Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5443/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı «icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı üzrə borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı «icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı üzrə borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanda yerləşən 69,6 m2 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 09.08.2019-cu il tarixli 11294 nömrəli icarə müqaviləsinin ləğv edilməsi; qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 09.08.2019-cu il tarixli 11294 nömrəli icarə müqaviləsinin ləğv edilməsi; qeyri-yaşayış sahəsinin boşaldılaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi; Cavabdeh 31.05.2021-ci il tarixə mövcud olan icarə haqqı borcu üzrə 2.549 manat məbləğində pul vəsaitinin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» 06.09.1997-ci il tarixli 629 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası ƏMDK ilə Cavabdeh arasında Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanda yerləşən 69,6 m2 olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 09.08.2019-cu il tarixli 11294 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə 31.05.2021-ci il tarixə 2.549 manat icarə haqqı borcu mövcuddur. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə 21.04.2021-ci il tarixli **********10 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh məktubu qəbul etməkdən imtina etmiş və bu barədə akt tərtib edilmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası ƏMDK müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və həmin Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası ƏMDK-nın hüquqi varisidir və ƏMDK-nın bütün hüquq və öhdəlikləri ƏMDX-ya keçir. İddiaçı MPM-in 39.1-ci maddəsinə əsasən əlavə olaraq qeyd etmişdir ki, hazırkı iddia ilə cavabdeh tərəfindən boşaldılaraq ƏMDX-ya təhvil verilməsi tələb edilən daşınmaz əmlak Nəsimi rayonunda yerləşdiyindən, iddia müstəsna aidiyyət qaydasına əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsində qaldırılmışdır. Bundan başqa, iddiaçı qeyd etmişdir ki, dövlət əmlakının icarəsinə görə icarə haqlarının vaxtlı-vaxtında dövlət büdcəsinə ödənilməsi Azərbaycan Respublikasının iqtisadi mənafeyi baxımından mühüm əhəmiyyət kəsb edir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 09.08.2019-cu il tarixli 11294 №-li icarə müqaviləsinin surətindən görünür ki, «İcarəyəverən» Azərbaycan Respublikası ƏMDK sədrinin 09.08.2019-cu il tarixli 161 nömrəli sərəncamına əsasən MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB-nin balansında olan Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanda yerləşən, ümumi sahəsi 69,6 m2 təşkil edən qeyri-yaşayış sahəsi xidmət məqsədlə «İcarəçi» Cavabdeh müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti 09.08.2019-cu il tarixdən 09.02.2020ci il tarixədək müəyyən edilmişdir. Əlavə dəyər vergisiz 1 illik icarə haqqı 1.827 manat müəyyən edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən icarəçi icarə müddəti ərzində icarə haqqını cari ayın 10-dək ödəməyi öhdəsinə götürmüşdür. ƏMDX 21.04.2021-ci il tarixli məktub tərtib edərək, «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 1997-ci il tarixli 629 saylı Fərmanına uyğun olaraq Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanda yerləşən, ümumi sahəsi 69,6 m2 təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Cavabdeh ilə bağlanmış icarə müqaviləsi üzrə dövlət büdcəsinə 30.04.2021-ci il tarixə 2.395 manat 96 qəpik məbləğində icarə haqqı borcu yarandığını göstərmişdir. Borcun 7 gün ərzində dövlət büdcəsinə ödənilməsinin zəruri olduğu göstərilmişdir. Əks halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. 08 may 2021-ci il tarixli aktdan görünür ki, yuxarıda qeyd olunan məktub cavabdehə təqdim olunmaq üçün ünvana çatdırıldıqda, cavabdeh məktubu qəbul etməkdən imtina etmişdir. Şəxsi hesab vərəqindən görünür ki, Cavabdeh həmin qeyri-yaşayış sahəsindən istifadəyə görə 2.548 manat 21 qəpik məbləğində icarə haqqı borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, toplanmış və tədqiq edilmiş sənədlərlə təsdiq olundu ki, Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanda yerləşən, ümumi sahəsi 69,6 m2 olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə ƏMDK ilə Cavabdeh arasında bağlanmış 09.08.2019-cu il tarixli 11294 №-li icarə müqaviləsi üzrə Cavabdeh dövlət büdcəsinə 2.549 manat icarə haqqı borcu yaranmışdır. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh yaranmış icarə haqqı borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Bu səbəbdən, iddiaçı müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və icarə haqqı üzrə borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ƏMDK ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanda yerləşən, ümumi sahəsi 69,6 m2 olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 09.08.2019-cu il tarixli 11294 nömrəli icarə müqaviləsi ləğv edilməli, qeyri-yaşayış sahəsi boşaldılmaqla Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməli, Cavabdeh icarə haqqı borcu üzrə 2.549 manat məbləğində vəsait Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq, təqdim olunmuş hesaba köçürülməlidir. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ƏMDK ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanda yerləşən, ümumi sahəsi 69,6 m2 olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 09.08.2019-cu il tarixli 11294 nömrəli icarə müqaviləsi ləğv edilsin. Qeyri-yaşayış sahəsi boşaldılmaqla Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. Cavabdeh icarə haqqı borcu üzrə 2.549 manat məbləğində vəsait Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq, təqdim olunmuş hesaba köçürülsün. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5443/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5443/2021
07.09.2021 · Müqavilələrin ləğv edilməsi - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver