Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5434/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı “xxxxxxx” KB ASC-nin cavabdeh Babayeva (Hacıyeva) Samirə Yaqub qızına qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxxxxx” KB ASC cavabdeh Babayeva (Hacıyeva) Samirə Yaqub qızına qarşı “pul” tələbinə dair ərizə ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəməyə müraciət edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsində nəzərdə tutulmuş qaydaya iddiaçı tərəfindən riayət edilmədiyini müəyyən edərək hesab edirəm ki, hazırkı ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılması yolverilməz olduğundan, onun qəbul olunmasından imtina edilməli, iddiaçıya məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququna malik olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələbinə görə, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.2-ci maddəsinin tələbinə görə verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinin tələbinə görə, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə hesab edirəm ki, iddiaçı “xxxxxxx” KB ASC-nin cavabdeh Babayeva (Hacıyeva) Samirə Yaqub qızına qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında verdiyi ərizənin qəbul olunmasından imtina edilməli, ərizənin qəbul olunmasından imtina edilməsinin iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmadığı izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “xxxxxxx” KB ASC-nin cavabdeh Babayeva (Hacıyeva) Samirə Yaqub qızına qarşı “pul” tələbinə dair iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5434/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5434/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver