Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-535/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" X1rşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" X1rşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Elektrik Şəbəkə Müəssisəsinin balansında olan işıq dirəyindən asılmış plafonun qapağının mülkiyyət hüququ ilə İddiaçı məxsus olan BMW markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə düşməsi nəticəsində iddiaçıya ümumilikdə 2151.38 manat həcmində maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən, cavabdehin təqsiri nəticəsində mülkiyyət hüququ ilə İddiaçı məxsus olan BMW markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə görə 2151.38 manat və iddia qaldırılması üçün ödənilmiş 42 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəmə iclaslarında iddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, günün səhər saatlarında, təxminən 05:00-06:00 radələrində "xxxx" X3 balansında olan işıq dirəyindən asılmış plafonun qapağı onun mülkiyyətində olan BMW markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində düşməsi nəticəsində ona maddi ziyan dəymişdir. Həmin hadisə video-kameralara da düşmüşdür. O, baş vermiş hadisə ilə bağlı "xxxx" X4 müraciət etdi. Onun nümayəndələri tərəfindən hadisə yerinə baxış keçirildi və ona narahat olmağa əsas olmadığı və problemin həll olunacağı bildirildi. Bir müddət sonra isə işıq dirəyi bərpa olundu. Ancaq ona vurulmuş ziyanla bağlı isə heç bir tədbir görülmədi. O, rəhbərliklə də görüşdü və aralarında razılıq əldə olunması üçün çalışdı, lakin heç bir faydası olmadı. Avtomobili isə 1 ay həmin vəziyyətdə saxladıqdan sonra servisə apararaq ona vurulmuş ziyan məbləğini müəyyən etdirdi. Bundan sona isə öz hesabına təmir etdirdi. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
6. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh "xxxx" X3 balansında olan işıq dirəyindən asılmış plafonun qapağının düşməsi nəticəsində İddiaçı məxsus “BMW” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Hazırda iddiaçı həmin maddi ziyanın əvəzi kimi 2151,38 manat məbləğində pulun və ödənilmiş 42 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir.
b) Mülki işin materialları:
7. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixdə verilən AE seriyalı, 110014 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, BMW 528İ minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur.
8. Mülki işin materiallarında olan "xxxx" MMM tərəfindən verilən 05 sentyabr 2023cü il tarixdə verilən qüsur aktından görünür ki, BMW AG konserninin Azərbaycanda rəsmi idxalçısı "xxxx" MMM-nin texniki xidmət mərkəzinə xx.xx.2023-cü il tarixində arxa şüşənin sınması və arxa sol qanad və baqaj qapısının zədələnməsi səbəbi ilə daxil olmuş 528 i markalı, **-EY-*** dövlət nömrə nişanlı avtomaşında baxış keçirilmişdir və sınmış arxa şüşənin dəyişməsi və arxa qanad, baqaj qapısının bərpası və rənglənməsinə 2151.98 (ƏDV daxil) manat pul vəsaiti lazımdır.
9. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən "xxxx" X4 ünvanlanan pretenziya məktubundan görünür ki, avtomaşına dəymiş zərərin 3 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda dəymiş zərərin və digər xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh qabaqcadan xəbərdar edilmişdir.
10. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X5 tərəfindən məhkəməyə ünvanlanan sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən binanın həyətyanı sahəsinin işıqlandırılması üçün quraşdırılmış işıq dirəkləri dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədilə 2011-ci il tarixdən etibarən "xxxx" X3 balansına verilmişdir.
11. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanan 08 dekabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, qeyd olunan ünvanda quraşdırılmış elektrik dirəkləri "xxxx" X3 balansındadır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər».
15. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”.
16. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.
17. Hazırki iş üzrə iddiaçı tərəfindən sübut olaraq məhkəməyə təqdim edilmiş 05 sentyabr 2023-cü il tarixli qüsur aktına əsasən iddiaçıya məxsus BMW 528İ minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2151,98 manat həcmində qiymətləndirilmişdir (əksi cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir, əksinə məhkəmə sorğusuna cavab olaraq verdiyi məktubda hadisənin baş verməsinə səbəb olan işıq dirəklərinin onun mülkiyyətində olduğunu təsdiq etmişdir).
18. Məhkəmə həmin qüsur aktını hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməsini zəruri hesab edir. Belə ki, hazırki iş üzrə cavabdeh "xxxx" X5 müstəqil təşkilatdır və hadisənin baş verdiyi ərazidə yerləşən işıq dirəkləri də 2011-ci il tarixdən etibarən cavabdehin balansındadır. Hazırki iş üzrə cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin iddia tələbinə dair etirazını da məhkəməyə təqdim etməmişdir.
19. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və məhkəmə hesab edir ki, cavabdeh "xxxx" X5 tərəfindən iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın əvəzi kimi 2151,38 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
22. Hazırda iddia tələbi tam təmin edildiyindən məhkəmə xərci də cavabdehdə aid edilməli və ödənilmiş 42 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" X2 “BMW 528İ minik” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə görə 2151,38 (iki min yüz əlli bir manat, otuz səkkiz qəpik) manat və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.