Məhkəmə qərarları › İş №2(006)-537/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-537/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-537/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz” İB-yə vurulmuş 1612,30 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1642,30 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 12.08.2019-cu il tarixində AKX-0130876/08-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 tipli İtron markalı **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarr'nm tələblərinə əməl etmək), “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun” -nun 6.2-ci bəndinin tələbləri pozularaq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 30.09.2019cu il tarixli ******* saylı akt əsasında 302,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli 0250939 saylı akt əsasında 100,80 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 04.03.2020-ci il tarixli ******* saylı akt əsasında 33,60 manat olmaqla,cəmi 1225,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). İş üzrə cavabdehin 01/2012 və 10/2018-ci il tarixlərində 264,50 və 378 manat məbləğlərində borcu da olmuş və daha sonra cavabdeh tərəfindən müəyyən tarixlərdə müəyyən məbləğlərdə ödənişlər edilmiş və həmin ödənişlərin bir qismi borca tutularaq silinmişdir. Ödənişlərin bir qismi borca tutulduqdan sonra iş üzrə cavabdehin 08/2019-cu il tarixə 293,30 manat məbləğində qalıq borcu qalmışdır (ətraflı GASREPORT üzrə saldoda). Yuxarıda göstərilənlərə əlavə olaraq qeyd olumuşdur ki, cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 58.80; 4.50; 20 və 10.50 manat məbləğində debitor borcları da yaranmışdır (ətraflı AGİS üzrə saldoda).Nəticə olaraq, cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə qalıq borcla birlikdə ümumi olaraq 1612,30 manat təşkil etməkdədir. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1225,20 (bir min iki yüz iyirmi beş manat, iyirmi qəpik) manat məbləğində dəymiş zərərin əvəzini, debitor borc (sayğac vasitəsi ilə istifadə üzrə) 897,26 (səkkiz yüz doxsan yeddi manat, iyirmi altı qəpik) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümümilikdə 2152,46 (iki min yüz əlli iki manat, qırx altı qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxaq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 12.08.2019-cı il tarixli, AKX-0130876/08-2019 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında təbii qazdan istifadəyə görə tərəflər arasında öhdəlikləri və vəzifələri, istifadə şərtlərini müəyyən edən müqavilə bağlanmışdır. Abonent saldosundan görünür ki, abonent kodu **********00000 olan ünvan 2 ünvanında 04.03.2020-ci il tarixdə Zenner G4T Mexaniki tipli markalı **********1 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), Qızdırıcı radiator peçi (1/1) abonentin cəmi borcu 1612,26 manat göstərilmişdir. 02.11.2020-ci il tarixli, (006)-4243/2020 saylı Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərardadı ilə, fiziki-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2021-ci il tarixli 10/3767 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma texniki cəhətdən mümkündür, 04 dekabr 2020-ci il tarixli vəsatət təmin edilmədiyinə görə, İddiaçınə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparmaq mümkün deyildir. Ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. İddiaçı Bakı RQSD-nin təbii X2 pozulması haqqında 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 04.03.2020-ci il tarixli ******* saylı aktlardan görünür ki, istehlakçıya məxsus fərdi yaşayış evi sahəsində həmin tarixlərdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi aşkar edilmişdir. 30.06.020-ci il tarixli, ********* saylı ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında Abunə Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilələrdən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla 12.08.2019-cı il tarixli, AKX- 0130876/08-2019 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə etmişdir. Həmin ünvana İddiaçı İB-nin tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Zenner G4T Mexaniki markalı **********1 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulduğuna görə akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları əsas götürülmüşdür. Cavabdeh, onunla bağlanılmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun təbii qazdan istifadəyə görə borcu yaranmışdır. İddiaçı Bakı RQSD-nin təbii X2 pozulması haqqında 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 04.03.2020-ci il tarixli ******* saylı aktlardan görünür ki, istehlakçıya məxsus qeyri yaşayış (yaşayış) sahəsində göstərilən tarixlərdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri- qanuni olaraq təbii qazdan istifadə etməsi müəyyən edilmişdir. Borclu Cavabdeh onunla bağlanılmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Həmin qanunun 3.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlardaxildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digərtələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununda göstərilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011 -ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 3.2.7-ci bəndinə əsasən, qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumatverməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011 -ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edəldiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, qaz paylayıcısı olan şəbəkə qərarın bu bəndini kobud şəkildə pozmuş, iddiaçının məskunlaşdığı fərdi yaşayış evində təbii X2 pozulması haqqında yuxarıda sadalanan aktları tərtib etdikdən sonra heç bir əhəmiyyətli tədbir görülməmiş, dövrü olaraq akt tərtib etməklə öz vəzifə borclarını yerinə yetirmiş hesab etmişlər. Həmin qərarın 3.1.3-cü bəndinə əsasən qaz paylayıcı şəbəkəni onun etibarlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu qərarın 3.1.7- ci bəndinə əsasən isə qaz qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Bakı RQSD-nin təbii X2 pozulması haqqında 30.09.2019-cu il tarixli ******* saylı akta əsasən istehlakçıya məxsus qeyri yaşayış (yaşayış) sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh, onunla bağlanılmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı barədə» müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş onun 30.09.2019-cu il tarixli ******* saylı akta əsasən 302.40 manat borcu yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011 -ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “istehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları əsas götürülmüşdür ki, məhkəmə bunu qanuni və əsaslı hesab edir. Məhkəmə İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş Aktlara münasibətdə qeyd edir ki, birinci Aktdan başqa digər Aktlar tərtib edilərkən abonent tərəfindən kənar qoşulmanın ləğv edilməsi və qaz borusunun əvvəlki işlək vəziyyətə gətirilməsi və həqiqətən də hər bir akt tərtib edilməmişdən əvvəl həmin kənar qoşulma əvvəlki qoşulma deyil, yeni qoşulma olmasını təsdiq edən hər hansı sübut İddiaçı İB tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə digər Aktları doğruluğu şübhə yaratdığı üçün etibarsız hesab edir. Məhkəmə iddia tələbinin debitor borc üzrə 897.26 manat məbləğində pulun tutulmasına dair hissəsini əsaslı hesab edir. Belə ki, hazırkı (897.26 manat) borc cavabdeh tərəfindən faktiki istehlak olunmuş qaz sərfiyyatı nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci- maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı 30.09.2019-cu il tarixli ******* saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 302.40 manat məbləğində dəymiş zərərin əvəzi, debitor borc üzrə 897.26 manat, ümumilikdə 1199.66 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (bir yüz iki) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı 30.09.2019-cu il tarixli ******* saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 302.40 (üz yüz iki manat, qırx qəpik) manat məbləğində dəymiş zərərin əvəzi, 897.26 (səkkiz yüz doxsan yeddi manat iyirmi altı qəpik) manat məbləğində debitor borc, ümumilikdə 1199.66 (bir min yüz doxsan doqquz manat, altmış altı qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (bir yüz iki) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar