Məhkəmə qərarları › İş №2(006)-5431/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5431/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5431/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı1, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən istifadə ilə bağlı maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən istifadə ilə bağlı maneələrin aradan qaldırılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında istifadə qaydaları müəyyən edilməklə mətbəx, sanitar qovşağ və dəhliz ümumi istifadədə olsun, eyni zamanda işıqdan, sudan və qazdan sərbəst istifadə edilsin və bununla bağlı cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbil edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh onların ailə üzvləri olmuşdur. Onlar mənzildə qeydiyyatda olaraq birlikdə yaşamışlar. Cavabdeh mənzildən istifadə ilə bağlı müxtəlif maneələr yaratdığından bu barədə məhkəməyə müraciət edilmiş və Nəsimi Rayon Məhkəməsinin 07.12.2018-ci il tarixli qətnaməsi ilə onların mənzilə köçürülmə iddiaları təmin edilmişdir. Qətnamə icra edilmiş və onlar mənzilə köçürülmüşdür. Lakin cavabdeh mənzildən normal qaydada istifadə etməyə imkan vermir və müxtəlif maneələr törədir. Mənzildən çıxarkən mənzilin ümumi elektrik xəttini söndürüb mətbəxin qapısını və su xəttini bağlayır, həmin xətlərin tərəfindən açılıbbağlanması gizli yerdə olduğundan onun kommunal sistemdən istifadə etməyini mümkünsüz edir. Məsələnin normal həll edilməsi barədə dəfələrlə müraciət və söhbət aparılmasına baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirir. Hətta su xətti ilə bağlı yaranmış mübahisə zamanı cavabdeh mənzildə dava salmış və buna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü ilə 1500 manat cərimə olunmuşdur. Lakin qanunsuz hərəkətlər davam etməkdədir. Ona görə də məhkəmyə müraciət etməyə məcburdur. Məhkəmə iclasında iddiaçı S. Bədəlovanın nümayəndəsi (vəkili) X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə digər İddiaçı2 və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə İddiaçı2 və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli hökmündən surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 10.03.2020-ci il tarixli qətnamədən görünür ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.12.2018-ci il tarixli ,2(006)-6625/2018 saylı nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 07.12.2018-ci il tarixli qətnaməsi ilə iddiaçıların mübahisəli mənzilə köçürülmə iddiaları təmin edilmişdir. Qətnamə icra edilmiş və iddiaçılar mənzilə köçürülmüşdür. Lakin cavabdeh mənzildən normal qaydada istifadə etməyə imkan vermir və müxtəlif maneələr törədir. Mənzildən çıxarkən mənzilin ümumi elektrik xəttini söndürüb mətbəxin qapısını və su xəttini bağlayır, həmin xətlərin tərəfindən açılıb-bağlanması gizli yerdə olduğundan onun kommunal sistemdən istifadə etməyini mümkünsüz edir. Məsələnin normal həll edilməsi barədə dəfələrlə müraciət və söhbət aparılmasına baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirir. Yaranmış mübahisə zamanı cavabdeh mənzildə dava salmış və buna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü ilə 1500 manat cərimə olunmuşdur. Beləliklə, müəyyən edilmişdir ki, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli mənzildən istifadə edilməsinə müxtəlif maneələri törədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən istifadə ilə bağlı maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında istifadə qaydaları müəyyən edilməklə mətbəx, sanitar qovşağ və dəhliz ümumi istifadədə olsun, eyni zamanda işıqdan, sudan və qazdan sərbəst istifadə edilsin və bununla bağlı Cavabdeh tərəfindən iddiaçılara yaradılan maneələrin aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar