Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-531/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və "xxxx" ASC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş zərər üçün 31,882 (otuz bir min səkkiz yüz səksən iki) manat, hüquqi xidmətlərə görə 3000 (üç min manat), 186 manat dövlət rüsumu olmaqla, cəmi 35,068 (otuz beş min altmış səkkiz) manat pulun Cavabdeh və "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı vəkili Vəkil tərəfindən məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ünvanlanaraq, "xxxx" ASC tərəfindən iddiaçıya 4585,65 manat pul ödənildiyini və hazırda iddia tələbini Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən dəyişərək "xxxx" ASC-yə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və iddia tələbinin həcminin avtomobilə ziyan dəymiş hissəsində azaldaraq Cavabdeh ümumilikdə 29078.35 (iyirmi doqquz min yetmiş səkkiz, otuz beş qəpik) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə səhər saat 08:15 radələrində İddiaçı məxsus “Toyota Camry” markalı **-NH-*** dövlət nömrə avtomobil ilə Bakı şəhəri Nərimanov rayonu, Ağaoglu küçəsi ilə hərəkət etdiyi zaman ani olaraq Opel Astra markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobil yoluna çıxmış və həmin avtomobillə toqquşmuşdur. Bundan sonra Opel Astra markalı, ** TA *** dövlət nömrə nişanlı avtomobil yolun kənarında saxlanılmış Toyota Prius markalı avtomobilə dəyib dayanmışdır. İddiaçının avtomobili bərbad vəziyyətə düşmüşdür. Həmin avtomobili Bakı Toyota Mərkəzindən 2023-cü ilin aprel ayında təzə avtomobil kimi (0 yürüş, full salon) almışdır. Avtomobili cəmi 4 ay müddətində istifadə etmiş və avtomobil vurulana kimi yürüşü 8500 km olmuşdur. Qəza baş verdikdən sonra avtomobil 'Bakı Toyota Mərkəzinin" servisinə aparılmış və ilkin olaraq orada zərərlə bağlı qüsur aktı tərtib olunmuşdur. Qüsur aktına görə avtomobilə 35989,00 manat zərər vurulduğu müəyyən edilmişdir. Bundan sonra həmin məbləğ çox olduğundan və qarşı tərəfin maddi imkanı nəzərə alınaraq, avtomobilin “Bakı Toyota Mərkəzində" təmir olunmasına razılıq verməmiş və avtomobili oradan çıxardaraq daha ucuz olan "My Auto” servisinə aparmışdır. “My Auto” servisində avtomobil müayinədən keçirilmiş və vurulmuş zərər 31.882 manat təşkil etmişdir. İddiaçı hal- hazırda həmin məbləği tələb edir. Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin 03 10 2023cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh AR İXM-nın 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərar icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Nərimanov rayon DYPŞ-nın TP6D23600 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh AR İXM-nın 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə 80 manat cərimə edilmişdir.Cavabdeh "xxxx" ASC ilə arasında bağlanmış icbari sığorta müqaviləsi olsa da nə hadisəni törədən Cavabdeh nə də Paşa Sığorta” ASC iddiaçıya dəymiş zərərlə bağlı ödəniş etməmişlər. Bu səbəbdən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak edərək maddi imkanının olmadığını, valideynlərinin xəstə olduğunu, ona görə də ailəsinə və bacısının ailəsinə baxdığını, vurulmuş ziyana görə iddiaçıya 8000-9000 manat ödəməyə gücünün çatdığını bildirmişdir. İddiaçı tərəf onunla barışıq üçün danışığa gəlmək istəmir. Nəzərə alınmağını xahiş etdi. Cavabdeh nümayəndəsi X2 qətnamə qəbul edilərkən oğlunun maddi vəziyyətinin nəzərə alınmasını xahiş etdi. İddiaçının vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ünvanlanaraq baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, 29078.35 (iyirmi doqquz min yetmiş səkkiz, otuz beş qəpik) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə səhər saat 08:15-də Opel Astra markalı, ** TA *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən, Nərimanov rayonunda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş YNH-də Toyota Camry” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh AR İXM-nın 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərar icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Nərimanov rayon DYPŞ-nın TP6D23600 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh AR İXM-nın 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə 80 manat cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə əsasən müəyyən olunur ki, İddiaçı alkoqol qəbulu əlamətləri yoxdur. İş materiallarına əlavə olunmuş sərxoşluq hallarının bütün növləinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə əsasən müəyyən olunur ki, Cavabdeh alkoqol qəbulu əlamətləri yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “MY Auto Service” tərəfindən tərtib olunmuş avtomobilin təmir aktından görünür ki, vurulmuş zərər 31.882 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə aktına əsasən müəyyən olunur ki, İddiaçı məxsus “Toyota Camry” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 35989,00 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə bağlanmış PPA ********** nömrəli icbari sığorta müqaviləsinə əsasən müəyyən olunur ki, ** TA *** dövlət qeydiyyat nişanlı minik avtomobili AVSMMİS sığorta növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən müəyyən olunur ki, Toyota Prius (Hibrid) markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2390 manat təşkil edir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən müəyyən olunur ki, Toyota Camry” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 38500 manat təşkil edir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli zərər dəymiş daşınar/daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabata əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Şərq bazarına düşən yola dəyən yekun zərər 567,00 manat təşkil edir. xx.xx.2024-cü il tarixli #001XOH********** saylı sığorta ödənişi aktından görünür ki, 4585,65 manat sığorta ödənişi İddiaçı ödənilmişdir (bank hesabına köçürülmüşdür). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2024-cü il tarixli 3-16-16/2-9-9594/2023 saylı rəyindən görünür ki, 1.nəzəri hesablama yolu ilə, iş materiallarında olan “MY Auto Service” tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş avtomobilin təmir aktında 21 sentyabr 2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2022-ci il buraxılışlı, mühərrik həcmi 2487 sm3, Toyota Camry” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərclərinin 32804,00 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən: -dəyişilməli hissələrin qiyməti- 27919,00 manat; -təmir-bərpa işlərinin qiyməti- 4885,00 manat. Qüsur aktında göstərilən ehtiyyat hissəsi olan 1 ədəd şəlpə haqqında kifayət qədər ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. 2.nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən 26 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş qiymətləndirmə aktına 21 sentyabr 2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2022-ci il buraxılışlı, mühərrik həcmi 2487 sm3, Toyota Camry” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmirbərpa xərclərinin 35846,00 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən: -dəyişilməli hissələrin qiyməti- 30248,00 manat; -təmir-bərpa işlərinin qiyməti- 5598,00 manat. Qiymətləndirmə aparılarkən ehtiyat hissələrinə və təmir-bərpa işlərinə 18% ƏDV əlavə edilmişdir. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2024-cü il tarixli 3-16-16/2-9-9594/2023 saylı rəyi və "xxxx" ASC tərəfindən tərtib olumuş sığorta ödənişi aktı nəzərə alınmaqla ümumi dəymiş zərərin məbləği 25892,35 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 186 məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 25892,35 manat pul və ödənilmiş dövlət rüsumunun 151 manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. 70 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, dəymiş zərər məbləği 25892,35 manat təşkil edir və bundan daha artıq zərər vurulmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, iddia 3000 manat vəkil xərclərinin ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, şəxsin Mülki Prosessual Məcəlləsinin 67-1-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 25892,35 manat pul və ödənilmiş dövlət rüsumunun 151 manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. 70 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-531/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-531/2024
23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver