Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5257/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nigahdan olmuş uşaqları xx xxxx 2006-cı il təvəllüdlü Qasımzadə Mehdi oğlu və xx xxxxxx 2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər bir uşağa görə alınması müəyyən edilmiş 75 manatın artırılaraq cavabdehin aylıq əmək haqqının 1/3 hissəsi miqdarında müəyyən edilməklə ondan tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Mehdi oğlu ilə xx xxxx 2005-ci ildə rəsmi nigaha girməklə ailə qurmuşlar. Birgə nigahlarından xx.xx.2006-cı il tarixdə Mehdi adlı, xx.xx.2007-ci il tarixdə Davud adlı oğlu anadan olmuşdur. Nigahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 20015-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşaqları onun himayəsində saxlanılmışdır. Uşaqlarının saxlanılması üçün cavabdehdən hər bir uşağa görə 75 manat olmaqla, cəmi 150 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda qanunvericilikdə uşağın saxlanılması xərci artırılaraq 170 manat müəyyən edilmişdir. Uşaq böyüdükcə onun saxlanılması xərcləri də artır. Uşaqlara görə məhkəmənin müəyyən etdiyi məbləğdən əlavə aliment ödənilməsini cavabdehə təklif etsə də, cavabdeh bundan imtina etmişdir. Uşaqlarının təminatlarını ödəməkdə çətinlik çəkir, cavabdehin ödədiyi aliment isə uşaqların saxlanılması üçün yetərli deyildir. Ona görə də aliment məbləğinin artırılması barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bildirir ki, cavabdeh faktiki hərbi qulluqçu olmaqla, onun aylıq əmək haqqı yüksəkdir. Uşaqlar böyüdükcə onun saxlanılması xərcləri artımş, özü isə heç yerdə işləmir və yaxın qohumlarının himayəsində yaşayır. Uşaqların saxlanılması xərci isə qanunvericiliklə bu günə 170 manat müəyyən edildiyini nəzərə alınaraq, məhkəmə tərəfindən əvvəl müəyyən edilmiş alimentin miqdarı artırılmalıdır. Əvvəlki təyin edilmiş alimentin miqdarı uşaqların saxlanmasına kifayət etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq birgə nigahdan olmuş uşaqları xx xxxx 2006-cı il təvəllüdlü Qasımzadə Mehdi oğlu və xx xxxxxx 2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər bir uşağa görə alınması müəyyən edilmiş 75 manatın artırılaraq cavabdehin aylıq əmək haqqının 1/3 hissəsi miqdarında müəyyən edilməklə ondan tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2006-cı il təvəllüdlü X4 və xx xxxxxx 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 770051 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X8, ana qrafasında X11 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 1184 nömrə ilə qeyd edilmişdir. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 081737 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X8, ana qrafasında X11 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 1018 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1612/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X8 ilə X11 arasında Bakı şəhər Binəqədı rayon qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış xx xxxx 2005-c il tarixli 198 saylı nikahın bağlanması haqqında qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx xxxx 2006-cı il təvəllüdlü X4 və xx xxxxxx 2007-ci il təvəllüdlü X5 cavabdeh X6 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh xx xxxxxx 2015-ci il tarixdən başlayaraq hər ay xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment hər birinə - 75 manat, cəmi 150 manat sabit pul məbləğində tutulub X10 verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 219631 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 124 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-nin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. AM-nin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçının izahatı əsasında müəyyən edilmişdir ki, o, uşaqların saxlanması üçün təyin edilmiş aliment məbləğinin cavabdehin aylıq maaşının 1/3 hissəsi miqdarında təyin edilməsini tələb edir. Məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın iddiaçının himayəsində qaldığını, cavabdehin müntəzəm qazancına malik olduğunu, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu və heç bir tərəfin marağını pozmadığını, eyni zamanda uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi nəzərə alaraq hesab edir ki, uşağın saxlanılması üçün aliment sabit pul məbləğində deyil, qazancın müəyyən hissəsi kimi tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, yuxarıda qeyd edildiyi kimi alimentin sabit pul məbləğində tutulması yalnız uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1612/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx xxxx 2006cı il təvəllüdlü X4 və xx xxxxxx 2007-ci il təvəllüdlü X2 üçün İddiaçı xeyrinə Cavabdeh tərəfindən ödənilən alimentin tutulması qaydası dəyişdirilməli, Cavabdeh xx xxxx 2006-cı il təvəllüdlü X4 və xx xxxxxx 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1612/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx xxxx 2006-cı il təvəllüdlü X4 və xx xxxxxx 2007-ci il təvəllüdlü X2 üçün İddiaçı xeyrinə Cavabdeh tərəfindən ödənilən alimentin tutulması qaydası dəyişdirilsin. Cavabdeh xx xxxx 2006-cı il təvəllüdlü X4 və xx xxxxxx 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5257/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5257/2020
05.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver