Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5084/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi ” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, dəymiş maddi zərərin əvəzi olaraq 33900 avro məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Belə ki, 10GF600 dövlət qeydiyyat nişanlı, «X3» markalı avtomobil 22.07.2016 tarixli AC 684218 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsusdur. 15 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Bül-Bül prospekti X1rşısında Cavabdeh1 MMC-yə məxsus olan 90PV340 dövlət qeydiyyat nişanlı, «Khazar Samand» markalı minink avtomobilin sürücüsü Cavabdeh2 (Cavabdeh2) hərəkəti qaydalarını pozaraq ona məxsus avtomobil ilə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsini törətmişdir. Bununla bağlı Cavabdeh2 barəsində Bakı şəhəri DYP-nin 15 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. Ona məxsus olan avtomobilə dəymiş olduğu zərərin müəyyən edilməsi üçün tərəfindən avtomobilin rəsmi distryubyutoru olan Bentley Baku şirkətinə müraciət edilmişdir. Bentley Baku şirkətinin təqdim etdiyi zərər aktına əsasən avtomobilin bərpası üçün 33900 Avro (otuz üç min doqquz yüz) Avro tələb olunur. Cavabdehlər, ona dəymiş olduğu zərərin ödənilməsi üçün cavabdehdirlər və əvəzini ödəməyə borcludurlar. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 o iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, Cavabdeh1 MMC ilə bağlanmış 02 oktyabr 2019-çu il tarixli MAS-516 «Öhdəliklərin ötürülməsi» müqaviləsinə əsasən Cavabdeh2 istifadəsinə 2018-çi il buraxılışı, «Khazar Samand» markalı **-PV-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli avtomobil verilmişdir. «Daxili Lizinq» Müqaviləsinin 5.2-ci bəndinə uyğun olaraq müqavilənin qüvvədə olduğu bütün müddət ərzində Lizinq Obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti Lizinq Alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə baclı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağla digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsindən də görünür ki, tələb olunan məbləğ Cavabdeh1 MMC tərəfindən ödənilməli deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdehin nümayəndəsi iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materialında olan «X3” Şirkətinin Zərər Aktından görünür ki, avtomobilin bərpası üçün 32990 Avro (otuz üç min doqquz yüz) Avro tələb olunur. İş materialında olan Bakı şəhəri DYP tərəfindən tərtib edilmiş 15 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 15 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Bül-Bül prospekti X1rşısında Cavabdeh1 MMC-yə məxsus olan 90PV340 dövlət qeydiyyat nişanlı, Khazar Samand markalı minik avtomobilin sürücüsü Cavabdeh2 (Cavabdeh2) hərəkəti qaydalarını pozaraq ona məxsus avtomobil ilə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsini törətmişdir. Nəticədə Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta törətmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11.11.2021-ci il tarixli, 2(006)-5084/2021 saylı ekspertiza rəyindən görünür ki, “Bentley Baku” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “X3” markalı, ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 43853,0 manat müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə baclı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağla digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsulyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, məhkəmə baxışı zamanı təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11.11.2021-ci il tarixli, 2(006)-5084/2021 saylı ekspertiza rəyindən göründüyü kimi “Bentley Baku” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “X3” markalı, ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 43853,0 manat müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, «Daxili Lizinq» Müqaviləsinin 5.2-ci bəndinə uyğun olaraq müqavilənin qüvvədə olduğu bütün müddət ərzində Lizinq Obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti Lizinq Alan daşıyır. Lizinq alan şəxs Cavabdeh2dur. Ona görə də hazırki iddia tələbi üzrə Cavabdeh2 məsuliyyət daşıyır. Odur ki, Cavabdeh1 MMC-yə qarşı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Ekspertin rəyi iş üzrə sübut kimi qəbul edilməlidir. 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə görə Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 43.853 manat məbləğində dəymiş zərər və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq, Dövlət büdcəsinə köçürülməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 43.853 manat məbləğində dəymiş zərər və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5084/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5084/2021
24.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver