Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4943/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçıın nümayəndəsi X1, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakları ilə İddiaçı X13 X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı X2 Esmira Vaqifovna mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehlə olan faktiki münasibətlərindən oğlu X10 dünyaya gəlmişdir. O, cavabdehlə 3 illik faktiki münasibətlərindən oğlu Mehdi doğulduqdan 7 ay sonra münasibətləri pozulmuş, o cavabdehdən ayrılmışdır. O, X21 Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət olunmuş, həmin mülki işdə anası məhkəmədə onu etibarnamə ilə təmsil etmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-2609/ 2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X3 doğum akt qeydində dəyişiklik edilərək ata qrafasında Cavabdeh yazılması, 15 aprel 2021-ci il tarixdən hesablanmaqla X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat alimentin X13 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Lakin uşağı azyaşlı olduğundan onun tələbatını ödəmək ona çətindir. Uşağın saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment bugünki dövrdə çox aşağıdır. Uşağın təhsilinə, inkişafına, tərbiyəsi üçün yetərli deyildir. Uşağın əlavə hazırlıq kurslarına, futbola olan marağı ilə bağlı onun təlimlərə gediş-gəlişini təmin etmək üçün Uşağın əlavə hazırlıq kurslarına, futbola olan marağı ilə bağlı onun təlimlərə gediş-gəlişini təmin etmək üçün əlavə vəsait və böyük xərclər tələb olunur. Uşağın saxlanması üçün cavabdeh sabit pul məbləğində hər ay 220 manat ödəməyə borcludur, bunu uşağın mənafeyi tələb edir. Bundan əlavə cavabdehin maddi durumu buna imkan verir. Mediasiya xərci kimi ödədiyi 55 manat pulun da cavabdehdən tutulması daha məqsədə müvafiq hesab olunur.
3. Göstərilənlərə əsasən Binəqədi rayon Məhkəməsinin 2(001)-2609/ 2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək (aliment artırılaraq) xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və mediasiya xərci kimi ödədiyi 50 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçı onun qızıdır. Qızı ilə cavabdeh arasında faktiki ailə münasibətləri mövcud olmuş, 3 illik faktiki ailə münasibətlərindən X10 dünyaya gəlmişdir. Uşaq 7 aylıq olanda isə onlar ayrılmışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X3 atasının Cavabdeh olması faktı müəyyən olunmuş və onun saxlanması üçün hər ay 175 manat alimentin cavabdehdən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Lakin qətnamə ilə təyin olunmuş aliment onun maddi tələbatını ödəmək üçün çox aşağıdır. O, daimi olaraq hazırlıqlara gedir. Həmçinin onun ayağında problem də, vardır ki, bununla bağlı ortopedik ayaqqabı geyinir. Həmin aliment məbləği ilə bunları təmin etmək mümkünsüzdür. Uşaq hazırda onun himayəsindədir. Cavabdeh ata kimi üzərinə düşən öhdəlikləri etmir, ona qayğı göstərmir. Onu görməyə belə gəlmir. Odur ki, göstərilənlərə əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
5. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, hazırki mülki iş üzrə cavabdeh onun həyat yoldaşıdır. Onların birgə nikahdan iki azyaşlı övladları vardır. Həyat yoldaşının rəsmi işi yoxdur. Taksi fəaliyyəti ilə məşğul olur. Bundan başqa həyat yoldaşının ahıl yaşda olan və daimi qulluğa ehtiyacı olan valideynləri də, onların himayəsindədirlər. O, da, uşaqlara və həyat yoldaşının valideynlərinə qulluq etdiyindən işləməsi mümkün deyildir. Onlar təyn olunmuş 175 manat alimenti də, güc-bəla ilə toplayıb ödəyirlər. Aliment məbləğinin artırılması onların maddi vəziyyətinin daha da, ağırlaşdırılması demək olar. Odur ki, qeyd edilən halları nəzərə alaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş edir.
6. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş 175 manat alimenti gecikdirmədən, vaxtlı-vaxtında ödəyir. Hazırda daimi və rəsmi gəlir yeri yoxdur. Taksi fəaliyyəti ilə məşğul olur. Bundan başqa 2012-ci ildə X14 ilə ailə həyatı qurmuş və bu nikahdan iki övladı var. Ona görə də, alimentin artırılması onu maddi cəhətdən sıxıntıya soxacaqdır. Odur ki, alimentin artırılmasına etiraz edir və bu halların nəzərə alınmasını xahiş edir.
7. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2609/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi; xx.xx.2011-ci il təvəllüdlü X3 atasının Cavabdeh olmasının müəyyən edilməsi; xx.xx.2011-ci il təvəllüdlü X3 doğum akt qeydində dəyişiklik edilərək ata qrafasında Cavabdeh yazılması; xx.xx.2021-ci il tarixdən hesablanmaqla X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat alimentin X13 xeyrinə tutulması qət edilmişdir.
9. Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixində verilmiş AZ-İ № 773540 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X14 xx.xx.2012-ci il tarixdə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2012-ci ilin iyun ayının 30 günündə 523 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mehtiyeva soyadı verilmişdir.
10. İş materiallarında olan Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011ci il tarixdə verilmiş AZ-İİ № 740767 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X12, anası İddiaçıdır.
11. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ № 073978 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X12, anası X9.
12. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ № 459263 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X7, anası X9.
13. Mülki işin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/11/2023-01800 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 13:30-da ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
14. Elektron İnformasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh rəsmi iş yeri yoxdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin faktiki nikahlarından bir övladları anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2609/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X3 atasının Cavabdeh olması müəyyən edilmiş və uşaq üçün hər ay 175 manat alimentin X13 xeyrinə tutulması qət edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılmasını tələb edir. Cavabdehin isə rəsmi nikah münasibətlərindən iki övladı var, taksi fəaliyyəti ilə məşğuldur, rəsmi iş yeri yoxdur və iddianı qəbul etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
17. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
18. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.
19. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
20. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
22. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
23. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
24. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
25. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
26. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
27. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh yenidən ailə qurmuş və onun rəsmi nikah münasibətlərindən iki övladı var. Hal-hazırda rəsmi iş yeri yoxdur və taksi fəaliyyəti ilə məşğul olur.
29. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
30. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
31. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini, uşağın mənafeyini və onun saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini, iddiaçının işləmədiyini, onun digər gəlirlərinin olmadığını, həmçinin cavabdehin ailə qurduğunu və rəsmi nikahından 2 övladının olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat məbləğində müəyyən edilməlidir. Həmçinin iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət etmiş, mediasiya xərci üçün 55 manat məbləğində ödəniş etmiş və həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir.
32. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilməli və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq X15 verilməlidir.
33. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
34. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
35. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatadək olduğundan, mediasiya mərhələsində isə iddiaçı tərəfindən 55 manat (mediasiya xərci və rüsumu daxil olmaqla) dövlət rüsumu ödənildiyi üçün cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmasına zərurət qalmamışdır.
36. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 55 (əlli beş) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2609/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq X15 verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 55 AZN (əlli beş manat) məbləğində dövlət rüsumu tutularaq iddiaçı X15 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.