Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(006)-4891/2025 26.02.2026 BAKI ŞƏHƏRI NƏSIMI RAYON MƏHKƏMƏSI Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Əliyeva Sevda İlqar qızının katibliyi, iddiaçı İsmayılov Elnur Qəhrəman oğlunun, cavabdeh LPO cavabdeh1 Açıq Səhmdar Cəmı yyətı nin nümayəndəsi İsmayılov Elvin Bəybala oğlunun iştirakları ilə, iddiaçı İsmayılov Elnur Qəhrəman oğlunun cavabdeh LPO cavabdeh1 Açıq Səhmdar Cəmı yyətı nin ləğvedicisi Əmanətlərı n Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı İsmayılov Elnur Qəhrəman oğlu cavabdeh LPO cavabdeh1 Açıq Səhmdar Cəmı yyətı nin ləğvedicisi Əmanətlərı n Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ##.##.2013-cü ildə cavabdeh1 ASC-dən ***-**/P-EB saylı kredit müqaviləsi üzrə iddiaçıdan ödəməyi tövsiyə etdiyi 2381.02 (iki min üç yüz səksən bir ABŞ dolları iki sent) ABŞ dollar əsas borc, 7456.11 (yeddi min dörd yüz əlli altı ABŞ dolları on bir sent) ABŞ dolları məbləğində faiz borcunun, cəmi 9837.13 (doqquz min səkkiz yüz otuz yeddi ABŞ dolları on üç sent) ABŞ dolları məbləğində borcun silinməsi və ödənilmiş 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumunun Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.2013-cü ildə cavabdeh1 ASC-dən ***-**/P-EB saylı kredit müqaviləsinə əsasən kredit əldə edərək həmin kredit üzrə 2001-ci il buraxılışlı “Mercedes Benz S320” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı maşın almışdır. Həmin maşın kreditin təminatı kimi cavabdeh1da girov qoyulmuşdur. Bir müddət krediti ödəyib maşını idarə etmişdir. Daha sonra həmin maşını satmaq qərarına gəlmiş və krediti götürdüyü cavabdeh1ın filialının əməkdaşlarının iştirakı ilə iddiaçının adına olan kredit də qeyd edilən maşınla birlikdə satdığı adamın adına cavabdeh1ın filialında rəsmiləşdirilmişdir. Bank tərəfindən həmin zaman təxminən 10 il əvvəl, 2015-ci ildə iddiaçıya təmizlik sənədi, maşının satılmasına dair razılıq məktubu verilmiş və xxxxın əməkdaşları iddiaçıya heç bir kredit öhdəliyinin olmamasını bildirmişlər, iddiaçının adında olan krediti mütləq şəkildə maşını satdığı adamın adına keçirdiklərini qeyd etmişlər. Uzun müddət keçməsinə görə təmizlik sənədi eləcə də kredit müqaviləsini və digər zəruri sənədləri hal-hazırda tapa bilmir. Yaxın zamanlarda iddiaçıya məlum olmuşdur ki, ##.##.2013-cü ildə xxxx ASC-dən ***- **/P-EB saylı kredit müqaviləsinə əsasən iddiaçının 2381 ABŞ dolları əsas borc və 7456 ABŞ dolları faiz borcu qalmışdır. Həmin müqavilə 3 il müddətinə bağlanmışdır. Bu məlumatı alarkən belə bir şeyin baş verəcəyinə inanmamışdır. Çünki 2381 dollar əsas borca görə nə az nə çox 3 dəfə artıq faiz borcu yəni, 7456 dollar hesablanması ilk olaraq real və inandırıcı ola bilməz. Bundan başqa yuxarıda qeyd etdiyi kimi maşını təhvil verərkən iddiaçıya təmizlik sənədi verilmiş və iddiaçının heç bir kredit öhdəliyinin olmadığı bildirilmişdir. Göründüyü kimi iddiaçı Banka və onun əməkdaşlarının sözünə etibar edib həmin maşını satmışdır. Lakin vəziyyət heç də göründüyü kimi deyilmiş. Buna görə də bu məsələ ilə bağlı 2 dəfə Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət etmişdir. İddiaçıya cavab olaraq həmin borcun adında qalması, bu borcun iddiaçı tərəfindən ödənilməsini tövsiyə etməsini, qeyd edilən müqavilə və ona əlavə edilmiş sənədlərin surətlərinin təqdim edilməsinə dair müraciətinə isə müsbət cavab verilməmişdir. Bundan başqa xüsusilə qeyd edilməlidir ki, bu kredit müqaviləsindən 12 il müddət keçməsinə baxmayaraq iddiaçıya qarşı məhkəmədə iddia qaldırılmamış, pretenziya göndərilməmiş, həmçinin bununla bağlı hər hansı icra sənədi Ədliyyə Nazirliyi İcra Şöbəsinə daxil olmamışdır. Bu hal da özlüyündə iddiaçının yuxarıda qeyd etdiklərini təsdiq edən bariz sübutdur. Bu səbəbdən iddiaçı hər zaman əmin olmuşdur ki, banka hər hansı bir borcu yoxdur. Elektron məhkəmə elektron icra sistemində də iddiaçının hər hansı bank borcunun olması barədə qeydlər mövcud deyildir. İddiaçıya qarşı iddia qaldırılmadığı halda əsassız yerə, sadəcə məktublarla ondan pul tələb edilməsi hesab edir ki, bankın-Əmanətlərin Sığortalanması Fondunun əsassız varlanmasına dəlalət edir. Bu əsassız varlanmaya görə iddiaçı ziyan çəkən tərəfdir. Bu səbəbdən də qeyd edilən pul məbləği və onun şişirdilmiş faizi tam qanunsuz və əsassız olmaqla əsassız varlanma predmetidir. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh1 ASC 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ləğv edilmiş və onun səlahiyyətləri Əmanətlərin Sığortalanması Fonduna verilmişdir. Hesab edir ki, cavabdeh1 ASC tərəfindən eləcə də onun əməkdaşları tərəfindən belə bir hallara yol verilməsi tam qanunsuzdur. Eləcə də bu günədək iddiaçının adında borc qalması əsssız olmaqla yanaşı iddiaçının hüquqlarını kobud surətdə pozaraq məhdudlaşdırır. Buna görə də ##.##.2013-cü ildə cavabdeh1 ASC-dən ***-**/P-EB saylı kredit müqaviləsi üzrə iddiaçının adına yazılmış 2381.02 (iki min üç yüz səksən bir ABŞ dolları iki sent) ABŞ dollar əsas borc, 7456.11 (yeddi min dörd yüz əlli altı ABŞ dolları on bir sent) ABŞ dolları məbləğində faiz borcunun, cəmi 9837.13 (doqquz min səkkiz yüz otuz yeddi ABŞ dolları on üç sent) ABŞ dolları məbləğində borc cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən silinməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumu cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı İsmayılov Elnur Qəhrəman oğlu iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatında qeyd etdi ki, kredit müqaviləsi üzrə ödənişləri edə bilmədiyindən maşını banka təhvil vermiş və bankdan sonra bildirmişlər ki, artıq onun heç bir öhdəliyi qalmır. O, bankın təklifi ilə maşına dair etibarnamə vermişdir. Bununla da hesab etmişdir ki, artıq maşın banka təhvil verildiyindən onun heç bir öhdəliyi mövcud deyildir. Hazırda onun adına yazılmış borc tamamilə əsassızdır. Avtomobil onun sahibliyində olmadığından və illər əvvəl banka təhvil verildiyindən həmin borc silinməsini xahiş etmişdir. Cavabdeh LPO cavabdeh1 Açıq Səhmdar Cəmı yyətı nin nümayəndəsi İsmayılov Elvin Bəybala oğlu məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materialları: cavabdeh1 ASC ilə İsmayılov Elnur Qəhrəman oğlu arasında bağlanmış ##.##.2013-cü il tarixli ***-**/P-EB saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən vətəndaşa illik 26% olmaqla 24 ay müddətinə 8500 ABŞ dolları kredit verilmişdir. cavabdeh1 ASC ilə İsmayılov Elnur Qəhrəman oğlu arasında bağlanmış ##.##.2013-cü il tarixli ***-**/P-EB saylı ipoteka müqaviləsindən görünür ki, verilmiş kreditin təminatı olaraq "Mercedes S320" minik markalı, buraxılış ili 2001 olan, qara rəngli avtomobil ipoteka ilə yüklü edilmişdir. cavabdeh1 ASC tərəfindən tərtib edilmiş ##.##.2016-cı il tarixli arayışın surətindən görünür ki, cavabdeh1 ASC Paytaxt filialı ilə İsmayılov Elnur Qəhrəman oğlu arasında bağlanmış ##.##.2013cü il tarixli ***-**/P-EB saylı kredit müqaviləsinə əsasən 26% hesablanmaq şərti ilə 24 ay müddətinə 8.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan müraciətinə əsasən kreditin müddəti ##.##.2016-cı il tarixinə kimi uzadılmışdır. cavabdeh1 ASC tərəfindən İsmayılov Elnur Qəhrəman oğluna ünvanlanmış ##.##.2016-cı il tarixli bildirişin surətindən görünür ki, ***-**/P-EB saylı ##.##.2013-cü il tarixli Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, Borc alan tərəfindən kreditin qaytarılması ##.##.2013 tarixdən başlayaraq ##.##.2015 tarixə kimi hər ayın 24-dən gec olmayaraq 485 ABŞ dollan məbləğində olmaqla, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan * saylı Əlavəsinə uyğun olaraq həyata keçiriləcəkdir. Lakin iddiaçı Kredit müqaviləsinin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. ***-**/P-EB saylı ##.##.2013-cü il tarixli Kredit müqaviləsinin 6.4.4-cü bəndinə əsasən, borc öhdəliyinin icrasının vaxtından əvvəl tələb edilməsi barədə borc verən borc alanı xəbərdar etdikdən 3 (üç) gün müddətinə borc öhdəliyini qeyri-şərtsiz icra etmək borc alanın vəzifələrindən biridir. "xxxx" MMC-nin əməkdaşları - baş direktor müavini T.L.Namazov və əməliyyatçı Ş.P.Əhmədbəyli tərəfindən tərtib edilmiş ##.##.2016-cı il tarixli aktın surətindən görünür ki, ##.##.2016-cı il tarixdə cavabdeh1 Paytaxt filialı adından Bakı şəhəri, Azadıq pr. ev-116. mənzil-112 ünvanında qeydiyyatda olan İsmayılov Elnur Qəhrəman oğluna qaimə nömrəsi 166811 olan məktub göndərilmişdir. “xxxx” MMC-in işçisi ##.##.2016-cı il tarixdə həmin ünvanda olmuşdur. Lakin, ünvançının bu ünvanda yaşamadığı və telefonda məktubdan imtina etdiyi məlum olmuşdur. Ona görə də, məktub geri qaytarılmışdır. cavabdeh1 ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış ##.##.2016-cı il tarixli ərizənin surətindən görünür ki, kredit müqaviləsində göstərilən öhdəliklər borclu tərəfindən lazımınca icra edilmədiyi üçün Azərbaycan Respublikasının “İpoteka Haqqında” Qanununa əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş İsmayılov Elnur Qəhrəman oğluna göndərilmişdir. Azərbaycan Respublikasının “İpoteka Haqqında” Qanununa əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin tərəflərindən qeydiyyata alınması xahiş edilmişdir. "xxxx" MMC-nin əməkdaşları - baş direktor müavini T.L.Namazov və əməliyyatçı Ş.P.Əhmədbəyli tərəfindən tərtib edilmiş ##.##.2016-cı il tarixli aktın surətindən görünür ki, ##.##.2016-cı il tarixdə “xxxx"ASC-nin adından Azadlıq pr ev-116 mənzil-112 ünvanında qeydiyyatda olan İsmayılov Elnur Qəhrəman oğluna qaimə nömrəsi 174321 olan məktub göndərilmişdir. “xxxx" MMC-in işçisi ##.##.2016-cı il tarixdə həmin ünvanda olmuşdur. Lakin, ünvançının müvəqqəti olaraq bu ünvanda yaşamadığı məlum olmuşdur. Ona görə də məktub geri qaytarılmışdır. cavabdeh1 ASC tərəfindən İsmayılov Elnur Qəhrəman oğluna ünvanlanmış ##.##.2016-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, “İpoteka Haqqında” Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi iddiaçıya göndərməklə nəzərinə çatdırmaq istəyir ki, kredit müqaviləsində göstərilən öhdəlikləri 3 iş günü ərzində icra edilməlidir, əks halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tutmanın ipoteka predmetinə yönəldilməsi məqsədi ilə məhkəməyə müraciət olunacaqdır. "xxxx" MMC-nin əməkdaşları - baş direktor müavini T.L.Namazov və əməliyyatçı Ş.P.Əhmədbəyli tərəfindən tərtib edilmiş ##.##.2016-cı il tarixli aktın surətindən görünür ki, ##.##.2016-cı il tarixdə "xxxx“ASC adından ünvan 1 ünvanında qeydiyyatda olan X1 qaimə nömrəsi 174303 olan məktub göndərilmişdir. “xxxx" MMC-in işçisi ##.##.2016-cı il tarixdə həmin ünvanda olmuşdur. Ünvanın bağlı olduğu məlum olmuşdur. Qonşunu dediyinə əsasən evdə zaman-zaman gec olurlar. Ona görə də məktub geri qaytarılmışdır. Baş Dövlət Yol Polisi İdarəsinin İsmayılov Elnur Qəhrəman oğluna ünvanladığı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "Mercedes S320" markalı **-ND-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2013-cü il tarixdən hazıradək şəxsin adında qeydiyyatda olmaqla, ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Paytaxt filialında girovdadır. Əmanətlərin Sığortalanması Fondunun İsmayılov Elnur Qəhrəman oğluna ünvanladığı ##.##.2025-ci il tarixli müraciətə cavabından görünür ki, İsmayılov Elnur Qəhrəman oğluna cavabdeh1 ASC-nin "Paytaxt" filialı terefinden ##.##.2013-cü il tarixli ***-**/P-EB nömrəli kredit müqaviləsinə esasen 24 (İyirmi dörd) ay müddətinə qaytarılmaq şərti ilə, illik 26 (İyirmi altı) faiz dərəcəsi ilə 8.500,00 (səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı qismində İsmayılov Elnur Qəhrəman oğluna məxsus, "Mercedes Benz S320" minik markalı (Ban: WDB2200651A230529, tip: sedan, buraxılış ili: 2001, rəngi: qara metal) avtomobil ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən kredit üzrə İsmayılov Elnur Qəhrəman oğlunun ##.##.2025-ci il tarixinə ləğv prosesində olan cavabdeh1 ASC-nin bank əməliyyat sistemində 2.381,02 (iki min üç yüz səksən bir dollar 02 sent) ABŞ dolları əsas və 7.456,11 (yeddi min dörd yüz əlli altı dollar 11 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 9.837,13 (doqquz min səkkiz yüz otuz yeddi dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcu mövcuddur. Vətəndaşın müraciətində qeyd edilən ipoteka predmetinin bankın iştirakı ilə üçüncü şəxsə satılması və kredit öhdəliklərinin həmin şəxsə keçməsinə dair bankda heç bir rəsmi sənəd aşkar olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Elnur İsmayılova ünvanlanmış ##.##.2025 -ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır və iddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmur. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Eyni zamanda, müraciətdə qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, SF***** nömrəli çıxarışdan görünür ki, İsmayılov Elnur Qəhrəman oğlunun LPO cavabdeh1 ASC-yə 2.381,02 manat əsas, 7.456,11 manat faiz borcu mövcuddur. Məhkəmənin sorğusuna cavab olaraq Əmanətlərin Sığortalanması Fondunun ## ###### 2025 -ci il tarixli məktubundan görünür ki, cavabdeh1 ASC ilə İsmayılov Elnur Qəhrəman oğlu arasında bağlanmış ##.##.2013-cü il tarixli ***-**/P-EB saylı kredit müqaviləsi üzrə ## ###### 2025-ci il tarixinə yaranmış tələb 2.381,02 (iki min üç yüz səksən bir dollar 02 sent) ABŞ dolları əsas borc, 7.456,11 (yeddi min dörd yüz əlli altı dollar 11 sent) ABŞ dolları faiz borcu, 1.077,41 (bir min yetmiş yeddi dollar 41 sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz, ümumilikdə 10.914,54 (on min doqquz yüz on dörd dollar 54 sent) ABŞ dolları təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, DIN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən "Mercedes S320" markalı **-ND-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2013-cü il tarixdən İsmayılov Elnur Qəhrəman oğlunun adında qeydiyyatdadır. ##.##.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 140.60 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 312.1-ci maddəsinə əsasən ipoteka verən əşyanın real dəyərini qorumağa borcludur. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il ## #### tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hazırkı iddia tələbini təqdim edilmiş sübutlarla və tərəflərin izahatları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə bank arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank iddiaçıya kredit vermişdir. Verilmiş kreditin təminatı olaraq iddiaçıya məxsus avtomobil girova qoyulmuş və bununla bağlı tərəflər arasında ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı banka borcunun olmadığını, bununla bağlı bank tərəfindən ona hələ 2015-ci ildə təmizlik kağızının verildiyini, özünün həmin kağız əsasında avtomobili başqa şəxsə satdığını və bunun da əsasında onun öhdəlikdən azad olmasını bildirərək bankın hazırda ondan tələb etdiyi məbləğin əsassız olduğunu qeyd etmişdir. İddiaçının ona yazılmış borcun silinməsinə dair dəlilləri məhz onun tərəfindən ipoteka ilə yüklü edilmiş avtomobilin banka təhvil verilməsi və bunun nəticəsində onun öhdəliyinin avtomobilin verildiyi şəxsə keçməsindən ibarət olmuşdur. İpoteka ilə yüklü edilmiş avtomobilin üçüncü şəxsin istifadəsinə verilməsi hər bir halda öhdəliyinin icrası həmin avtomobillə təmin edilmiş borcalanın öhdəliyinin həmin üçüncü şəxsə keçməsi ilə nəticələnmir. Belə olan halda kredit öhdəliyinin də həmin şəxsə keçməsi ilə bağlı razılaşma olmalıdır. Hazırki halda isə kredit müqavilənin mövcudluğu və kredit öhdəliyinin icrasının təminatı üsulu olan avtomobilin hələ də iddiaçının mülkiyyətində olması da nəzərə alınmaqla məhkəmə iddiaçının dəlillərinin heç bir mötəbər sübuta əsaslanmadığını hesab edir. Cavabdeh tərəfindən bankla iddiaçı arasında bağlanmış müqavilə üzrə İsmayılov Elnur Qəhrəman oğlunun bank qarşısında icra edilməmiş öhdəliyinin olması barədə məhkəməyə təqdim edilmiş arayışda da kredit müqaviləsi üzrə əsas və müqavilə müddətinə hesablanmış faiz borcuna dair məlumatlar qeyd edilmişdir. İddiaçı kredit müqaviləsindən 12 il müddət keçməsinə baxmayaraq ona qarşı məhkəmədə iddia qaldırılmadığını, pretenziya göndərilmədiyini bildirsə də, cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, bank tərəfindən borcun ödənilməsi ilə bağlı İsmayılov Elnur Qəhrəman oğluna dəfələrlə xəbərdarlıq və bildiriş göndərilmiş, onun yaşadığı ünvana göndərilən məktublar sonuncunun imtina etməsi səbəbindən geri qaytarılmış və bu barədə akt tərtib edilmişdir. İsmayılov Elnur Qəhrəman oğlunun öhdəliyini lazımi qaydada icra etməməsi səbəbindən bank tərəfindən tutma ipoteka predmeti olan avtomobilə yönəldilməsi barədə ərizə ilə aidiyyəti üzrə Baş Dövlət Yol Polisi İdarəsinə ##.##.2016-cı il tarixli ərizə ilə müraciət edilmiş və ərizə ##.##.2016-cı il tarixdə həmin orqanda qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Müəyyən edildiyi kimi iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəlik öhdəliyə xitam verilməsi əsasları üzrə icra edilməmişdir. Tərəflər arasında etibarlı kredit müqaviləsi əsasında yaranan borcun iddiaçının hazırki iddia tələbi üzrə dəlillərinə əsasən silinməsi tələbi əsassızdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı İsmayılov Elnur Qəhrəman oğlunun cavabdeh LPO cavabdeh1 Açıq Səhmdar Cəmı yyətı nin ləğvedicisi Əmanətlərı n Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun silinməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 140.60 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İsmayılov Elnur Qəhrəman oğlunun cavabdeh LPO cavabdeh1 Açıq Səhmdar Cəmı yyətı nin ləğvedicisi Əmanətlərı n Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 140.60 (bir yüz qırx manat altmış qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4891/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4891/2025
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver