Məhkəmə qərarları › İş №2(006)-5019/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5019/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5019/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakların ipoteka yüklülüyündən azad olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “AGBank" ASC ilə X5 arasında bağlanmış 31.07.2006-cı il tarixli, İ-019/şf saylı ipoteka müqaviləsinə, Cavabdeh1 ASC ilə X6 arasında bağlanmış 02.05.2007-ci il tarixli, G- 002/ADB/şf saylı ipoteka müqaviləsinə və Cavabdeh1 ASC ilə İddiaçı2 arasında bağlanmış 27.09.2007-ci il tarixli, İ-084/şf saylı ipoteka müqaviləsinə xitam verilməsi, Ağsu şəhəri, X10 küçəsində istifadəsində olan 0.11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının; Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci km-də, yolun şimal tərəfindəki 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249.8 kv.m olan əmlak kompleksinin üzərinə qoyulmuş yüklülüyün ləğv edilməsi üçün, bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət edilməsi vəzifəsinin cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh1 ASC-yə həvalə olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 27.09.2007-ci il tarixli, 084/şf saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə 31,07.2006-cı il tarixində Cavabdeh1 ASC ilə X5 arasında İ-019/şf saylı ipoteka müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Nizami Dəmirova məxsus Ağsu şəhəri, X10 küçəsində istifadəsində olan 0.11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişi, 17 otaqlı, ümumi sahəsi 1178.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası; 02,05.2007-ci il tarixində Cavabdeh1 ASC iiə X5 arasında G- 002/ADB/şf saylı ipoteka müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Nizami Dəmirova məxsus Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi; 27.09.2007-ci ii tarixdə Cavabdeh1 ASC ilə İddiaçı2 arasında İ-084/şf saylı ipoteka müqaviləsi bağlanmış və ona məxsus Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci km-də, yolun şimal tərəfində mülkiyyətində olan 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249.8 kv.m olan əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. İpoteka qovan X5 12.12.2011-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt Qeydləri kitabında 2011-ci ilin dekabr ayının 19-da 210 saylı qeyd edilmişdir. Nizami Piri odlu Dəmirovun hüquqi varisi İddiaçı1 müəyyən olunmuşdur. Ona görə də İddiaçı1 oğiu hazırki işdə iddiaçı qismində çıxış edir. Tərəflər arasında bağlanmış 27.09.2007-cii tarixli, 084/şf saylı kredit müqaviləsindən irəli gələn mübahisə üzrə Cavabdeh1 ASC iddiaçı qismində cavabdehlər "xxxx" MMC-yə, İddiaçı2 və X3 qarşı ipoteka qoyulmuş əmlakın satılmasına dair iddia ərizəsi ilə Ağsu rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 197.900 manat əsas borcun, 230.841 manat 80 qəpik kreditə hesablanmış faiz borcunun, 197.618 manat 88 qəpik cərimənin, cəmi 626.360 manat 68 qəpik borcun tutulmasına, Nizami Dəmirova məxsus Ağsu şəhəri, X10 küçəsində istifadəsində olan 0.11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyən olunmasına, Nizami Dəmirova məxsus Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən olunmasına, İddiaçı2 məxsus Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci km-də, yolun şimal tərəfində mülkiyyətində olan 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249.8 kv.m olan əmlak kompleksinin ilkin satış qiymətinin müəyyən olunmasına, Nizami Dəmirova məxsus Ağsu şəhəri, X10 küçəsində istifadəsində olan 0.11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracdan satılmasına, Nizami Dəmirova məxsus Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılmasına, İddiaçı2 məxsus Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci km-də, yolun şimal tərəfində mülkiyyətində olan 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249.8 kv.m olan əmlak kompleksinin açıq hərracdan satılmasına, Nizami Dəmirova məxsus Ağsu şəhəri, X10 küçəsində istifadəsində olan 0.11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının boşaldılmasına, Nizami Dəmirova məxsus Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin boşaldılmasına, İddiaçı2 məxsus Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158ci km-də, yolun şimal tərəfində mülkiyyətində olan 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249.8 kv.m olan əmlak kompleksinin boşaldılmasına, göstərilən əmlakların satışından əldə olunmuş pul vəsaitinin "xxxx" MMC-nin Cavabdeh1 ASC-yə 01.06.2015-ci il tarixinə olan 197.900 manat əsas borcun, 230.841 manat 80 qəpik kreditə hesablanmış faiz borcunun, 197.618 manat 88 qəpik cərimənin, cəmi 626.360 manat 68 qəpik borcun ödənilməsinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağsu rayon Məhkəməsi həmin mülki iş üzrə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər "xxxx" MMC-yə, İddiaçı2 və X3 qarşı ipoteka qoyulmuş əmlakın satılmasına və digər tələblərə dair iddiasının rədd edilməsi barədə 2(016)-1081/2015 saylı, 28.10.2015-ci il tarixli qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı Cavabdeh1 ASC tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 02.05.2016-cı ıl tarixli, 2(106)-760/2016 saylı qətnamə ilə iddiaçı Cavabdeh1 ASC apelyasiya şikayəti təmin edilməmiş, Ağsu rayon Məhkəməsinin 2(016)-1081/2015 saylı, 28.10.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 ASC apelyasiya instansiya məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 16.09.2016-ci il tarixli, 2(102)-4418/2016 saylı Qərar ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 02.05.2016cı il tarixli, 2(106)-760/2016 saylı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bütün yuxarıda qeyd edilənlərdən və hazırki ərizəyə əlavə edilmiş məhkəmə qərarlarının əsaslandırıcı hissələrindən göründüyü kimi, məhkəmələr iddiaçı Cavabdeh1 ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 27.09.2007-ci il tarixli, 084/ŞF saylı kredit müqaviləsindən irəli gələn mübahisəyə dair iddia tələbini iddiaçı tərəfindən heç bir üzrlü səbəb olmadan iddia müddəti ötürülməklə verildiyi üçün təmin etməmiş, bununla da əsas öhdəliyə xitam verilmişdir. Belə olduğu halda əlavə öhdəliyin icrası da qüvvəsini itirmiş hesab edilməli, X3 məxsus Ağsu şəhəri, X10 küçəsində istifadəsində olan 0.11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178.1 kv.m olan 1 mərtəbəli qeyriyaşayış binasının, yenə də X3 məxsus Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və İddiaçı2 məxsus Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci km-də, yolun şimal tərəfində mülkiyyətində olan 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249.8 kv.m olan əmlak kompleksinin ipoteka itə yüklü olaraq saxlanılmasına da xitam verilməlidir. Qeyd edilən daşınmaz əmlakların əsassız və qanunsuz olaraq hələ də yüklü vəziyyətdə saxlanılması nəticəsində ipoteka qoyanların həmin əmlaklar üzərində mülkiyyət hüquqları məhdudlaşır, əmlaklara dair sərəncam verilməsi mümkünsüz olur və buna görə də onlara külli-miqdarda maddi zərər vurulur. Məlumdur ki, qanunverici ipoteka qoyana vurulan bu zərərə görə məsuliyyəti birbaşa ipoteka saxlayanın üzərinə qoyur. Mövcud qanunvericiliyə uyğun olaraq, Əmanətlərin Sığortalanması Fondu tərəfindən müvafiq tədbirlər görülərək ipotekaya xitam verilməli və bu barədə ipoteka saxlayan qismində ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət edilməli idi. Qanunvericiliyin tələbinə uyğun olaraq, iddiaçılar tərəfindən bu barədə 07.12.2020-ci il tarixli əsaslandırılmış ərizə ilə cavabdeh təşkilata müraciət edilmiş, ipotekaya xitam verilməsi üçün bunun ipoteka saxlayan qismində ipotekanın qeydiyyatını aparan dövlət orqanına bildirilməsi xahiş edilmişdir. Lakin çox təəssüf olsun ki, cavabdeh tərəfindən göndərilmiş 08.01.2021-ci il tarixli, **********012 saylı cavab məktubundan da göründüyü kimi, tamamilə qanuni və əsaslı olan tələbimiz təmin edilməmiş, Ağsu rayon Məhkəməsinin 28.10.2015-ci il tarixli 2(016)-1Q81/2015 saylı qətnaməsinə əsasən ləğv prosesində olan "AGBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmadığı” kimi absurd bir əsas gətirilərək rədd edilmişdir. Mübahisə predmeti olan ipoteka müqavilələrinə xitam verilməsi və ipoteka predmeti olan əmlakların üzərindən yüklülüyün götürülməsi barədəki iddia tələbi haqlıdır və təmin edilməlidir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili X7 iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 ASC ilə X5 arasında bağlanmış 31.07.2006cı il tarixli, İ-019/şf saylı ipoteka müqaviləsi, “AGBank" ASC ilə X5 arasında bağlanmış 02.05.2007-ci il tarixli, G-002/ADB/şf saylı ipoteka müqaviləsi və Cavabdeh1 ASC ilə İddiaçı2 arasında bağlanmış 27.09.2007-ci il tarixli, İ-084/şf saylı ipoteka müqaviləsi üzrə Ağsu şəhəri, X10 küçəsində istifadəsində olan 0.11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının; Ağsu şəhəri, 2- ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci km-də, yolun şimal tərəfindəki 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249.8 kv.m olan əmlak kompleksinin üzərinə qoyulmuş yüklülüklərə xitam verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X7 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia LPO Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməli, Əmanətlərin Sığortalanması Fonduna münasibətdə isə rədd edilməlidir. Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.12.2011-ci il tarixli, AZ-500022 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12.11.2011-ci il tarixdə şəkərli travmatik beyinə qansızma səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 19.12.2011-ci il tarixdə 210 nömrə ilə qeyd edilmişdir. Reyestrdə 2V-34 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən İddiaçı1 X1 vərəsəsi hesab edilmişdir. Şəhadətnamədə verilən miras əmlak olaraq mərhum X2 məxsus ünvan 1 ünvanında yerləşən 0.4671 hektar torpaq sahəsi göstərilmişdir. LPO Cavabdeh1 ASC tərəfindən X1 varisi İddiaçı1 və İddiaçı2 ünvanlanmış 08 yanvar 2021-ci il tarixli cavab məktubundan görünür ki, Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli 2(016)-1081/2015 saylı qətnaməsi ilə İ-019/şf saylı ipoteka müqaviləsi, 02.05.2007-ci il tarixli G-002/ADB/şf saylı ipoteka müqaviləsi və 27.09.2007-ci il tarixli İ-084/şf saylı ipoteka müqaviləsinə əsasən “ipoteka qoyulmuş əmlakların satılması” barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli 2(016)-1081/2015 saylı qətnaməsi ilə ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF-nin üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmadığı bildirilmişdir. İpoteka saxlayan Cavabdeh1 ASC ilə ipoteka qoyan İddiaçı2 və borcalan "xxxx" MMC arasında bağlanmış 27 sentyabr 2007-ci il tarixli İ-084/Şf saylı ipoteka müqaviləsinə əsasən, İpoteka saxlayanla borcalan arasında bağlanmış 27 sentyabr 2007-ci il tarixli 084/Şf saylı kredit müqaviləsinə müvafiq olaraq İpoteka saxlayan borcalana 24 ay müddətinə illik 20% ödəmək şərti ilə 300.000 manat məbləğində kredit verməyi, borcalan isə kreditdən istifadəyə görə faizləri hər ay borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədilə İpoteka qoyan mülkiyyətində olan Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci kilometrliyində, yolun şimal tərəfində yerləşən 0.34 ha torpaq sahəsində 249,8 kv.m ümumi, 249,8 kv.m əsas sahədən ibarət əmlak kompleksi ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. İpoteka saxlayan Cavabdeh1 ASC ilə ipoteka qoyan X6 və borcalan "xxxx" MMC arasında bağlanmış 02 may 2007-ci il tarixli G-002/ADB/Şf saylı ipoteka müqaviləsinə əsasən, İpoteka saxlayanla borcalan arasında bağlanmış 02 may 2007-ci il tarixli K- 002/ADB/Şf saylı kredit müqaviləsinə müvafiq olaraq İpoteka saxlayan borcalana 34 ay müddətinə illik 18% ödəmək şərti ilə 50.000 manat məbləğində kredit verməyi, borcalan isə kreditdən istifadəyə görə faizləri hər ay borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədilə İpoteka qoyan mülkiyyətində olan Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. İ-019/Şf saylı, 31 iyul 2006-cı il tarixli ipoteka müqaviləsinə edilmiş 2 saylı əlavə razılığa əsasən ipoteka qoyan X6 02 may 2007-ci il tarixli K-002/ADB/Şf saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Ağsu şəhəri, X10 küçəsində istifadəsində olan 0.11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli 21 girişli, 17 otaqlı 1178.1 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını (avtotexservis) ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. İ-019/Şf saylı ipoteka müqaviləsinə 27 sentyabr 2007-ci il tarixli, 2 nömrəli əlavə razılığa əsasən ipoteka qoyan X6 02 may 2007-ci il tarixli K-002/ADB/Şf saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə bağladığı 31.07.2006-cı tarixli, İ-019/Şf saylı ipoteka müqaviləsi və ona edilmiş bütün əlavələrin digər şərtləri qüvvədə qalır. Ağsu Rayon Məhkəməsinin 28.10.2015-ci il tarixli, 2(016)-1081/2015 saylı qətnaməsindən görünür ki, "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə, İddiaçı2 və X3 qarşı ipoteka qoyulmuş əmlakın satılmasına dair iddia ərizəsi rədd edilmişdir Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.05.2016-cı il tarixli, 2(106)- 760/2016 saylı qətnaməsi ilə"xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Ağsu Rayon Məhkəməsinin 28.10.2015-ci il tarixli, 2(016)-1081/2015 saylı qətnaməsinin verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16.09.2016-ci il tarixli, 2(102)-4418/2016 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.05.2016-cı il tarixli, 2(106)-760/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 25.10.2021-ci il tarixli arayışdan görünür ki, Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci kilometrliyində yolun şimal tərəfində mülkiyyətdə olan 0,34 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 249,8 kv.m olan əmlak kompleksi kimi müəssisə Ağsu bələdiyyəsinin 30.01.2007-ci il tarixli 02 nömrəli protokolundan çıxarışı, torpaq sahəsinin alqı-satqı aktı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi və 30.05.2007-ci il tarixli AN;000379 nömrəli planı və ölçüsü sənədi, yerquruluşu planı, Ağsu Rayon İcra Hakimiyyəti başçısının 11.05.2007-ci il tarixli 115 nömrəli sərəncamı, 21.08.2007-ci il tarixli tikinti-quraşdırma işlərinin başa çatdırılması barədə akta əsasən İddiaçı2 adına ilkin olaraq 13.09.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Sözügedən Əmlak Kompleksi kimi müəssisə Cavabdeh1 ASC-nin xeyrinə 27.09.2007-ci il tarixdən ipoteka ilə yüklü edilmiş, üzərində 11.12.2013-cü il tarixdə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. Ağsu şəhəri, 2-ci məhəllədə istifadədə olan 0,03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74,3 kv.m yaşayış, 295,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi Ağsu bələdiyyəsinin 30.05.2005-ci il tarixli 7 saylı protokoldan çıxarış və Ağsu Rayon icra Hakimiyyəti başçısının 26.12.2006-cı il tarixli sərəncamı əsasında X1 adına 18.05.2007-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evi Cavabdeh1 ASC-nin xeyrinə 02.05.2007-ci il tarixdən ipoteka ilə yüklü edilmiş, üzərində 11.12.2013-cü il tarixdə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. Həmçinin Ağsu şəhəri, X10 küçəsində, istifadədə olan 0,11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178,1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası 31.10.2005-ci il tarixli 2056 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə bağlanmış müəssisənin alqı-satqı müqaviləsinə əsasən X1 adına ilkin olaraq 28.07.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Sözügedən qeyri-yaşayış binası Cavabdeh1 ASC-nin xeyrinə 03.08.2006-cı il tarixdən ipoteka ilə yüklü edilmiş, üzərində 11.12.2013-cü il tarixdə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4 və 269.5-ci maddələrinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Bu Məcəllənin 376-cı maddəsinin tələblərinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 556.1-ci maddəsinin tələbinə görə icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin tələblərinə görə ipotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə (48.1.1); əsas öhdəliyə xitam verildikdə (48.1.2); tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda (48.1.3); ipoteka predmeti məhv olduqda (48.1.4); bu Qanunla nəzərdə tutulmuş digər hallarda (48.1.5). Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanmış 02 may 2007-ci il tarixli K-002/ADB/Şf saylı və 27 sentyabr 2007-ci il tarixli 084/Şf saylı kredit müqavilələrinə əsasən sonuncuya müxtəlif şərtlər ilə kredit verilmiş və kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı kimi X6 və İddiaçı2 ilə Bank arasında İ-019/Şf saylı, 31 iyul 2006-cı il tarixli, 02 may 2007ci il tarixli G-002/ADB/Şf saylı və 27 sentyabr 2007-ci il tarixli İ-084/Şf saylı ipoteka müqavilələri və həmin müqavilələrə əlavə razılıqları bağlanmış, tam mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olan Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci kilometrliyində, yolun şimal tərəfində yerləşən 0.34 ha torpaq sahəsində 249,8 kv.m ümumi, 249,8 kv.m əsas sahədən ibarət əmlak kompleksi və X2 məxsus olan Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və Ağsu şəhəri, X10 küçəsində, istifadədə olan 0,11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178,1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ağsu Rayon Məhkəməsinin 28.10.2015-ci il tarixli, 2(016)-1081/2015 saylı qətnaməsi ilə “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi”nə dair iddiası iddia müddətinin keçməsi səbəbi ilə rədd edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Qeyd edilənlərə baxmayaraq ipoteka saxlayan-cavabdeh mübahisə predmeti olan əmlaklar üzrə qeydiyyata alınmış ipoteka yüklülüyünə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verməkdən imtina etməkdədir. Hazırda ipoteka qoyan İddiaçı2 və X1 vərəsəsi İddiaçı1 məhkəməyə müraciət edərək yuxarıda qeyd edilən əmlakların üzərində mövcud olan yüklülüklərə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əsas tələb üzrə iddia müddətinin keçməsi əlavə tələb üzrə müddətin bitməsinə əsas olduğundan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələrindən irəli gələn öhdəliyin icrasını tələb etmək mümkün olmadığından, həmçinin sözügedən öhdəliyin icrasının mümkün olmamasının ipoteka qoyanların təqsiri üzündən baş vermədiyindən cavabdeh ipoteka müqavilələrinə əsasən yaranmış yüklülüklərə xitam verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da iddiaçıların mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair “1 saylı Protokolu”nun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə həmçinin hesab edir ki, iddia cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə rədd edilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi tələb təkcə hüquqi şəxsə, yəni ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı deyil, həmçinin onun ləğvedicisi, yəni qanuni nümayəndəsi kimi fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülmüşdür. Halbuki ləğvedici yalnız bankın qanuni nümayəndəsi kimi onun işlərini idarə edir, onun adından məhkəmədə çıxış edir və onun məhkəmə qərarına əsasən gələcəkdə digər bir ləğvedici ilə əvəz olunması istisna olunmur. Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan Cavabdeh1 ASC-nin qanuni nümayəndəsi (ləğvedicisi) olmasına baxmayaraq onun öhdəlikləri üzrə məsuliyyət daşımır və onun üzərinə banka aid vəzifələr qoyula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Həmin Məcəllənin 60.4-cü bəndində isə təsbit olunmuşdur ki, ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia LPO Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməli, İddiaçı2 məxsus olan Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci kilometrliyində, yolun şimal tərəfində yerləşən 0.34 ha torpaq sahəsində 249,8 kv.m ümumi, 249,8 kv.m əsas sahədən ibarət əmlak kompleksi və İddiaçı1 məxsus olan Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və Ağsu şəhəri, X10 küçəsində, istifadədə olan 0,11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178,1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası üzərində LPO Cavabdeh1 ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməlidir. İddia Əmanətlərin Sığortalanması Fonduna münasibətdə rədd edilməlidir. Belə ki, məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia LPO Cavabdeh1 ASC-yə münasibətdə təmin edilsin. İ-019/Şf saylı 31 iyul 2006-cı il tarixli, G-002/ADB/Şf saylı 02 may 2007-ci il tarixli və İ-084/şf saylı 27 sentyabr 2007-ci il tarixli ipoteka müqavilələri və həmin müqavilələrə edilmiş əlavə razılıqlara əsasən İddiaçı2 məxsus olan Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci kilometrliyində, yolun şimal tərəfindəki 0.34 ha torpaq sahəsində yerləşən ümumi 249,8 kv.m olan əmlak kompleksi və İddiaçı1 Piri oğluna məxsus olan Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və Ağsu şəhəri, X10 küçəsində istifadəsində olan 0,11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178,1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası üzərində LPO Cavabdeh1 ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilsin. İddia Əmanətlərin Sığortalanması Fonduna münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar