Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5413/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, X2, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 04 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X3 ölkə üzrə minimum əmək haqqının 2 misli həddində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3054/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 06 dekabr 2002-ci il təvəllüdlü X6 və 04 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 07 avqust 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1183/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 06 dekabr 2002-ci il təvəllüdlü X6 və 04 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmalar, üçün cavabdehdən tutulan aliment miqdarı artırılaraq hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-434/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1183/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi, 06 dekabr 2022-ci il təvəllüdlü X6 və 04 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarının artırılaraq hər ay hər uşağa görə 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5577/2022 saylı, xx.xx.2022-cu il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilərək mənimlə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli bar şıq sazişi təsdiq edilmiş, 04 sentyabr 2009cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin miqdarı 400 manat müəvyn edilmişdir. Cavabdeh tərəfindən hazırda ödənilən aliment məbləği uşağın saxlanılması üçün yetərli deyil. Uşaq hazırda onun yanında olmaqla, onun maddi tələbatlarını çətinliklə də olsa, o, ödəyir. Lakin, cavabdehdən tutulmuş aliment məbləği hazırki vaxtda uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, 16 yaşlı uşağın zəruri xərcləri daha artıq vəsait tələb edir ki, həmin vəsaitin ödənilməsi onun maddi imkanı xaricindədir. Cavabdehin bir neçə qazanc yerləri vardır: Azərbaycan Respublikası Gimnastika Federasiyası; Azərbaycan Dövlət Akademik X12; Bakı Xoreoqrafiya Akademiyası; Bakı Xoreoqrafiya Məktəbi, əməkdar artist fəxri adına görə prezident taqaüdü. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən iddia ərizəsində onun bir neçə qazanc yeri olduğu əsas gətirilsə də, bu məlumatlar hazırkı reallığı əks etdirmir, çünki o, əvvəllər qeyd olunan müəssisələrin bəzilərində əmək müqaviləsi əsasında işləsə də, hazırda onun yeganə qazanc və gəlir yeri Azərbaycan Dövlət Akademik X11. O, Teatrdan aldığı əmək haqqından qızı X1 üçün məhkəmə qətnaməsi ilə təsdiq edilmiş 400 manat məbləğində alimenti ödəyir. Onun maliyyə həyatında iddiaçının iddia etdiyi kimi müsbət dəyişiklik yoxdur, əksinə, ailə vəziyyətində və maddi imkanlarında ciddi dəyişikliklər baş vermişdir. Belə ki, o, təkrar ailə qurmuş və bu nikahdan xx.xx.2022-ci il təvəllüdlü azyaşlı oğlu Azad anadan olmuşdur. İkinci həyat yoldaşı heç bir yerdə işləmir, buna görə də ailənin yeganə qazanc və gəlir gətirəni odur, ələlxüsus da oğlu Azad Daun sindromu ilə anadan olmuşdur və o, onun tibbi müalicə xərclərini təkbaşına qarşılayır. Bildirmək istəmişdir ki, hazırkı iddiadan əvvəl iddia tələbinin artırılması məqsədi ilə iddiaçı tərəfindən aliment məbləğinin indeksasiyası ilə bağlı iddia verilmiş, əvvəlcə iddia ərizəsi məhkəmənin müvafiq qərardadı ilə təmin edilsə də, onun şikayətindən sonra 8(006)-197/2025 saylı mülki iş üzrə çıxarılmış həmin qərardad ləğv edilmişdir, məhz bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Alimentin miqdarı barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5577/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş 400 manat məbləği qızı Nurayın saxlanılması üçün kifayət qədər normal məbləğdir. Həmçinin, qeyd etmişdir ki, iddiaçının hərəkətləri səbəbindən o, öz mülkiyyətində olan evlərdə yaşaya bilmir və ikinci ailəsi ilə birlikdə Əhmədli qəsəbəsində aylıq 500 manat kirayə haqqı ödəməklə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və izahatında bildirdi ki, hazırda cavabdeh tutulan alimentin məbləği çox azdır və uşağın təminatını ödəmir. Məhkəmə iclasında cavbadeh Cavabdeh iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi və etirazın məzmununa uyğun izahat verdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3054/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 06 dekabr 2002-ci il təvəllüdlü X6 və 04 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 07 avqust 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-434/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1183/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, 06 dekabr 2002-ci il təvəllüdlü X6 və 04 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarının artırılaraq hər ay hər uşağa görə 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-5577/2022 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay 400 manat alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu:
13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarı:
8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
Məhkəmənin mövqeyi: İddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, 15 dekabr 2022-ci il tarixli qətnamə ilə cavabdehlə aralarında aliment öhdəliyi ilə bağlı bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmişdir. Həmin barışıq sazişinə əsasən, tərəflər arasında xx.xx.2009-cu il təvəllüdlü, birgə nigahdan doğulmuş X5 yetkinlik yaşına çatdığı tarixədək iddiaçıya hər ay 400 (dörd yüz) manat məbləğində alimentin ödənilməsi barədə razılıq əldə edilmişdir. İddiaçı hazırda alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, bu tələbi uşağın artıq 16 yaşına çatması, xərclərinin artması, hazırlıq kurslarına getməsi ilə əsaslandırmışdır. Bununla yanaşı, iddiaçı cavabdehin bir neçə mənbədən gəlir əldə etdiyini, o cümlədən müxtəlif dövlət və mədəniyyət müəssisələrində çalışdığını, eləcə də Prezident təqaüdü aldığını bildirmişdir. Məhkəmə ilk növbədə alimentin indeksləşdirilməsi ilə alimentin artırılması anlayışları arasındakı hüquqi fərqi tərəflərə izah etmiş, alimentin artırılmasının yalnız Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu şəraitində mümkün olduğunu qeyd etmişdir. İş materiallarından görünür ki, iddiaçı daha əvvəl alimentin indeksləşdirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin həmin tələb təmin edilməmiş və bu qərardan şikayət verilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı yeni halların yaranmasına əsaslanaraq alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iddia üzrə iddiaçı alimentin artırılmasını uşağın xərclərinin artması ilə əsaslandırsa da, məhkəmə hesab edir ki, alimentin artırılması tələbi üzrə işə mahiyyəti üzrə baxılmasından əvvəl iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında barışıq sazişinin mövcudluğu və aliment məbləğinin razılaşma əsasında müəyyən edilməsi iddiaçının gələcəkdə yeni və əsaslı hallar yarandığı təqdirdə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Bu mövqe hüquq doktrinasında da qəbul olunmuşdur və aliment öhdəliyinin davam edən hüquq münasibəti olması ilə izah edilir. Aliment hüquqi təbiətinə görə dəyişən sosial-iqtisadi şəraitə uyğunlaşmalı, lakin bu uyğunlaşma yalnız real və sübuta yetirilmiş dəyişikliklər əsasında həyata keçirilməlidir. Eyni zamanda məhkəmə vurğulayır ki, barışıq sazişinin mövcudluğu fonunda tərəflər arasında aliment məbləğinin artırılması barədə razılıq əldə edilmədikdə, yaranmış mübahisənin yeganə həll mexanizmi məhkəmə müdafiəsidir. Əks yanaşma aliment münasibətlərinin hüquqi müdafiəsiz qalmasına, nəticə etibarilə yetkinlik yaşına çatmayan şəxsin maraqlarının təmin edilməməsinə gətirib çıxarar. Bu səbəbdən məhkəmə hər bir halda iddianı mahiyyəti üzrə araşdıraraq yekun hüquqi mövqe formalaşdırmalıdır. Hazırkı iş üzrə məhkəmə müəyyən etmişdir ki, iddiaçı alimentin təyin edildiyi vaxtdan sonra öz maddi vəziyyətində hər hansı əhəmiyyətli dəyişiklik baş verdiyini sübut edən dəlillər təqdim etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən, cavabdeh hazırda yalnız S. Vurğun adına Azərbaycan Dövlət X12nda çalışır və əvvəl iddiaçı tərəfindən göstərilən digər gəlir mənbələri mövcud deyil. Bu isə cavabdehin maddi vəziyyətinin yaxşılaşması barədə iddiaçı tərəfindən irəli sürülən arqumentlərin sübuta yetirilmədiyini göstərir. Uşağın xərclərinin artması ilə bağlı əsaslara münasibətdə məhkəmə qeyd edir ki, hazırda ölkə üzrə minimum aliment məbləği 246 manat təşkil edir. Bu baxımdan, bir uşaq üçün aylıq 400 manat aliment məbləği ağlabatan və proporsional hesab edilməlidir. Alimentin məqsədi uşağın əsas ehtiyaclarının təmin edilməsidir, lakin bu öhdəlik yalnız bir valideynin üzərinə qeyri-mütənasib şəkildə yüklənə bilməz. Ailə Məcəlləsinin sistemli şərhindən də göründüyü kimi, uşağın saxlanması hər iki valideynin bərabər borcudur. Məhkəmə nəzərə alır ki, tərəflərin hər ikisi işləyir, aldıqları məvaciblər arasında kəskin fərq mövcud deyil, uşağın yaşı isə artıq 16-dır və əmək qabiliyyətlidir. Bu hallar Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulan alimentin artırılması üçün tələb olunan dispozitiv şərtlərin mövcud olmadığını göstərir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh yenidən ailə qurmuş, həmin ailədən xx.xx.2022-ci il təvəllüdlü, sağlamlıq imkanları məhdud – Daun sindromlu övladı vardır və bu övladın müalicəsi ilə bağlı əlavə xərclər çəkməkdədir. Doğrudur, aliment ödəyən şəxsin digər övladlarının olması alimentin azaldılması üçün birbaşa əsas yaratmır. Lakin alimentin artırılması ilə bağlı işlərə baxılarkən məhkəmə bir uşağın maraqlarını qoruyarkən digər uşaqların hüquqlarının pozulmamasını təmin etməlidir. Bu yanaşma ədalət, proporsionallıq prinsiplərinin tələblərindən irəli gəlir. Nəticə etibarilə, məhkəmə hesab edir ki, alimentin məbləği uşağın maraqlarını təmin edən, formal və simvolik olmayan, eyni zamanda cavabdehin maddi vəziyyətini əsassız şəkildə ağırlaşdırmayan həddə müəyyən edilməlidir. Mövcud 400 manat aliment məbləği bu meyarlara tam cavab verdiyindən, alimentin artırılması üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Digər tərəfdən, yuxarıda qeyd olunan qanunvericilik normaların tələblərindən göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər və ya aliment ödəməkdən azad edə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki iş üzrə isə cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim olunmamaqla, işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Fərəcova