Məhkəmə qərarları › İş №2(006)-527/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-527/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-527/2023 27.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01247 saylı kredit müqaviləsinin ləğv edilməsi və xx.xx.2019-cu il tarixli, 01247 saylı kredit müqaviləsi üzrə Cavabdeh aid 1514.2 (min beş yüz on dörd manat iyirmi qəpik) manat məbləği əsas borc, 0.47 (qırx yeddi qəpik) manat məbləği hesablanmış aid faizlər üzrə borc, 0.72 (yetmiş iki qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 1515.39 (min beş yüz on beş manat otuz doqquz qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 35.51 (otuz beş manat əlli bir qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01247 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı BOKT MMC-dən 60 ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 1% olmaqla 3004.32 manat məbləğində kredit almışdır. İddiaçı BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə verməsinə baxmayaraq cavabdeh kredit müqaviləsinin 1.2 və 3.4-cü bəndlərinin tələblərini kobud şəkildə pozaraq öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafikinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri yerinə yetirmir. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər ödənilməmişdir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda borc alan borc verənə ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 0.1% dərəcəsi ilə hesablanan peniya ödəyir. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC-yə 1514.2 manat məbləği əsas borc, 0.47 manat məbləği hesablanmış adi faizlər üzrə borc, 0.72 manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 1515.39 manat məbləğində borcu vardır. Daha sonra İddiaçı BOKT MMC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01247 saylı kredit müqaviləsinin ləğv edilməsi və xx.xx.2019-cu il tarixli, 01247 saylı kredit müqaviləsi üzrə Cavabdeh aid 1396.2 (min üç yüz doxsan altı manat iyirmi qəpik) manat məbləği əsas borc, 0.24 (iyirmi dörd qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc olmaqla cəmi 1396.44 (min üç yüz doxsan altı manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 35.51 (otuz beş manat əlli bir qəpik) manat məbləğində pul vəsaitinin, ümumilikdə 1431.95 (min dörd yüz otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı BOKT MMC yenidən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01247 saylı kredit müqaviləsi üzrə Cavabdeh aid 919.74 (doqquz yüz on doqquz manat yetmiş dörd qəpik) manat məbləğində əsas borc, 0.83 (səksən üç qəpik) manat məbləğində hesablanmış adi faizlər üzrə borc, 0.34 (otuz dörd qəpik) manat məbləğində peniya olmaqla, cəmi 920.91 (doqquz yüz iyirmi manat doxsan bir qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödədiyi 35.51 (otuz beş manat əlli bir qəpik) manat məbləğində pul vəsaitinin, ümumilikdə 956.42 (doqquz yüz əlli altı manat qırx iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədın xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, 01247 №-li Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən tərəflər arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3004.32 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 3004.32 manat məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş krediti və ona heablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 1517№-li Maliyyə arayışından görünür ki, borc alanın xx.xx.2019-cu il tarixli, 01247 saylı kredit müqaviləsi üzrə borc verən qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2022-ci il tarixinə ümumi borcu 1515.39 manat məbləğində təşkil edir. Bunun 1514.2 manat məbləği əsas borc, 0.47 manat məbləği hesablanmış adi faizlər üzrə borc, 0.72 manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri borcudur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 1518№-li Hesabdan çıxarışa əsasən cəmi borc 1594.39 manat təşkil etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, ödənilməyən borcun ödənilməsi tələb edilmiş, növbəti aylıq ödənişlərin ödənilmədiyi təqdirdə qanun çərçivəsində ciddi tədbirlərin görüləcəyi barədə borc alan qabaqcadan xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 1522№-li Maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixinə ümumi borcu 1396.44 manat məbləğində təşkil edir. Bunun 1396.2 manat məbləği əsas borc, 0.24 manat məbləği hesablanmış faizlər üzrə borcdur. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı BOKT MMC arasında kredit (restrukturizasiya) müqaviləsi bağlanmışdır. Hazırda BOKT iddiaçı qismində məhkəməyə müraciət edərək, borclu tərəfindən müqavilə üzrə ödənilməyən 920.91 manat məbləğində borc pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 35.51 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 422-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı BOKT MMC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Belə ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 01247 saylı kredit müqaviləs üzrə borcu: - əsas borc üzrə – 919,74 manat; - faiz borcu üzrə – 0,83 manat; - cərimə borcu üzrə - 0,34 manat; - cəmi borc- 920,91 manat. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı BOKT MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi borc hissəsinə münasibətdə əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01247 saylı Kredit müqaviləsi üzrə 919,74 manat məbləğində əsas borc, 0.83 manat məbləğində hesablanmış adi faizlər üzrə borc, 0.34 manat məbləğində peniya olmaqla, cəmi 920.91 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən (№**********) görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 35.51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, dövlət rüsumu olaraq ödənilmiş 35,51 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MülkiProsessualMəcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01247 saylı Kredit müqaviləsi üzrə Cavabdeh aid 919,74 (doqquz yüz on doqquz manat yetmiş dörd qəpik) manat məbləğində əsas borc, 0.83 (səksən üç qəpik) manat məbləğində hesablanmış adi faizlər üzrə borc, 0.34 (otuz dörd qəpik) manat məbləğində peniya olmaqla, cəmi 920.91 (doqquz yüz iyirmi manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti, həmçinin iddiaçının cavabdehin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödədiyi 35.51 (otuz beş manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti, ümumilikdə 956.42 (doqquz yüz əlli altı manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar