Məhkəmə qərarları › İş №2(006)-5425/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5425/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5425/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Kredit Bürosu MMC-yə qarşı “ləğvedici bankın əməliyyat sistemində borcun olmaması barədə qeydin aparılması və bu barədə Cavabdeh3 MMC-yə məlumat göndərilməsinin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə cavabdehlər Ləğv prosesində olan "xxxx" QSCnin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Kredit Bürosu MMC-yə qarşı “ləğvedici bankın əməliyyat sistemində borcun olmaması barədə qeydin aparılması və bu barədə Cavabdeh3 MMC-yə məlumat göndərilməsinin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO QSC "Bank Standard" KB ilə aralarında bağlanmış 24.01.2012-ci il, 14.02.2012-ci il və 05.04.2012-ci il tarixli kredit müqavilələrindən yaranan tələblər üzrə müddətin keçmiş hesab edilməsi, həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilməsi və müqavilələrin ləğv edilməsi, onun həmin müqavilələr üzrə borcunun olmaması (o cümlədən gecikdirilmiş günlərin sayının silinməsi daxil olmaqla) barədə LPO" Bank Standard” KB QSC-nin əməliyyat sistemində qeydin aparılması və bu barəcə Azərbaycan Kredit Bürosu MMC-yə məlumat göndərilməsinin LPO" Bank Standard” KB QSC-nin ləgvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 2012-ci ildən başlayaraq QSC "Bank Standard" KB ilə əməkdaşlıq edərək kiçik müddət ərzində ardıcıl olaraq müxtəlif məbləğlərdə kreditlər götürmüşdür və vaxtlı vaxtında ödənişləri həyata keçirmişdir. Lakin 2019-cu ilin sonunda kreditlə bağlı Respublikamızda fəaliyyət gösrərən banklardan birinə müraciət etdikdə ona məlum oldu ki, guya onun QSC "Bank Standard "KB-na gecikdirilmiş böyük məbləğdə (təqribən 5500 manat əsasə borc və 9000 manat faiz borcu) borcu var. O, Mərkəşdirilmiş kredit reyerstrindən (Kredit Bürosu MMC) çıxarışa baxdıqda dəhşətə gəlmişdir. Bir necə dəfə LPO QSC "Bank Standard" KB-nın ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, lakin məsələnin həlli istiqamətində bir nəticə hasil olmadı. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. "xxxx"-nun çıxarışından göründiyi kimi o, QSC Bank Standard KB-dan 24.01.2012-ci il,14.02.2012-ci il və 05.04.2012-ci il tarixlərində hər bir kreditin 2 (iki) ilə qaytarmaq şərti ilə kredit götürmüş və əsas borc və faizi ilə birlikdə vaxtlnda banka qaytarmışdır. Qeyd edilən çıxarışa diqqət yetirildiyi halda məlum olur ki, o, 2012-ci ildən əvvəldə və sonrada ayri-ayrı banklardan kreditlər götürmüşdür. Məsələn 2011-ci ildə hazırda ləgv prosessində olan "xxxx" ASC-dən 35000 manat məbləğində kredit götürmüş və 10 ildir və hal-hazıradək vaxtlı-vaxtında ödənişləri həyata keçirir və yaxud 2019-ci ildə "xxxx" ASC-dən kredit götürmüş və hal-hazırdada cədvəl üzrə ödənişlər aparır. Lakin çıxarışdan göründiyi kimi məhz LPO Bank Standard QSC-dən götürdüyü kreditləri guya ödəməmişdir. Belə bir vəziyyətdə nə QSC "Bank Standard "KB, nə də ləgvedici orqan ADİF kreditləri götürdüyü vaxtdan 10 ilə yaxın müddət və müqavilələrin bitdiyi tarixdən 8 il müddət keçdiyinə baxmayaraq bu vəsaitləri məndən tələb etmir,müvafiq iddia ilə məhkəməyə müraciət etmir. Böyük ehtimalla bu texniki bir problemdir. Dİgər tərəfdən də çox vaxt keçdiyindən onda əlavə sənədlər qalmayıb. Lakin bir məqam aydındır ki,onun banka borcu olsaydı, ona qarşı məhkəmədə iddia qaldırılardı, yalnız bu gündə belə bankın ləgvedicisi belə bir iddia ilə məhkəməyə müraciət etmirsə, deməli bu borc reallıqda mövcud deyil. Sözsüz ki, indi belə bir iddianı ləgvedici olaraq ADİF tərəfindən məhkəmədə qaldırarsa, bu işin onlar üçün qanuni perspektivi yoxdur.Belə ki bu işlə bağlı iddia müddəti çoxdan ötürülüb. Bu baxımdan hər üç kredit müqaviləsindən yaranan tələblər üzrə müddətin keçməsi,həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilməsinə və müqavilələrin ləgv edilməsinə qanunu əsasdır. Digər tərəfdən vəziyyətin bu formada qalması onun vətəndaş olaraq bir çox hüquqlarını məhdudlaşdırır və ehtiyacı olduğu halda banklara kreditlə bağlı müraciət etdikdə imtina alır və səbəb olaraq ona Kredit Bürosundan çıxarışda əks olunan yanlış kredit tarixçəsi göstərilir. Hesab edir ki, cavabdehlərin tutduqları mövqedən istifadə edərək onun hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddia əsassızdır və rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışından görünür ki, İddiaçı Ləğv prosesində olan "xxxx" QSC-yə kredit üzrə əsas və faiz borcları mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır; 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Kredit Bürosu MMC-yə qarşı “ləğvedici bankın əməliyyat sistemində borcun olmaması barədə qeydin aparılması və bu barədə Cavabdeh3 MMC-yə məlumat göndərilməsinin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO QSC "Bank Standard" KB ilə aralarında bağlanmış 24.01.2012-ci il, 14.02.2012-ci il və 05.04.2012-ci il tarixli kredit müqavilələrindən yaranan tələblər üzrə müddətin keçmiş hesab edilməsi, həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilməsi və müqavilələrin ləğv edilməsi, onun həmin müqavilələr üzrə borcunun olmaması (o cümlədən gecikdirilmiş günlərin sayının silinməsi daxil olmaqla) barədə LPO" Bank Standard” KB QSC-nin əməliyyat sistemində qeydin aparılması və bu barəcə Azərbaycan Kredit Bürosu MMC-yə məlumat göndərilməsinin LPO" Bank Standard” KB QSC-nin ləgvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, Azərbaycan Kredit Bürosu MMC-nin çıxarışında İddiaçı Ləğv prosesində olan "xxxx" QSCyə kredit üzrə əsas və faiz borclarının olması görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Kredit Bürosu MMC-yə qarşı “ləğvedici bankın əməliyyat sistemində borcun olmaması barədə qeydin aparılması və bu barədə Cavabdeh3 MMC-yə məlumat göndərilməsinin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Kredit Bürosu MMC-yə qarşı “ləğvedici bankın əməliyyat sistemində borcun olmaması barədə qeydin aparılması və bu barədə Cavabdeh3 MMC-yə məlumat göndərilməsinin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar