Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5407/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondu, müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcların silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondu, müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcların silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, idiaçı İddiaçı ilə müstəqil tələb irəli sürməyən üçücü şəxs ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 22.09.2014-cü və 07.07.2014-cü il tarixlərində 787/18 və 27/18 saylı kredit müqavilələri üzrə cavabdeh tərəfindən hesablanmış 09.10.2019-u il tarixində verilmiş saldoda 787/18 saylı müqavilə üzrə 645.40 manat və 27/18 saylı müqavilə üzrə 229.73 manat faiz borcu silinməli, həmin borclarla əlaqədar olaraq Azərbaycan Kredit Bürosundan çıxarışda yaranan gecikmə günləri ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC-i arasında 22.09.2014cü və 07.07.2014-cü il tarixlərində 787/18 və 27/18 saylı kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələsi üzrə onun üzərinə düşən öhdəliklər vaxtında tam şəkildə həyata keçirilmişdir. Bunun təsdiqi kimi ödədiyi pulların mədaxil qəbzi, Dəmirbank ASC-nin Qazax rayon filialının müdiri v.m.i.e Aslan Əmiraslanovun, Dəmirbank ASC-nin Qazax rayon filialının nəzarətçisi Fəridə Heydərlinin və onun imzalarıla təsdiq edilmiş akt mövcuddur. Lakin bunlara baxmayaraq kredit bürosu tərəfindən 09.10.2019-cu il tarixdə verilmiş çıxarışda 787/18 saylı müqavilə üzrə 645.40 manat və 27/18 saylı müqavilə üzrə 229.73 manat faiz borcu olduğu bildirilmişdir. Qeyd edir ki, hər iki müqavilənin bağlanma tarixi ölkə rəhbərinin mövcud fərmanının təsiri altına düşmüşdür. Bütün bunlarla əlaqədar Mərkəzi Banka müraciət etmişdir və ona cavab olaraq yeni növ koronavirus infeksiyasının qarşısının alınması ilə əlaqədar bir sıra orqan və təşkilatların məzuniyyətə göndərilməsi ilə əlaqədar olaraq gözləmək və sonradan müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iddiaya heç bir etirazı olmadığını bildirdi. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin 29.08.2017-ci il tarixli aktından görünür ki, İddiaçı tərəfindən 2698.40 manat məbləğində vəsait 18-70065440-2 saylı cari hesaba mədaxil edildi. Həmin vəsait 2698.40 manat ləğv prosesində olan "xxxx" ASC qarşısında olan 787/18 saylı, 22.09.2014-cu il tarixli kredit müqaviləsi üzrə kredit borcunun 645.43 manat məbləğində qalığının Bank tərəfindən güzəşt edilməsi nəticəsində kreditin tam bağlanmasına yönəldildi. Bank təsdiq edir ki, qeyd edilən müqavilə üzrə heç bir öhdəlik mövcud deyildir. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin 29.08.2017-ci il tarixli aktından görünür ki, İddiaçı tərəfindən 258.93 manat məbləğində vəsait 18-70065440-2 saylı cari hesaba mədaxil edildi. Həmin vəsait 258.93 manat ləğv prosesində olan "xxxx" ASC qarşısında olan 27/18 saylı, 07.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun 229.73 manat məbləğində qalığının Bank tərəfindən güzəşt edilməsi nəticəsində kreditin tam bağlanmasına yönəldildi. Bank təsdiq edir ki, qeyd edilən müqavilə üzrə heç bir öhdəlik mövcud deyildir. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, kredit bürosu tərəfindən 09.10.2019-cu il tarixdə verilmiş çıxarışda 787/18 saylı müqavilə üzrə 645.40 manat və 27/18 saylı müqavilə üzrə 229.73 manat faiz borcu olduğu bildirilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə xatırladır ki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ləğv prosesində olan "xxxx" ASC-nin 29.08.2017-ci il tarixli aktından göründüyü kimi İddiaçı tərəfindən 2698.40 manat məbləğində vəsait 18-70065440-2 saylı cari hesaba mədaxil edildi. Həmin vəsait 2698.40 manat ləğv prosesində olan "xxxx" ASC qarşısında olan 787/18 saylı, 22.09.2014-cu il tarixli kredit müqaviləsi üzrə kredit borcunun 645.43 manat məbləğində qalığının Bank tərəfindən güzəşt edilməsi nəticəsində kreditin tam bağlanmasına yönəldildi. Bank təsdiq edir ki, qeyd edilən müqavilə üzrə heç bir öhdəlik mövcud deyildir. Ləğv prosesində olan "xxxx" ASC-nin 29.08.2017-ci il tarixli aktından göründüyü kimi İddiaçı tərəfindən 258.93 manat məbləğində vəsait 18-70065440-2 saylı cari hesaba mədaxil edildi. Həmin vəsait 258.93 manat ləğv prosesində olan "xxxx" ASC qarşısında olan 27/18 saylı, 07.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun 229.73 manat məbləğində qalığının Bank tərəfindən güzəşt edilməsi nəticəsində kreditin tam bağlanmasına yönəldildi. Bank təsdiq edir ki, qeyd edilən müqavilə üzrə heç bir öhdəlik mövcud deyildir. Azərbaycan Kredit Bürosundan çıxarışdan göründüyü kimi kredit bürosu tərəfindən 09.10.2019-cu il tarixdə verilmiş çıxarışda 787/18 saylı müqavilə üzrə 645.40 manat və 27/18 saylı müqavilə üzrə 229.73 manat faiz borcu olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə müstəqil tələb irəli sürməyən üçücü şəxs ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 22.09.2014-cü və 07.07.2014cü il tarixlərində 787/18 və 27/18 saylı kredit müqavilələri üzrə cavabdeh tərəfindən hesablanmış 09.10.2019-u il tarixində verilmiş saldoda 787/18 saylı müqavilə üzrə 645.40 manat və 27/18 saylı müqavilə üzrə 229.73 manat faiz borcu silinməlidir. Həmin borclarla əlaqədar olaraq Azərbaycan Kredit Bürosundan çıxarışda yaranan gecikmə günləri ləğv olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə müstəqil tələb irəli sürməyən üçücü şəxs ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 22.09.2014-cü və 07.07.2014-cü il tarixlərində 787/18 və 27/18 saylı kredit müqavilələri üzrə cavabdeh tərəfindən hesablanmış 09.10.2019-u il tarixində verilmiş saldoda 787/18 saylı müqavilə üzrə 645.40 manat və 27/18 saylı müqavilə üzrə 229.73 manat faiz borcu silinsin. Həmin borclarla əlaqədar olaraq Azərbaycan Kredit Bürosundan çıxarışda yaranan gecikmə günləri ləğv olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5407/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5407/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver