Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4947/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latına qarşı "müəyyən hərəkətlər etməyin cavabdehə həvalə edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latına qarşı "müəyyən hərəkətlər etməyin cavabdehə həvalə edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı arasında Sumqayıt şəhəri, 4-cü mikrorayon, 20/29A saylı evin 17 saylı mənzili ipotekayla yüklü edilərək 2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2018-ci il tarixində 2018-ci ilin avqust ayından başlayaraq 2021-ci ilin avqust ayınadək 25200 manat məbləğində vəsaiti 36 ay ərzində hər ay 700 manat vəsaitin ABŞ dollarına çevirərək ödəmək şərti ilə aralarında razılıq əldə olunmuşdur. Həmçinin cavabdeh təşkilatın 1342 №-li, xx.xx.2018-ci il tarixli razılıq məktubu təşkilat tərəfindən imzalanaraq möhürlənmişdir. Əldə olunan razılığa əsasən 2021-ci il tarixində kredit tam ödənmişdir. Həmçinin yüklü olan mənzil də digər şəxsə satılmışdır. X4 ona 45000 manat pul ödəyərək aralarında AN-l ******* №-li, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin alğı-satqı müqaviləsi əsasında Sumqayıt şəhəri, 4-cü mikrorayon, 20/29A saylı evin 17 saylı mənzili X2 mülkiyyətinə verilmişdir. Lakin buna baxmayaraq elektron bank sistemində həmin kreditin hələ də ödənilib bitməsi ilə bağlı rəsmi məlumat yerləşdirilməmişdir. İddiaçı və digər ailə üzvləri informasiya sistemi üzərindən digər banklara müraciət edərkən də borcun silinməməsi ilə bağlı problemlər yaşayırlar. Bu da onlarlın ümumilikdə ailə üzvlərinin hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən, cavabdeh təşkilatla aralarında bağlanan 2013-cü il tarixli kredit müqaviləsi əsasında ona güzəşt edilən 4696,99 ABŞ dollarının "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı tərəfindən silinməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul edirlər və təmin olunmasına etiraz etmirlər.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.
6. Məhkəmə mülki işə cavabdeh ləğv prosesində olan "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Belə ki, iş materiallarına əlavə olunmuş "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən İddiaçı ünvanlanmış 1342/HO-OUT saylı, 12 iyul 2018-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı və X6 ilə əldə edilmiş şifahi razılığa əsasən 11 iyul 2018-ci il tarixində 11 800 (on bir min səkkiz yüz) ABŞ dolları və 91.00 (doxsan bir) manat, 2018-ci ilin avqust ayından başlamaqla 36 təqvim ərzində, yəni 2021-ci ilin avqust ayınadək hər təqvim ayının 01 tarixindən 30-u tarixinədək 700 (yeddi yüz) manat, cəmi 25200 (iyirmi beş min iki yüz) manat vəsaitin ABŞ dollarına çevirməklə TBC Kredit BOKT MMC-yə ödənilir. Tərəflər razılaşırlar ki, 11 800 ABŞ dollarının ödənilməsindən sonra cəmi 25 200 manat vəsaitin aylıq 700 (yeddi yüz) manat olmaqla ödəniş günü ABŞ dollarının alğı-satqısı üzrə mövcud olacaq kommersiya məzənnəsi ilə həyata keçiriləcək və bu zaman 700 (yeddi yüz) manat vəsaitin ABŞ dolları ekvivalenti – məbləğinin bu məktub tərtib edilən günün məzənnəsindən fərqlənməsindən (artması a ya azalması) asılı olmayaraq hər ay 700-(yeddi yüz) manat vəsaitin dollar ekvivalentinə uyğun olan dollar vəsaitini ödəməlidir. ABŞ dollarının manata olan məzənnəsinin dəyişməsi (artması və ya azalması) kredit alan üçün əlavə maddi məsuliyyət yaratmayacaq. Tərəflər razılaşırlar ki, 2018-ci ilin avqust ayından başlamaqla 36 təqvim ayı ərzində, yəni 2021-ci ilin avqust ayınadək hər təqvim ayının 01 tarixindən 30-u ayınadək cəmi 25200 (iyirmi beş min iki yüz) manat vəsaitin hər təqvim ayı 700 manat olmaqla ABŞ dollarına çevrilməklə ödənilməsi öhdəliyinin icrası bir təqvim ayı gecikdirilsə, bu razılaşma "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ləğv ediləcək və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə nəzərdə tutulmuş qaydada borcun ödənilməsi tələb ediləcəkdir. Tərəflər razılaşırlar ki, 2018-ci ilin avqust ayından başlamaqla 36 (otuz altı) təqvim ayı ərzində, yəni 2021-ci ilin avqust ayınadək hər təqvim ayının 01 tarixindən 30-u tarixinədək cəmi 25200 (iyirmi beş min iki yüz) manat vəsaitin hər təqvim ayı 700 manat olmaqla ABŞ dollarına çevrilməklə ödənilməsi öhdəliyi tam icra edildikdən sonra "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti kredit alan X6 və İddiaçı qarşı heç bir iddiası olmayacaq və İddiaçı qızma məxsus olan Daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınan Sumqayıt şəhəri, 4-cü mikrorayon, 20/29A nömrəli binanın 5-ci mərtəbəsində yerləşən 45.8 kv.m ümumi, 31,3 kv.m yaşayış və 14.5 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 17 nömrəli mənzili ipoteka ilə yüklülükdən azad edəcəkdir.
9. İş materiallarına əlavə olunmuş İddiaçı ilə X5 arasında bağlanmış 04 aprel 2021ci il tarixli, AN-İ saylı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.8 kv.m, yaşayış sahəsi 31.3 kv.m, yardımçı sahəsi 14.5 kv.m olan 2 otaqlı mənzili X1. Müqavilənin 3-cü bəndində qeyd edilmişdir ki, real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən müqavilə bağlananadək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
10. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC-yə ünvanlanmış 19 may 2022-ci il tarixli ərizəsindən görünür ki, X5 tərəfindən kreditin silinməsi ilə bağlı köməklik edilməsi "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC-dən xahiş edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Yuxarıda qeyd edilən iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı və "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. İddiaçı tərəfindən öhdəliklərin tam yerinə yetirilməsinə baxmayaraq "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı borcun olmaması barədə məlumatı öz bank sisteminə daxil etməmişdir. Hazırda İddiaçı 2013-cü il tarixli kredit müqaviləsi əsasında güzəşt edilən 4696,99 ABŞ dollarının "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən silinməsini tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
14. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
15. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
16. “Azərbaycan kredit bürosu”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.
17. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.
18. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.
19. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Daha sonra İddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilmişdir. Bu hal iş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 17 noyabr 2022-ci il tarixli ərizə ilə təsdiq edilir. Lakin cavabdeh "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC tərəflər arasındakı hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilməsinə, Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edildiyi kimi, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətlərindən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsini daşımasına baxmayaraq, İddiaçı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatı verməməklə iddiaçının hüquqlarını pozmuşdur.
20. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
21. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 2013-cü il tarixli kredit müqaviləsi əsasında güzəşt edilən 4696,99 ABŞ dollarının "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən silinməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 2013-cü il tarixli kredit müqaviləsi əsasında güzəşt edilən 4696,99 ABŞ dollarının "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən silinsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov