Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5137/2021 10.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 278,79 (iki yüz yetmiş səkkiz manat, yetmiş doqquz qəpik) manat əsas, 195,95 (bir yüz doxsan beş manat, doxsan beş qəpik) manat faiz, 172,88 (bir yüz yetmiş iki manat, səksən səkkiz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cli il tarixli Plenum qərarına əsasən hesablanmış 42,04 (qırx iki manat, dörd qəpik) manat borcu olmaqla, cəmi 689,66 (altı yüz səksən doqquz manat, altmış altı qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh arasında bağlanmış 08 dekabr 2014-cü il tarixli 956611 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 1000 manat məbləğində kredit xətti açılmışdır. 08.12.2014-cü il tarixli Kredit Kartın verilməsi və İstifadəsi üzrə Müqaviləyə 01 may 2017-cı il tarixli Əlavə Sazişə əsasən “Kredit Xətti müqaviləsi” ifadəsi “Kredit Müqaviləsi” ifadəsi ilə əvəz olundu. Kreditorun Borcalana açdığı kredit xətti 1000,20 (bir min manat, iyirmi qəpik) manat məbləğində kreditə çevrilmişdir. Kredit müqaviləsinin bitmə tarixi 01.05.2018-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh .oğlu müəyyən edilmiş müddətdə Kart vasitəsilə mallar iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətli üzrə öhdəliklərin yerinə yetirilməsi barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 17.03.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 689,66 (altı yüz səksən doqquz manat, altmiş altı qəpik) manat təşkil edir. Bundan 278,79 (iki yüz yetmiş səkkiz manat, yetmiş doqquz qəpik) manat əsas, 195,95 (yüz doxsan beş manat, doxsan beş qəpik) manat faiz, 172,88 (yüz yetmiş iki manat, səksən səkkiz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42,04 (qırx iki manat, dörd qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.1.3-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 956611 saylı, 08.12.2014-cü il tarixli Kredit Kartın verilməsi və İstifadəsi üzrə Müqaviləyə 01 may 2017-ci il tarixli, 1 №-li Əlavə Saziş və həmin müqaviləyə əlavədən görünür ki, kreditor (Dəmirbank ASC) borcalanın (Cavabdeh) 956611 saylı, 08.12.2014-cü il tarixli kredit kartı üzrə 1000,20 (bir min manat, iyirmi qəpik) manat məbləğində qalığını kreditə çevirmiş və kreditin müddəti 01.05.2018-ci il tarixədək müəyən edilmişdir. 31.03.2021-ci il tarixli, **********351 saylı maliyyə arayışından görünür ki, 01.05.2017ci il tarixli, KM030T05170001S01 saylı kredit müqaviləsi üzrə 17.03.2021-ci il tarixinə Cavabdeh ləğvetmə prosesində olan İddiaçı1 ASC-yə 278,79 (iki yüz yetmiş səkkiz manat, yetmiş doqquz qəpik) manat əsas, 172,88 (bir yüz yetmiş iki manat, səksən səkkiz qəpik) manat cərimə, 195,95 (bir yüz doxsan beş manat, doxsan beş qəpik) manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cli il tarixli Plenum qərarına əsasən hesablanmış 42,04 (qırx iki manat, dörd qəpik) manat borcu olmaqla, cəmi 689,66 (altı yüz səksən doqquz manat, altmış altı qəpik) manat borcu vardır. 17.02.2021-ci il tarixli, **********743 saylı bildirişin surətindən görünür ki, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq əsas və faiz borcunun ödənilməsini təmin etmədiyinə, ödəmə vaxtlarını müxtəlif vaxtlarda pozduğuna görə, ona ləğvetmə prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən borc məbləğinin 3 (üç) iş günü ərzində könüllü şəkildə ödənilməməsi halında məhkəmə qaydasında kredit üzrə faizlərin, gecikdirilmiş gün üçün faizlərin və dəbbə pulunun tutulması barədə xəbərdarlıq edilmişdir. 18.02.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1955-ci ildə Özbəkistan Respublikası,Daşkənd şəhərində doğulmuş, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, ev 1D, mənzil 44 ünvanında qeydiyyatdadır. 27.02.2012-ci il tarixli, Bakı-Nəsimi RPİ tərəfindən verilmiş şəxsiyyət vəiqəsinin sürətindən örünür ki, Cavabdeh xx.xx.1955-ci ildə Özbəkistan Respublikası,Daşkənd şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. 23.06.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı ləğvetmə prosesində olan İddiaçı1 ASC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyər hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüquu vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nət cəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən əşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsin əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; \ 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Yuxarıda sadalanan normaların tələblərindən və iş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Borcalan onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu (cərimə) müəyyən edilərkən tənasüblük qorunmamış və yüksək hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) məbləği endirilməli, 60 (altmış) manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 278,79 (iki yüz yetmiş səkkiz manat, yetmiş doqquz qəpik) manat əsas, 195,95 (bir yüz doxsan beş manat, doxsan beş qəpik) manat faiz, 60 (altmış) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cli il tarixli Plenum qərarına əsasən hesablanmış 42,04 (qırx iki manat, dörd qəpik) manat borc olmaqla, cəmi 576.78 (beş yüz yetmiş altı manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 278,79 (iki yüz yetmiş səkkiz manat, yetmiş doqquz qəpik) manat əsas, 195,95 (bir yüz doxsan beş manat, doxsan beş qəpik) manat faiz, 60 (altmış) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cli il tarixli Plenum qərarına əsasən hesablanmış 42,04 (qırx iki manat, dörd qəpik) manat borc olmaqla, cəmi 576.78 (beş yüz yetmiş altı manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5137/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5137/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver