, maliyyə arayışında borcun hesablandığı tarixə olan ümumi borcu isə 10.311,26 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 07.01.2019-cu il tarixə olan borcu üzrə əsas borc üzrə 7861,11 ABŞ dolları, faiz borcu üzrə 1997,69 ABŞ dolları. 03.06.2020-ci il tarixə olan borcu üzrə: əsas borc 7861,11 ABŞ dolları, faiz borcu üzrə 2450,16 ABŞ dolları təşkil edir. Göründüyü kimi, "xxxx" ASC cavabdeh qarşısında müqavilə ilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqaviləsi ilə üzərlərinə götürdüyü öhdəliyi tam icra etməmişdir və borcun ödənilməsi barədə iddiaçı "xxxx" ASC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Məhkəmə araşdırması zamanı müəyyən edilmişdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 18 mart 2021-ci il tarixli, 9/5357 saylı ekspert rəyindən göründüyü kimi rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 07 yanvar 2016-cı il tarixli, 0457/15/PB saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi 07.01.2019-cu il tarixə Cavabdeh "xxxx" ASC-nə olan borcu 9.858,80 ABŞ dolları məbləğində müəyyən edilir, maliyyə arayışında borcun hesablandığı tarixə olan ümumi borcu isə 10.311,26 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 07.01.2019-cu il tarixə olan borcu üzrə əsas borc üzrə 7861,11 ABŞ dolları, faiz borcu üzrə 1997,69 ABŞ dolları. 03.06.2020-ci il tarixə olan borcu üzrə: əsas borc 7861,11 ABŞ dolları, faiz borcu üzrə 2450,16 ABŞ dolları təşkil edir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 4699.16 ABŞ dollarını müqavilə üzrə cəriməsini Məhkəmə, Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimə məbləğlərinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7861,11 ABŞ dolları əsas borc, 1997,96 ABŞ dolları faiz borcu və 469 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10327,80 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ödənilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti Cavabdeh, 45 manat məbləğində pul vəsaiti İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-dən tutulsun və Dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7861,11 ABŞ dolları əsas borc, 1997,96 ABŞ dolları faiz borcu və 469 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10327,80 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti Cavabdeh, 45 manat məbləğində pul vəsaiti İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-dən tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar