Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-497/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Qulı̇ yev Yusı̇ f Məmı̇ ş oğlunun Cavabdeḣ Mayı̇ s oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Qulı̇ yev Yusı̇ f Məmı̇ ş oğlu Cavabdeḣ Mayı̇ s oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış 2019-cu il 16 dekabr tarixli borcun etirafı haqqında müqaviləyə əsasən cavabdeh iddiaçıya 50.000 manat borcunun olduğunu etiraf etmiş, həmin borcu isə 16 mart 2020-ci il tarixinədək ödəməyi öhdəsinə götürümüşdür. Lakin borcun qaytarılması üçün razılaşdırılmış 16 mart 2020-ci il tarixindən 2 il 7 ay keçsə də, cavabdeh ümumilikdə hissəhissə 3.650 manat ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya 46.350 manat borcu qalmışdır. Cavabdehdən borcu tələb etdikdə, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan boyun qaçırmış və bu səbəbdən hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Cavabdeḣ Mayı̇ s oğlundan 46.350 AZN borcun, 5976,54 AZN ödənişi gecikdirdiyi 2 il 7 ay üçün borcun illik 5 faizini və 277 AZN dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeḣ Mayı̇ s oğlundan 46.350 AZN məbləğində borc pulun, məhkəmədə iddianın verilməsinə görə 229 AZN məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Qulı̇ yev Yusı̇ f Məmı̇ ş oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini və iddia tələbinin həcminin azaldılmasına dair ərizəni müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, Cavabdeḣ Mayı̇ s oğlu həmin ünvanda yaşamadığından, bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmşdır.
6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Qulı̇ yev Yusı̇ f Məmı̇ ş oğlu ilə Cavabdeḣ Mayı̇ s oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli “borcun etirafı haqqında” müqaviləyə əsasən Cavabdeḣ Mayı̇ s oğlu Qulı̇ yev Yusı̇ f Məmı̇ ş oğluna 50000 (əlli min) manat məbləğində borca pul vermişdir.
9. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” borcunu xx.xx.2020-ci il tarixədək hissə-hissə hər ay 16666 manat ödəməyi öz öhdəsinə götürmüşdür.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli “borcun etirafı haqqında” müqaviləyə əsasən iddiaçı cavabdehə 50000 manat məbləğində borc pul vermişdir. Cavabdeh iddiaçıya olan borcunu xx.xx.2020-ci il tarixinədək qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini tam yerinə yetirməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
12. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
13. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
14. Eyni Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
16. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
17. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Gəstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcun etirafı haqqında müqaviləyə əsasən Cavabdeḣ Mayı̇ s oğlu borcun olduğunu etiraf etdiyini, habelə onun tərəfindən borcun ödənilməsi barədə qəbz və s. sübutlar təqdim olunmadığı üçün iddia tələbi təmin edilməli, Cavabdeḣ Mayı̇ s oğlundan 46350 (qırx altı min üç yüz əlli) manat məbləğində pul alınaraq iddiaçı Qulı̇ yev Yusı̇ f Məmı̇ ş oğluna verilməlidir.
20. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Belə olan halda, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir.
22. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmalı, Cavabdeḣ Mayı̇ s oğlundan əsas borc üzrə 46350 (qırx altı min üç yüz əlli) manat, iddiaçı tərəfindən ödənilmiş dövlət büdcəsinə iddianın verilməsinə görə 229 (iki yüz iyirmi doqquz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Qulı̇ yev Yusı̇ f Məmı̇ ş oğluna verilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeḣ Mayı̇ s oğlundan əsas borc üzrə 46.350 (qırx altı min üç yüz əlli) manat, iddiaçı tərəfindən ödənilmiş dövlət büdcəsinə iddianın verilməsinə görə 229 (iki yüz iyirmi doqquz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Qulı̇ yev Yusı̇ f Məmı̇ ş oğluna verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetindən istifadə etməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov