Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5228/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin Cavabdeh qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 94781,69 ABŞ dolları məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 23329,82 ABŞ dolları faiz, 14700,98 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün 4040,12 ABŞ dolları borc olmaqla, ümumilikdə 136852,61 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 oğlu iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2014-cü il tarixli, KM051T11170013S01 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixli, KM051T11170013S01 ssuda hesablı kart müqaviləsinə iki əlavə saziş edilmişdir. 1 nömrəli, xx.xx.2014-cü il tarixli əlavə sazişə əsasən, kreditor borcalana açdığı 50000 ABŞ dolları məbləğində kredit xəttinin limitini 100000 ABŞ dolları məbləğində artırmış, 2 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən isə xx.xx.2014cü il tarixli, KM051T11170013S01 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə dəyişikliklər edilmişdir. Dəyişikliklərə əsasən, əsas müqavilənin adında olan “Kredit kartının verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” kimi dəyişdirilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin məbləği 98613,99 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 94781,69 ABŞ dolları məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 23329,82 ABŞ dolları faiz borcu, 14700,98 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün 4040,12 ABŞ dolları borc olmaqla, ümumilikdə 136852,61 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya müraciət edərək, həmin an üçün kredit müqaviləsi üçün əsas borc məbləğinin, yəni 94781.69 ABŞ dollarının 12 ay müddətində ödəməklə sistemdə yaranmış faiz borcunun silinməsi məsələsinə baxılmasını xahiş etmişdir. Həmin müraciət iddiaçı tərəfindən baxılmış və İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi Departamentinin Kredit komitəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli (51-70072710-47) kredit müqaviləsi üzrə əsas borc məbləğinin, yəni 94781.69 ABŞ dollarının 12 ay müddətində tam ödənildiyi təqdirdə bank əməliyyat sistemi üzrə qalıq borc məbləğinin silinməsi məqsədəuyğun hesab edilmiş və həmin qərarın imzalandığı tarixdən 12 ay ərzində 94781.69 ABŞ dollarının tam ödənilmədiyi təqdirdə Kredit komitəsinin qərarının qüvvədən düşmüş hesab edilməsi bildirilmişdir (İddiaçının direktoru Ömər Cəfərov tərəfindən imzalanmış **********982 №-li xx xxxxxxxx 2019-cu il tarixli məktub qoşmaya əlavə edilir). İddiaçı tərəfindən qəbul edilmiş qərara uyğun olaraq, cavabdeh xx.xx.2020-ci il tarixində iddiaçının kassasına xx.xx.2017-ci il tarixli (51-70072710-47) kredit müqaviləsi üzrə əsas borc məbləğini, yəni 132695 AZN ödəmişdir. Bu zaman həmin müqavilənin 1.1.2-ci bəndinə uyğun olaraq, ödəniş 1 USD = 1,40 AZN məzənnəsi nəzərə alınmaqla (94781.69 x 1.4 = 132694.36) icra edilmişdir (müvafiq mədaxil qəbzi qoşmaya əlavə edilir). 2.1-ci bənddə göstərilən faktiki hallar nəzərə alınmaqla, cavabdehin iddiaçı qarşısında olan pul ödəmə öhdəliyinə cavabdeh tərəfindən öhdəliyin icrası nəticəsində (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsi) xitam verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank (borc verən) Cavabdeh (borc alan) 36 ay müddətinə illik 27% dərəcəsi ilə 50000 ABŞ dolları məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli 1 nömrəli Əlavə Sazişdən görünür ki, əsasən, kreditor borcalana açdığı 50000 ABŞ dolları məbləğində kredit xəttinin limitini 100000 ABŞ dolları məbləğində artırmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci tarixli 2 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli, KM051T11170013S01 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə dəyişikliklər edilmişdir. Dəyişikliklərə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin məbləği 98613,99 ABŞ dolları (ödənişlərin qəbulu 1 USD = 1.40 AZN) müəyyən edilmiş, kreditin istifadəsinə görə borc alanın kreditora illik 9%, gecikdirilən borc məbləğinə cərimə kimi 18% hesablanması razılaşdırılmış, kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli KM051T11170013S01 saylı kredit müqaviləsi üzrə üzrə Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə 94781,69 ABŞ dolları əsas borcu, 23329,82 ABŞ dolları faiz borcu, 14700,98 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün 4040,12 ABŞ dolları borcu olmaqla, ümumilikdə 136852,61 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xx xxxxxxxx 2019-cu il tarixli, **********982 №-li məktubun surətindən görünür ki, İddiaçı ASC ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə əsas borc məbləğini ay müddətinə ödəməklə sistemdə yaranmış faiz borcunun silinməsi barədə ərizənizə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmışdır. Bildirilmişdir ki, iddiaçının müraciəti Əmanətlərin Sığortalanması Fondunun Kredit Komitəsinin müzakirəsinə çıxarılmış və Komitənin xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı ASC ilə aranızda bağlanmış xx.xx.2017-ci il tarixli (51-70072710-47) kredit müqaviləsi üzrə 94781.69 ABŞ dolları məbləği 12 ay müddətinə tam ödənildiyi təqdirdə bank əməliyyat sistemi üzrə qalıq borc məbləğinin silinməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda bildirilmişdir ki, qərar imzalandığı tarixdən 12 ay ərzində qeyd olunan məbləğ tam ödənilmədiyi təqdirdə Kredit Komitəsinin qərarı qüvvədən düşmüş hesab ediləcəkdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən ləğv prosesində olan İddiaçı ASC-nin hesabına 132695 manat pul küçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən Vəkil hesabına hüquqi yardıma görə 600 manat pul küçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 27% dərəcəsi ilə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən, kreditor borcalana açdığı 50000 ABŞ dolları məbləğində kredit xəttinin limitini 100000 ABŞ dolları məbləğində artırmış, xx.xx.2017-ci tarixli 2 nömrəli Əlavə Sazişə əsasən isə xx.xx.2014-cü il tarixli, KM051T11170013S01 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə dəyişikliklər edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin məbləği 98613,99 ABŞ dolları (ödənişlərin qəbulu 1 USD = 1.40 AZN) müəyyən edilmiş, kreditin istifadəsinə görə borc alanın kreditora illik 9%, gecikdirilən borc məbləğinə cərimə kimi 18% hesablanması razılaşdırılmış, kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə isə Əmanətlərin Sığortalanması Fondunun Kredit Komitəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli (51-70072710-47) kredit müqaviləsi üzrə 94781.69 ABŞ dolları məbləği 12 ay müddətinə tam ödənildiyi təqdirdə bank əməliyyat sistemi üzrə qalıq borc məbləğinin silinməsi məqsədəuyğun hesab edilmiş və qərar imzalandığı tarixdən 12 ay ərzində qeyd olunan məbləğ tam ödənilmədiyi təqdirdə Kredit Komitəsinin qərarının qüvvədən düşmüş hesab edilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən ləğv prosesində olan İddiaçı ASC-nin hesabına 132695 (1.40 x 94791,69) manat pul küçürülmüşdür. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə sonradan müəyyən əlavə və dəyişikliklər edilmiş və nəhayət xx xxxxxxxx 2019-cu il tarixdə cavabdehin ümumilikdə 94781.69 ABŞ dolları məbləğini 12 ay müddətinə banka ödəməsi razılaşdırılmışdır. Həmin borc isə cavabdeh tərəfindən müqavilə bağlanan zaman razılaşdırılmış şəkildə (ödənişlərin qəbulu 1 USD = 1.40 AZN) 132695 manat olmaqla iddiaçıya qaytarılmışdır. Beləliklə, kredit öhdəlikləri borclu tərəfindən tam yerinə yetirilmişdir və onun heç bir borcu yoxdur. Ona görə də məhkəmə hesab edir ki, bankın cavabdehdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yenidən borcun tutulmasını tələb etməsi əsassızdır və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, iddiaçıdan ağlabatan məbləğdə - 300 manat məbləğində pulun alınaraq cavabdehə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin Cavabdeh qarşı "borc" tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin Cavabdeh qarşı "borc" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-5228/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5228/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver