Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5098/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı Cavabdeh ASC-nə qarşı “xəstəliyi ilə bağlı kreditin pensiyasından tutulmasında güzəşt edilməsi tələbinə dair” iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh ASC-nə qarşı “xəstəliyi ilə bağlı kreditin pensiyasından tutulmasında güzəşt edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakı əsaslara görə ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinin tələbinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 152.1.2, və 152.2- 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı Cavabdeh ASC-nə qarşı “xəstəliyi ilə bağlı kreditin pensiyasından tutulmasında güzəşt edilməsi tələbinə dair” iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5098/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5098/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver