Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4974/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «Renault Tondar» markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona qaytarılması, həmin avtomobilin cərimələrinə görə 973 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat xidmət haqqı olmaqla, cəmi 1.004 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 16 oktyabr 2019-cu il tarixdə Cavabdeh ilə arasında öhdəlik müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən «Renault Tondar» markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilinin 6.800 manata cavabdehə satılması, bu məbləğin 17 ay müddətinə, hər ayın 25-i günü 400 manat ödənilməklə, tam şəkildə ödənildikdən sonra avtomobili Cavabdeh adına alğı-satqı müqaviləsi əsasında keçirilməsi barədə cavabdehlə razılığa gəlmişlər. Bundan sonra cavabdeh ona müqavilədə göstərilən kimi olmasa da müəyyən ödənişləri etmişdir. Lakin sonradan cavabdeh ödənişləri etməmişdir. O, dəfələrlə cavabdehə müraciətlər etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh 1.800 manatı ödəməkdən imtina etmişdir. Bununla da, cavabdeh müqavilə üzrə şərti pozmuşdur. Belə ki, adıçəkilən öhdəlik müqaviləsinin 2ci bəndinə əsasən ödəniş göstərilən tarixə kimi ödənilməzsə əvvəlcədən olunan ödənişlər geri qaytarılmamaq şərti ilə avtomobil geri qaytarılır. Müqavilə üzrə son ödəniş 25 fevral 2021-ci il tarixdə olmalı idi. Buna görə də, hesab edir ki, cavabdeh avtomobili ona qaytarmalıdır. Bundan başqa, cavabdeh mübahisəli avtomobili idarə etdiyi müddət ərzində 973 manat ödənilməmiş cəriməsi də toplanılmışdır. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehdən avtomobilini qaytarmasını tələb etmişdir. Lakin cavabdeh bundan imtina etmişdir. Sonda isə ona məlum olmuşdur ki, cavabdeh avtomobilini də yararsız hala salmışdır. Hesab edir ki, avtomobil cavabdehdən alınmalı, ekspertiza təyin edilməklə cavabdeh tərəfindən dəymiş ziyan müəyyən edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, taksi fəaliyyəti ilə məşğul olurdu və başqa iş yeri olmadığı üçün dolanışığı da həmin fəaliyyətindəndir. Cavabdehə öhdəlik müqaviləsi ilə avtomobilini verməsinin səbəbi digər avtomobilinin kreditini ödəmək olub. Hesab edir ki, cavabdeh pulu vaxtında ödəyir. Lakin qeyd etdiyi kimi cavabdeh şərtə əməl etməmiş və o, kredit ödənişlərində çətinliyə düşmüşdür. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli 2(006)-4974/2021 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 16 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində öhdəlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən birinci tərəf İddiaçı özünə məxsus olan 2013-cü il buraxılışlı, NAPL5RALDD1206895 ban nömrəli ** RT *** dövlət qeydiyyat nişanlı «Renault Tondar 90» minik markalı avtomobili 6.800 manata satılması barədə Cavabdeh ilə razılığa gəlmişlər. Həmin məbləği 17 ay müddətinə kimi, hər ayın 25-i günü 400 manat ödənilməklə, tam şəkildə ödənildikdən sonra həmin avtomobili müvafiq QİŞ-də Cavabdeh adına nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi əsasında keçirməyi qanun qarşısında öz öhdəsinə götürmüşdür. İkinci tərəf olan Osmanov X1 Cəlal Eldar oğlu ilə sonuncuya məxsus olan həmin avtomobilin 5.800 manata satılması razılığına gəldiyini göstərmiş, ödənişləri vaxtında və tam şəkildə ödəməyə öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən ödəniş göstərilən tarixə kimi ödənilməzsə əvvəlcədən olunan ödənişlər geri qaytarılmamaq şərti ilə avtomobil geri qaytarılır. İşin faktiki hallarından görünür ki, satıcı olan iddiaçı tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, avtomobili alıcı olan cavabdehə saz vəziyyətdə təhvil vermişdir. Cavabdeh bir müddət müqavilədə təsbit olunmuş qaydada olmasa belə, müəyyən qədər ödənişlər etmişdir. Lakin sonradan müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və tam şəkildə icra etməmişdir. Bundan əlavə, cavabdeh avtomobili idarə edərkən, xətalar törətmiş və cəmi 973 manat ödənilməmiş cərimələri qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehə bildiriş ünvanlamış, lakin cavabdeh yenə də öhdəliklərini tam və vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Aidiyyəti maddi hüquq normalarının tələblərindən göründüyü kimi, iddiaçının iddia tələbi haqlıdır, əsaslı olduğundan təmin edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «Renault Tondar» markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılmalı; həmin avtomobilin cərimələrinə görə 973 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat xidmət haqqı olmaqla, cəmi 1.004 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Renault Tondar» markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Həmin avtomobilin cərimələrinə görə yığılmış 973 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat xidmət haqqı olmaqla, cəmi 1.004 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4974/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-4974/2021
17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver