Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-510/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə vurulmuş 1000+ 340+340 manat məbləğ və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ümumilikdə 1710 manat vəsaitin Cavabdeh tutularaq “My Cars" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq fəaliyyətləri avtomobillərin müddətli icarəyə verilməsi ilə bağlıdır. Cavabdeh X3 31 avqust 2021-ci il tarixdə İddiaçı MMC-yə müraciət etmiş, tərəflər arasında avtomobil vasitəsinin icarə müqaviləsi bağlanmış, “Kia Optima” markalı ** UP *** dövlət nömrə nişanlı avtomobil onun sahibliyinə və istifadəsinə verilmişdir. Həmin avtomobilə dair İddiaçı MMC tərəfindən №1106 nömrəli yol vərəqəsi verilmişdir, icarə haqqı kimi gündəlik 85 manat müəyyən olunmuş, tərəflər qeyd edilən məbləğə razılaşmışlar. Cavabdeh ilə aralarında bağlanmış müqaviləyə əsasən ondan başqa şəxsin idarə etməsinin qadağan olduğunu və müqavilənin bu şərtinin pozulması nəticəsində 1000 manat cərimə ödəməli olduğunu bildirilməsinə baxmayaraq, Cavabdeh avtomaşını icarəyə götürdükdən sonra sürücülük hüququ olmayan Rəşad adlı dostuna idarəetmək üçün vermişdir. Həmin Rəşad adlı şəxs 02 sentyabr tarixində avtomaşını təhvil verməyə gətirdikdə Ərəstunun dostu olduğunu və onun sürücülük vəsiqəsinin olmadığı üçün dostu Ərəstunun adına sənədləşdirib özü idarə etdiyini və avtomaşında onun idarə etdiyi zaman ön hissəsində və sağ yan hissəsində zərərlər yetirildiyini etiraf etmişdir. İcarəgötürən kimi Ərəstunu tanıdığını və bunun sürücülük huququ olmadığı halda avtomaşını idarə etdiyinə görə iradını bildirmişdir. Rəşad isə buna görə iddiaçıdan dəfələrlə üzr istəyib dəymiş zərərin aradan özü tərəfdən aradan qaldıracağım bildirdi. Ərəstunun sahibliyinə və istifadəsinə verilmiş avtomobilə zərər vurmuş, sonradan həmin zərərin aradan qaldırılması ilə bağlı əməli addımlar atmamışdır. “Kia Optima” markalı ** UP *** dövlət dövlət nömrə nişanlı avtomobil iddiaçı tərəfindən təmir etdirilmiş, fiziki şəxs Emil Bayramov tərəfindən 16 sentyabr 2021-ci il tarixli qüsur aktı tərtib edilmiş, yekun olaraq çəkilmiş xərc məbləği 340 manat müəyyən olmuşdur. İddiaçı MMC olaraq yuxarıda qeyd olunan müqavilə üzrə pozuntunu və nəqliyyat vasitəsinə dəymiş zərəri 02.09.2021 tarixdə aktla rəsmiləşdirmişlər. “Kia Optima” markalı ** UP *** dövlət nömrə nişanlı avtomobil İddiaçı MMC ilə həmin avtomobilin mülkiyyətçisi olan X2 arasında bağlanmış 06 dekabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən və Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq olunmuş 06 dekabr 2019 tarixli, 7e/46637 reyestrli etibarnaməyə əsasən 06.12.2021-ci il tarixinədək sahibliklərinə qəbul edilmişdir. Göründüyü kimi icarə götürən və hazırda cavabdeh olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə vurulmuş maddi zərərin əvəzi onun tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. 06.12.2019-cu il tarixli, 820776 nömrəli etibarnamədən görünür ki, X1 məxsus ağ rəngli, buraxılış ili 2011-ci il olan, “KİA OPTİMA” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil 23.11.2019-cu il tarixdən beş il müddətinə 06.12.2024-cü il tarixədək sürülməsi üçün İddiaçı MMC-yə idarə edilməsi üçün etibarnamə verilmişdir. X2 ilə İddiaçı MMC-nin direktoru X4 arasında bağlanılmış 06.12.2020-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X2 “KİA OPTİMA” minik markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı MMC-nin müvəqqəti istifadəsinə verməyi, İddiaçı MMC isə avtomobildən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş məbləği icarə verənə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin direktoru X4 ilə Cavabdeh arasında bağlanılmış 31.08.2021-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC “KİA OPTİMA” minik markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh müvəqqəti istifadəsinə verməyi, Cavabdeh isə avtomobildən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş məbləği icarə verənə ödəməyi və müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun davranmağı öhdəsinə götürmüşdür. 31.08.2021-ci il tarixli, 1106 nömrəli yol vərəqəsininin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC tərəfindən ağ rəngli, buraxılış ili 2011-ci il olan, “KİA OPTİMA” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili 31.08.2021-ci il tarixindən saat 15:30-dan 02.09.2021-ci il tarixi saat 15:30-adək Cavabdeh istifadəsinə verilmişdir. İddiaçı MMC-nin direktoru X4, hüquqşünası X7, şahid X8 və şahid X9 tərəfindən imzalanaraq təsdiq edilmiş 02.09.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh İddiaçı MMC-dən **-UP-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobili 31.08.2021-ci il tarixində 2 günlük icrayə götürmüşdür. Avtomobil təhvil verilən zaman idarə edən şəxsin Cavabdeh olmadığı, sürücülük hüququ olmayan kənar bir şəxs olduğu və avtomobilin ön və yan hissələrində zərərlərin olduğu müəyyən edilmişdir. 16.09.2021-ci il tarixli dəymiş zərər haqqında aktdan görünür ki, **-UP-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobildə bəzi texniki işlər görülməli və ehtiyyat hissəlləri dəyişdirilməldir. Yerinə yetiriləcək texniki işlərin ümumi dəyəri 340 manat məbləğində müəyyən edilmişdir. İUD serialı, 014179 nömrəli kassa mədaxil orderinin qəbzinin təsdiq edilmiş surətindən görünür ki, 31.08.2021-ci il tarixində iki günlük avtomobil icarəsi üçün Cavabdeh tərəfindən 170 manat məbləğində pul kassaya mədaxil edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pritenziya məktubunun surətindən görünür ki, Cavabdeh **-UP-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobilin təmiri üçün çəkilmiş xərclərin ödənilməsi istənilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbardar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə 31.08.2021-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən İddiaçı MMC “KİA OPTİMA” minik markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh müvəqqəti istifadəsinə verməyi, Cavabdeh isə avtomobildən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş məbləği icarə verənə ödəməyi və müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun davranmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.8, 3.2 və 4.6-ci bəndlərinə əsasən icarə alan avtinəqliyyat vasitəsindən istifadəsinin hər bir günü üçün 80 manat, idarə etməni digər şəxsə ötürdüyü təqdirdə isə 1000 manat məbləğində pul ödəməli, avtonəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə “icrarəyə götürən”ə təhvil verməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən öhdəliyi pozacaq hər-hansı hərəkətin edilmədiyi, cavabdeh tərəfindən isə əksinə müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyi müəyyən edilmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmışdır. Belə ki, işdə olan sübutlara əsasən “KİA OPTİMA” minik markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəçi tərəfindən təhvil verilmədiyi, təhvil verilərkən avtomobilin nasaz vəziyyətdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq, hesab edir ki, “KİA OPTİMA” minik markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə cavabdeh tərəfindən yox, icarə müqaviləsinə aidiyyəti olmayan şəxs tərəfindən təhvil verildiyindən, təhvil verilərkən avtomobilə zərər dəydiyi müəyyən edildiyindən, iddia maddi zərərərin ödənilməsi hissəsində əsaslıdır və təmin edilməli, cavabdehdən qüsur aktına əsasən müəyyən edilmiş məbləğ (340 manat), həmçinin nəqliyyat vasitəsi iddiaçıya üçüncü şəxs tərəfindən təhvil verildiyi üçün müqavilənin 4.6-cı bəndinə əsasən tərəflərin razılaşdırdığı məbləğ (1000 manat) İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Çünki tərəflər arasında əldə olunmuş razılaşma üzrə cavabdeh istifadəsinə verilmiş əmlakı iddiaçıya şəxsən və qüsursuz vəziyyətdə təhvil verməməklə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilən, icra ilə bağlı olan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da İddiaçı MMC-nin avtomobilin qanuni sahibi kimi müvafiq maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçının müqavilədəki şərtlərə əsasən avtomobilin təhvil verilmə anının avtomobilin yararlı, yəni digər icarəçiyə təhvil verilə biləcək vəziyyətə gətirilmə anı kimi təsfiri ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, müqavilənin iddiaçının istinad etdiyi bu bəndinin qeyri-müəyyənliyi cavabdehin zərərinə təfsir edilməməlidir. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, doğruluğu İddiaçı MMC-nin direktoru X4, hüquqşünası X7, şahid X8 və şahid X9 tərəfindən təsdiq edilmiş 02.09.2021-ci il tarixli aktdan görünür ki, **-UP-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil İddiaçı MMC-yə 02.09.2021-ci il tarixində təhvil verilmişdir. Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1340 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, cəmi 1364 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təqdim olunmuş sənədlər əsasında iddiaçının 30 manat məbləğində dövlət rüsumu ödədiyi müəyyən olunmuşdur. Məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 24 manatı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. 1340 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, cəmi 1364 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-510/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-510/2022
13.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver