Məhkəmə qərarları › İş №2(006)-531/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-531/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-531/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 7.231 manat məbləğində zərər və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7.251 manat məbləğində pul vəsaitinin Cavabdeh oğlundan məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh oğlu arasında xx.xx.2020-ci il tarixdə 07-50 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və «X1»nın tələblərinə əməl etmək) və «X1»nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii X1nın pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında:

1. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 329,40 manat;

2. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 244,20 manat;

3. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 38,90 manat;

4. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 29,20 manat;

5. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 38,90 manat;

6. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 30,20 manat;

7. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 35,60 manat;

8. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 54,10 manat;

9. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 301,10 manat;

10. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 128,10 manat;

11. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 76,80 manat;

12. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 75,50 manat;

13. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 91 manat;

14. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat;

15. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat;

16. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 61,20 manat;

17. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat;

18. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat;

19. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat;

20. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat;

21. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat;

22. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat;

23. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat;

24. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat;

25. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat;

26. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat;

27. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat;

28. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat;

29. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat;

30. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat

31. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66,60 manat;

32. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat;

33. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat;

34. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat

35. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat;

36. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı İByə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə üzrə ümumilikdə 7.231 manat təşkil etməkdədir. İddiaçı İB-nin nümayəndələri tərəfindən cavabdehə 7.231 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi xəbərdarlıq məktubunda izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikası DNŞ-nin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiqlənmiş «İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları»na əsasən müəyyən edilmişdir. Həmin Qaydalara əsasən, istehlakçılar tərəfindən X1nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alğı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X1»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Prezidentinin «Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında» xx.xx.2020-ci il tarixli 356 nömrəli Fərmanının 9-cu bəndində qeyd olunur ki, İddiaçı İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısını qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. İddiaçı İB tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli 07-50 saylı müqavilədən görünür ki, İddiaçı İB-nin Bakı RQSD ilə istehlakçı Cavabdeh arasında «qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə» müqavilə bağlanmışdır. Müqavilənin predmetini – paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir. Müqavilədə tərəflərin vəzifələri və hüquqları, qazın qiyməti və dəyərinin ödənilməsi şərtləri, qaz qurğularına dair tələblər, xüsusi müddəalar və mübahisələrin həlli qaydası, fors-major hallar, müqavilənin qüvvədə olma müddəti və tərəflərin hüquqi ünvanları və rekvizitləri təsbit olunmuşdur. İş materiallarına əlavə olunmuş abonentin saldosundan, həmçinin tərtib edilmiş aktlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə: 1. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 329,40 manat; 2. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 244,20 manat;

3. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 38,90 manat; 4. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 29,20 manat; 5. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 38,90 manat; 6. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 30,20 manat; 7. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 35,60 manat; 8. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 54,10 manat; 9. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 301,10 manat; 10. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 128,10 manat; 11. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 76,80 manat; 12. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 75,50 manat; 13. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 91 manat; 14. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; 15. xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; 16. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 61,20 manat; 17. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat;

18. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; 19. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat; 20. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat; 21. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 22. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 23. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 24. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 25. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat;

26. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 27. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat 31. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66,60 manat; 32. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 33. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat; 34. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat 35. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 36. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat olmaqla, cəmi 7.231 manat məbləğində itirilmiş qaz sərfiyyatına görə borc yazılmışdır (hesablanmışdır). İddiaçı hazırda qeyd olunan 7.231 manat pulun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda sayğacdan kənar təbii qazdan istifadə hallarının mövcudluğu aşkar edilmiş və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh yalnız xx.xx.2020ci il tarixli, ******* saylı akt üzrə hesablanmış borc məbləği (252 manat) tutulmalıdır. Belə ki, iş materiallarında olan müqavilədən görünür ki, tərəflər arasında müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Lakin iddiaçı tərəfindən təqdim edilmiş borclunun adına tərtib edilmiş aktlardan görünür ki, həmin aktlar xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tərtib olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər müqaviləni imzaladıqdan sonra müqavilə bağlanmış və qüvvəyə minmiş hesab edilir. Hazırki iş üzrə tərəflər arasında müqavilə xx.xx.2020-ci il tarixdə bağlandığından, ona qədər tərtib olunmuş aktlar üzrə hesablanmış borc məbləğlərinin cavabdehdən tutulması əsassızdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış 252 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə (iddia ərizəsində qeyd edilən bank rekvizitləri üzrə) ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış 252 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə (iddia ərizəsində qeyd edilən bank rekvizitləri üzrə) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar