Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5241/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı cavabdehlər AR Mərkəzi Bankı və "xxxx" ASC-yə qarşı “götürdüyü kreditə əsasən kompensasiyanın köçürüldüyü ödəniş kartının əldə olunacağı kredit təşkilatından, sərəmcandan qalan hissənin, restrukturizasiya olunması təklif olunan kreditlərin,kredit təşkilatından ,əsas kredit borcunun, restrukturizasiya olunması təklif olunan kreditlərin kredit təşkilatı FİNKA Azərbaycandan ,əsas kredit borcu 11.08 manatının və Ləğv p.o. Dəmirbanl ASC-dən ,əsas kredit borcu 3644.39 manatının ona çatan hissənin hesaba alınması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: İddiaçı cavabdehlər AR Mərkəzi Bankı və "xxxx" ASC-yə qarşı “götürdüyü kreditə əsasən kompensasiyanın köçürüldüyü ödəniş kartının əldə olunacağı kredit təşkilatından, sərəmcandan qalan hissənin, restrukturizasiya olunması təklif olunan kreditlərin, kredit təşkilatından, əsas kredit borcunun, restrukturizasiya olunması təklif olunan kreditlərin kredit təşkilatı FİNKA Azərbaycandan, əsas kredit borcu 11.08 manatının və Ləğv p.o. Dəmirbank ASC-dən, əsas kredit borcu 3644.39 manatının ona çatan hissənin hesaba alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizənin ilkin araşdırması zamanı müəyyən olundu ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati qaydada baxılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, tərəflər arasında yaranmış mübahisə inzibati xarakterli mübahisədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən inzibati mübahisələrin məhkəmə aidiyyəti qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizənin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, hazırki mübahisə ilə bağlı inzibati qaydada müvafiq inzibati-iqtisadi məhkəməsinə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, Qərara aldım : İddiaçı cavabdehlər AR Mərkəzi Bankı və "xxxx" ASC-yə qarşı “götürdüyü kreditə əsasən kompensasiyanın köçürüldüyü ödəniş kartının əldə olunacağı kredit təşkilatından, sərəmcandan qalan hissənin, restrukturizasiya olunması təklif olunan kreditlərin,kredit təşkilatından ,əsas kredit borcunun, restrukturizasiya olunması təklif olunan kreditlərin kredit təşkilatı FİNKA Azərbaycandan ,əsas kredit borcu 11.08 manatının və Ləğv p.o. Dəmirbank ASC-dən ,əsas kredit borcu 3644.39 manatının ona çatan hissənin hesaba alınması” tələbinə dair iddia ərizəsini qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5241/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5241/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver