Məhkəmə qərarları › İş №2(006)-5418/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5418/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5418/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səməd Cəfərov Fəxrəddin oğlu, İddiaçı1 ASC-nin Cavabdeh oğluna qarşı “kredit borcunun ödənilməsinə dair” iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cəmi 143.50 (bir yüz qırx üç manat 50 qəpik) AZN kredit borcunun- bundan 97.69 (doxsan yeddi manat 69 qəpik) AZN əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 45.81 (qırx beş manat 81 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı1 ASC-yə ödəniməsi barədə ödənilməsi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı1 ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2007-ci il tarixli 332 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətində illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 8400 (səkkiz min dörd yüz) ABŞ dolları məbləğində avtomobil alınması üçün kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 22.04.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi 143.50 (bir yüz qırx üç manat 50) AZN təşkil edir. Bundan 97.69 (doxsan yeddi 69 qəpik) AZN əsas, kredit müqaviləsi bitəndən sonar AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 45.81 (qırx beş 81 qəpik) AZN borcu təşkil edir. Kredit müqaviləsinin 4.1-ci, 4.2-ci bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulnası ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barəd dəfələrlə şifahi müraciətlər olunmasın avə **********031 saylı 14.01.2019-cu il tarixli bildiiş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təstiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Hakbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, iddiaçı ilə Cavabdeh oğlu arasında 13.09.2007ci il tarixli 332 nömrəli müqaviləsinin surətindən görünür ki, “Bank” “Borcalana”-a 18 (on səkkiz) ay müddətinə; 13 mart 2009-cu il tarixədək 5150 (beş min yüz əlli) manat məbləğində kredit ayırır, “borcalan” isə həmin kreditdən nağd şəkildə istifadə edir. Bu müqaviləyə əsasən kreditləşmənin obyekti: SAMAND markalı avtomobilin (buraxılış ili: 2005, ban 155500587, şassi, mühərrik: **********6, rəngi:sarı) alınmasıdır. 332 saylı 13.09.2007-ci il tarixli, kredit müqaviləsinə əlavə razılaşmaya əsasən, kredit müqaviləsinin 2.3 maddəsinə dəyişiklik edərək kreditin qaytarılma vaxtı yenidən 12 (on iki) ay müddətinə uzadılmış və son tarix 13.03.2010-cu il hesab edilərək, tərəfələrin münasibətlərini tənzimləyən şərtlər 332 saylı 13.09.2007-ci il tarixli kredit müqaviləsi ilə təyin edilmişdir. 332 saylı 13.09.2010-cu il tarixli, kredit müqaviləsinə əlavə razılaşmaya əsasən, kredit müqaviləsinin 2.3 maddəsinə dəyişiklik edərək kreditin qaytarılma vaxtı yenidən 12 (on iki) ay müddətinə uzadılmış və son tarix 13.03.2011-ci il hesab edilərək, tərəfələrin münasibətlərini tənzimləyən şərtlər 332 saylı 13.09.2007-ci il tarixli kredit müqaviləsi ilə təyin edilmişdir. 332 saylı 13.09.2011-ci il tarixli, kredit müqaviləsinə əlavə razılaşmaya əsasən, kredit müqaviləsinin 2.3 maddəsinə dəyişiklik edərək kreditin qaytarılma vaxtı yenidən 12 (on iki) ay müddətinə uzadılmış və son tarix 13.03.2012-ci il hesab edilərək, tərəfələrin münasibətlərini tənzimləyən şərtlər 332 saylı 13.09.2007-ci il tarixli kredit müqaviləsi ilə təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinə ünvanlanan 24 yanvar 2019-cu il tarixli ərizəyə əsasən, ipoteka qoyulmuş və borclu Cavabdeh məxsus “SAMAND” markalı, 1-SN-649 qeydiyyat nişanlı minik avtomobilinə tutma yönəldilməsinə dair bildirişin müvafiq qeydiyyata alınmasını xahiş etmişdir. 11.08.2009-cu il tarixli, 30.01.2019-cu il tarixli, 12.12.2018-ci il tarixli, xəbərdarlıq məktubularından görünür ki, Cavabdeh oğlu borcunu, tez vaxtda ödəmədiyi təqdirdə kreditin və kreditdən istifadəyə görə faizlərin, həmçinin vurulmuş zərərin əvəzinə cərimələr də nəzərə alınmaqla əmlakı hesabına məcburi ödənilməsi üçün tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 14.01.2019-cu il tarixli bildirişdən görünür ki, borc məbləğinin ödənilməsi üçün məhkəmə qaydasında ipotekaya tutma yönəldilməsi proseduruna başlanılmış, məhkəmə tərəfindən işə baxılıb qərar qəbul edilənədək mövcud borcun ödənilməsi təmin edildiyi təqdirdə ipotekaya tutma yönəldilməsi proseduru dayandırıla bilər Məhkəməyə təqdim etmək üçün nəzərədə tutulan 22 aprel 2021-ci il tarixli arayışdan görünür ki, müqavilənin tələbləri əsasən yaranmış ümumi borc 143.50 (bir yüz qırx üç manat əlli) qəpik təşkil edir. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın hissə-hissə ödəmə şərti ilə alqı-satqısına dair müqaviləsiə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 24.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu müqavilə üzrə cavabdehə 364 manat əsas borc, 36 manat cərimə borcu, cəmi 400 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1 maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 425.1 maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyırMülki Prosessual Məcllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan yaranmış əsas borc üzrə 97.69 manat, cərimə borcu üzrə 45.81 manat, cəmi 143.50 manat borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul tutularaq İddiaçı1 ASC-yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 97.69 manat, cərimə borcu üzrə 45.81 manat, cəmi 143.50 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul Cavabdeh oğlundan tutularaq İddiaçı1 ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar