Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-523/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh oğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, 108804-823743/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 16,5% dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. Həmçinin, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, 108892-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcalana 0 faiz dərəcəsilə, 36 ay müddətinə 500 manat məbləğində kredit xətti ayrılmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 14 oktyabr 2021-ci il tarixinə cavabdehin 17 dekabr 2019-cu il tarixli, 108804-823743/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 15.000 manat məbləğində əsas borcu və 16.750,95 manat faiz borcu olmaqla, ümumilikdə 31.750,95 manat, 17 dekabr 2019-cu il tarixli, 108892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə isə 498,09 manat əsas borc, 0 manat faiz borcu, 436,94 manat cərimə borcu olmaqla, cəmi 935,03 manat məbləğində kredit borcu yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh 17 dekabr 2019-cu il tarixli, 108804-823743/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 15.000 manat məbləğində əsas borcu və 16.750,95 manat faiz borcu olmaqla, ümumilikdə 31.750,95 manat, 17 dekabr 2019-cu il tarixli, 108892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə isə 498,09 manat əsas borc, 0 manat faiz borcu, 436,94 manat cərimə borcu olmaqla, cəmi 935,03 manat, hər iki müqavilə üzrə cəmi 32.685,98 manat borcun və 188,46 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, 108804-823743/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 16,5% dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 17 dekabr 2019cu il tarixli, 108892-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcalana 0 faiz dərəcəsilə, 36 ay müddətinə 500 manat məbləğində kredit xətti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh banka 17 dekabr 2019-cu il tarixli, 108804-823743/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 15.000 manat məbləğində əsas borcu və 16.750,95 manat faiz borcu olmaqla, ümumilikdə 31.750,95 manat, 17 dekabr 2019-cu il tarixli, 108892- PC********** nömrəli kredit xətti müqaviləsi üzrə isə 498,09 manat əsas borc, 0 manat faiz borcu, 436,94 manat cərimə borcu olmaqla, cəmi 935,03 manat borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, o, bank tərəfindən kredit müqavilələrinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. Məhkəmənin qərardadı əsasında keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 9/537 №-li 18.02.2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, 108804-823743/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınaraq Cavabdeh borcu, əsas borc üzrə 15000 manat, faiz borcu üzrə 4950 manat təşkil edir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, 108804-823743/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 16,5% dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmiş, həmçinin 17 dekabr 2019-cu il tarixli, 108892-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcalana 0 faiz dərəcəsilə, 36 ay müddətinə 500 manat məbləğində kredit xətti ayrılmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun banka 17 dekabr 2019-cu il tarixli, 108804-823743/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 15.000 manat məbləğində əsas borcu və 16.750,95 manat faiz borcu olmaqla, ümumilikdə 31.750,95 manat, 17 dekabr 2019-cu il tarixli, 108892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə isə 498,09 manat əsas borc, 0 manat faiz borcu, 436,94 manat cərimə borcu olmaqla, cəmi 935,03 manat, hər iki müqavilə üzrə cəmi 32.685,98 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia 17.12.2019-cu il tarixli, 108892- PC********** nömrəli kredit xətti müqaviləsi üzrə cərimə borcu hissəsində qismən təmin edilərək, cərimənin məbləği 40 manat müəyyən edilməlidir. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi tərəflər arasında bağlanmış 17.12.2019-cu il tarixli, 108804-823743/1 saylı kredit müqaviləsi üzrə cavabdehin faiz borcu 4950 manat təşkil edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 17 dekabr 2019-cu il tarixli, 108804- 823743/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 15.000 (on beş min) manat məbləğində əsas borcu, 4950 (dörd min doqquz yüz əlli) manat faiz borcu olmaqla, cəmi 19.950 (on doqquz min doqquz yüz əlli) manat, 17 dekabr 2019-cu il tarixli, 108892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə isə 498,09 (dörd yüz doxsan səkkiz manat doqquz qəpik) manat əsas borc, 40 (qırx) manat cərimə borcu olmaqla, cəmi 538,09 (beş yüz otuz səkkiz manat doqquz qəpik) manat, hər iki müqavilə üzrə cəmi 20.488,09 (iyirmi min dörd yüz səksən səkkiz manat doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli, iddiaçı tərəfindən ödənilmiş 188,46 (bir yüz səksən səkkiz manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumunun 120 (bir yüz iyirmi) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17 dekabr 2019-cu il tarixli, 108804-823743/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 15.000 (on beş min) manat məbləğində əsas borcu, 4950 (dörd min doqquz yüz əlli) manat faiz borcu olmaqla, cəmi 19.950 (on doqquz min doqquz yüz əlli) manat, 17 dekabr 2019-cu il tarixli, 108892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə isə 498,09 (dörd yüz doxsan səkkiz manat, doqquz qəpik) manat əsas borc, 40 (qırx) manat cərimə borcu olmaqla, cəmi 538,09 (beş yüz otuz səkkiz manat, doqquz qəpik) manat, hər iki müqavilə üzrə cəmi 20.488,09 (iyirmi min dörd yüz səksən səkkiz manat, doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddiaçı tərəfindən ödənilmiş 188,46 (bir yüz səksən səkkiz manat, qırx altı qəpik) manat məbləğində dövlət rüsumunun 120 (bir yüz iyirmi) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilsin, dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-523/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-523/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver