Məhkəmə qərarları › İş №2(006)-4907/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4907/2022

18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4907/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Vı̇ layət oğlunun iştirakı ilə İddiaçı Vı̇ layət oğlunun cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "mərkəzləşdirilmiş kredit reyestrindən məlumatların silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Vı̇ layət oğlu cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "mərkəzləşdirilmiş kredit reyestrindən məlumatların silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC-nin İddiaçı Vı̇ layət oğlu ilə bağlamış olduğu 22 iyul 2008-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 30% ödənilməsi şərti ilə 18 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Belə ki, Cavabdeh1 ASC tərəfindən ona verilən xx.xx.2011-ci il tarixli, 2810 saylı arayışdan aydın olduğu kimi kredit müqaviləsi üzrə üzərində olan bütün öhdəliklər tərəfindən tam yerinə yetirilmişdir. O, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət etsə də, Fond onun ərizəsini öhdəliyi yerinə yetirməyi faktına baxmayaraq təmin etməmişdir. Göstərilənlərə əsasən, qeyd edilən kredit müqaviləsi üzrə kredit borcunun olmasına dair Mərkəzləşdirilmiş Kredit Reyestrində olan qeydin silinməsi üçün müvafiq məlumatların (sənədlərin) təqdim edilməsi öhdəliyinin ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı Vı̇ layət oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.

6. Məhkəmə mülki işə cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarına əlavə olunmuş Səbail Rayon Məhkəməsinin 14 aprel 2011-ci il tarixli, 2(009)-743/2011 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Vı̇ layət oğlundan əsas borc üzrə 3072 ABŞ dolları, faiz borcu üzrə 1157 ABŞ dolları, dəbbə pulu 400 ABŞ dolları, cəmi 4629 ABŞ dolları borcu və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Cavabdeh1 ASC-nin hesabına ödənilməsi qət edilmişdir.

9. İş materiallarına əlavə olunmuş Cavabdeh1 ASC-nin 22 sentyabr 2011-ci il tarixli, 2810 saylı arayışından görünür ki, Cavabdeh1 ASC-nin 1 saylı filialı ilə borcalan İddiaçı Vı̇ layət oğlu arasında bağlanmış 22 iyul 2008-ci il tarixli, 2794 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmişdir.

10. İş materiallarına əlavə olunmuş ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fondu tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli müraciətə baxılması haqqında cavab məktubunda bildirilmişdir ki, Səbail Rayon Məhkəməsinin 14 aprel 2011-ci il tarixli, 2(009)-743/2011 saylı qətnaməsi qüvvəyə mindikdən sonra banka 3371,68 ABŞ dolları ödəniş həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixinə sözügedən qətnamə üzrə LPO Cavabdeh1 ASC qarşısında 1257,32 ABŞ dolları və 21 AZN dövlət rüsumu borc öhdəliyi mövcuddur. Qeyd olunan borc məbləğinin ödənilməsi tövsiyə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Yuxarıda qeyd edilən iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Vı̇ layət oğlu xx.xx.2008-ci il tarixli, 2794 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 ASC-dən kredit götürmüş, öhdəlikləri tam həcmdə yerinə yetirmədiyindən, bank tərəfindən məhkəməyə müraciət edilmiş və nəticə etibarı ilə iddiaçı barəsində Səbail Rayon Məhkəməsinin 14 aprel 2011-ci il tarixli, 2(009)-743/2011 saylı qətnamə qəbul edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra İddiaçı Vı̇ layət oğlu tərəfindən öhdəliklər tam yerinə yetirilmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna müraciət edərək adında olan kredit məlumatlarının silinməsini tələb etsə də, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fondu onun borc öhdəliyinin mövcud olduğunu bildirmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Cavabdeh1 ASC-nin 22 sentyabr 2011-ci il tarixli, 2810 saylı arayışına əsasən qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı Vı̇ layət oğlunun bank qarşısında heç bir öhdəliyi mövcud deyildir. Lakin, buna baxmayaraq, bankın ləğvedicisi tərəfindən cavab məktubında iddiaçının borcunun olduğu qeyd edilmiş və həmin məktublar bir-biri ilə ziddiyyət təşkil edir.

14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 ASC həmin borcun mövcud olmasına dair hər hansı sübut təqdim etməmişdir.

15. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

16. İddiaçının tərəf olduğu kredit müqaviləsi üzrə cavabdeh LPO Cavabdeh1 ASCyə borclu olduğu, yəni hər-hansı öhdəliyin yaranması üçün əsasların mövcudluğu öz təsdiqini tapmadığından hesab edir ki, həmin qeydlər silinməlidir. Belə ki, LPO Cavabdeh1 ASC iddiaçının borcunun olmaması barədə aidiyyəti hüquqi şəxslərə müvafiq məlumatı vermədiyindən onun maliyyə itkilərinə məruz qalmasına səbəb olmaqla hüquqlarını pozmuşdur.

17. Belə ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.

18. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.

19. “Azərbaycan kredit bürosu”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.

20. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar.

21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Vı̇ layət oğlunun xx.xx.2008-ci il tarixli, 2794 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna üzərinə qoyulmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı Vı̇ layət oğlunun xx.xx.2008-ci il tarixli, 2794 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar