Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4992/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X2, cavabdeh Əhmədlı̇ Saleh Malı̇ k oğlunun iştirakları ilə İddiaçı Bı̇ lal qızının X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Əhmədlı̇ Saleh Malı̇ k oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Bı̇ lal qızı cavabdeh Əhmədlı̇ Saleh Malı̇ k oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2015-ci il tarixdə qeyrirəsmi nikaha daxil olmuşlar. Qeyri-rəsmi nikahdan xx.xx.2016-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. 02 mart 2018-ci il tarixdə Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən 61 saylı nömrə ilə “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə” verilmişdir. 3 il birlikdə ərarvad kimi yaşamaqlarına baxmayaraq, xasiyyətləri tutmadığına görə qeyri-rəsmi nikahları pozulmuşdur. Bundan sonra o, cavabdehlə qeyri-rəsmi nikaha son qoyaraq, övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(041)-751/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh hər ay sabit pul məbləğində 120 manat alimentin tutulması barədə qətnamə qət edilmişdir. Sonradan o, yenidən alimentin məbləğinin artırılması üçün Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin 18 avqust 2021-ci il tarixli, 2(041)-1606/2021 nömrəli qətnaməsinə əsasən alimentin həcmi artırılaraq 140 manat olmuşdur. Kürdəmir Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-ci ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh öz övladı ilə maraqlanmır, əlavə köməklik göstərmir. Oğlunun xəstəliyi ilə əlaqədar olaraq işləmir, belə ki, uşaqda epilepsiya olduğu üçün tez-tez özündən gedir. Sonradan oğluna “Xroniki tonzolit və adenoid Hipertrofiyası” diaqnozu qoyulmuşdur. Vəziyyətinin ağır olması ilə əlaqədar 17 aprel 2023-cü il tarixdə Real-Hospitalda “Adenotanzillektomiya” əməliyyatı edilmişdir. Ona görə də alimentin həcminin artırılaraq 220 manat verilməsi üçün Bakı şəhəri 2 X7 müraciət etmiş, MŞB/2-03475 saylı xx.xx.2023-cü il tarixli "İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barəsində” arayışa əsasən сavabdeh mediasiya şurasına gəlməkdən imtina etmişdir. Övladının tez-tez müalicəsi üçün məcbur olaraq Bakı şəhərinə köçərək kirayədə yaşayır və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 34, mənzil 9-da müvəqqəti qeydiyyata düşmüşdür. Lakin indiki maddi vəziyyətin çətin olması, övladlarına mütəmadi iynələrin xurulması, müxtəlif adda dərmanların alınması, o cümlədən məktəb, paltar, yemək xərcləri, xəstə övladlarının yaşamağa evinin olmaması vəziyyətini bir az da çətinləşdirmişdir. Göstərilənlərə əsasən qeyri-rəsmi nikahdan olan xx.xx.2016-ci il təvəllüdlü X5 “Xroniki tonzolit və adenoid Hipertrofiyası” diaqnozu və epilepsiya xəstəsi olmasını, vəziyyətinin ağır olduğunu və axırıncı dəfə 17 aprel 2023-cü il tarixdə Real- Hospitalda “Adenotanzillektomiya” əməliyyatı keçirməsini, mütamadi iynələrin vurulmasını, müxtəlif adda dərmanların alınmasını, o cümlədən məktəb, paltar, yemək xərclərini nəzərə alaraq, ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumunun da dəyişdirilərək 2023-ci ildə hər uşaq üçün 220 manat müəyyən olunmasını rəhbər tutub, Cavabdeh Kürdəmir Rayon Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(041)-1606/2021 nömrəli qətnaməsinə əsasən qət edilmiş 140 manat alimentin həcminin artırılaraq 220 manat olması və İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Sonradan məhkəmə tərəfindən X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Cavabdeh Əhmədlı̇ Saleh Malı̇ k oğlu iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, o, hal-hazırda Kürdəmir rayonunun Söyüdlər kəndində yaşayır. Ailəlidir. Rəsmi iş yeri və ya aylıq qazancı yoxdur. Himayəsində iki az yaşlı övladı var. Eyni zamanda həyat yoldaşı da işsizdir. Valediyənləriylə, yəni ata və anasıyla yaşayır və onlar da işsizdir. Maddi cəhətdən təminatların yalınz gündəlik təsərrüfat işləri hesabına təmin edə bilirlər. Övladlarından biri görmə problemi olduğundan mütəmadi olaraq həkim müayinəsindən keçir. Hazırki iddia tələbindəki aliment məbləğini ödəmək maddi cəhətdən imkanı xaricindədir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçı onun qızıdır. Qızı ilə cavabdeh arasında faktiki ailə münasibətləri mövcud olmuş, 3 illik faktiki ailə münasibətindən X10 dünyaya gəlmişdir. xx.xx.2018-ci il tarixdə Kürdəmir Rayon Qeydiyyat şöbəsi tərəfindən atalığın müəyyən edilməsi barədə arayış verilmişdir. Onlar 3 il faktiki nikah münasibətlərində olduqdan sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmışlar. Bundan sonra qızı, yəni hazırki mülki iş üzrə iddiaçı alimentin təyin edilməsi ilə əlaqədar Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. Bundan sonra iddiaçı tərəfindən alimentin artırılması ilə bağlı Kürdəmir Rayon Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq 140 manat məbləğində müəyyən edilmişdir. Lakin qətnamə ilə təyin olunmuş aliment onun maddi tələbatını ödəmək üçün çox aşağıdır. Uşaq məktəbə gedir. Həmçinin onun epilepsiya xəstəliyi vardır ki, daimi olaraq nəzarət altında saxlanılır. Ona “Xroniki tonzolit və adenoid hipertrofiyası” dioqnozu qoyulmuşdur. O, bununla bağlı əməliyyat da olunmuşdur. O, daimi olaraq həkim müəyinəsindən keçirilir. Ona müxtəlif dərman vasitələri alınır. Təyin olunan alimentlə isə bunları təmin etmək mümkünsüzdür. Cavabdeh ata kimi üzərinə düşən öhdəlikləri etmir, ona qayğı göstərmir. Onu görməyə belə gəlmir. Cavabdehin mülkiyyətində xeyli miqdarda mal-qarası var. Valideynləri onunla yaşayır və hər ikisi pensiya alır. Onun 220 manat aliment ödəməyə maddi imkanı vardır. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdeh Əhmədlı̇ Saleh Malı̇ k oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, bundan əvvəl məhkəmə tərəfindən təyin edilmiş 140 manat məbləğində alimenti vaxtlı-vaxtında ödəyir. Bundan daha artıq məbləğdə aliment ödəməyə maddi imkanı çatmır. Belə ki, hazırda işsizdir. Rəsmi gəlir yerim yoxdur. Bununla bağlı müvafiq dövlət orqanına müraciət edilmişdir. Bundan başqa, hazırda evlidir və himayəsində iki azyaşlı övladı var. Buna görə də alimentin artırılmasına etiraz edir və bu halların nəzərə alınmasını xahiş edir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin qeyrirəsmi nikah münasibətlərindən bir övladları anadan olmuşdur. Kürdəmir Rayon Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(041)-751/2019 saylı qətnaməsi ilə xx.xx.2016-ci il təvəllüdlü X1 üçün aliment təyin edilmişdir. Daha sonra Kürdəmir Rayon Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(041)-1606/2021 saylı qətnaməsinə əsasən alimentin həcmi artırılaraq 140 manat olmuşdur. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.
b) Mülki işin materialları:
11. Mülki işin materiallarında olan Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ № 325446 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı ildə İddiaçı doğulmuş X6 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin mart ayının 2 günündə 61 №ilə qeyd edilmişdir.
12. Mülki işin materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1606/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-751/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı Bı̇ lal qızı ilə Əhmədlı̇ Saleh Malı̇ k oğlunun ər-arvad kimi birgə yaşadıqları müddətdə doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh Əhmədlı̇ Saleh Malı̇ k oğlundan hər ay sabit pul məbləğində 140 manat aliment tutularaq İddiaçı Bı̇ lal qızına ödənilməsi, Əhmədlı̇ Saleh Malı̇ k oğlundan ödəniləcək illik alimentin həcminə görə 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
13. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.2016-ci il təvəllüdlü X9 xx.xx.2023-cü ildə Real-Hospitalda “Xroniki Tonzilit və Adenoid Hipertrofiyası” diaqnozu ilə “Adenotanzillektomiya” əməliyyatı olmuşdur. Xəstəyə 10 gün ambulator müalicə təyin edilmişdir.
14. Mülki işin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB-2/03475 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Əhmədlı̇ Saleh Malı̇ k oğlu İddiaçı Bı̇ lal qızı tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2023-cü il tarixində, 10:00-11:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
16. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
17. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.
18. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
20. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
21. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
22. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
23. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
24. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
25. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
26. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
27. Bununla belə, məhkəmə vurğulayır ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, cavabdeh hazırda ailəlidir və başqa nikahdan iki azyaşlı uşağı vardır. Dolayısı ilə cavabdehin özünün və ailəsinin də əmlak mənafelərini məhkəmə nəzərə alır. Bundan əlavə, məhkəmə hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 220 manatadək artırmaq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir.
28. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Əhmədlı̇ Saleh Malı̇ k oğlundan hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı Bı̇ lal qızına verilməli, iddia tələbi qalan hissədə rədd edilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. xx.xx.2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Əhmədlı̇ Saleh Malı̇ k oğlundan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1606/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Əhmədlı̇ Saleh Malı̇ k oğlundan hər ay sabit pul məbləğində tutularaq İddiaçı Bı̇ lal qızına verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.