Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-545/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 7425,90 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun,ümumilikdə isə 7455,90 manat pulun məcburi qaydada tutularaq iddiaçı "İddiaçı" İB-nın Azərbaycan Beynəlxalq Bank Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı 21 avqust 2017-ci il tarixli 01/27644 saylı «Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzilin təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "İddiaçı" İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması” haqqında aktlar tərtib edilmişdir. Belə ki, 07 mart 2016-cı il tarixli 090299 saylı akta əsasən 292,50 manat, 08 sentyabr 2016-cı il tarixli ******* saylı akta əsasən 178,80 manat, 14 noyabr 2016-cı il tarixli ******* saylı akta əsasən 221 manat, 23 noyabr 2016-cı il tarixli ******* saylı akta əsasən 221 manat, 24 dekabr 2016-cı il tarixli ******* saylı akta əsasən 89,30 manat, 27 yanvar 2017-ci il tarixli ******* saylı akta əsasən 147 manat, 27 fevral 2017-ci il tarixli ******* saylı akta əsasən 133,80 manat, 27 aprel 2017-ci il tarixli ******* saylı akta əsasən 121 manat, 30 may 2017-ci il tarixli ******* saylı akta əsasən 175,80 manat, 20 iyun 2017ci il tarixli ******* saylı akta əsasən 20,20 manat, 22 avqust 2017-ci il tarixli ******* saylı akta əsasən 34,60 manat, 25 sentyabr 2017-ci il tarixli ******* saylı akta əsasən 32,60 manat, 23 oktyabr 2017-ci il tarixli ******* saylı akta əasən 26,80 manat, 15 noyabr 2017-ci il tarixli ******* saylı akta əsasən 22 manat, 20 dekabr 2017-ci il tarixli ******* saylı akta əsasən 151,20 manat, 18 yanvar 2018-ci il tarixli ******* saylı akta əsasən 602,20 manat, 08 fevral 2018-ci il tarixli ******* saylı akta əsasən 153,60 manat, 15 mart 2018-ci il tarixli ******* saylı akta əsasən 256,20 manat, 18 aprel 2018-ci il tarixli ******* saylı akta əsasən 151 manat, 27 iyun 2018-ci il tarixli ******* saylı akta əsasən 133,20 manat, 31 iyul 2018ci il tarixli ******* saylı aktaəsasən 133,20 manat, 25 sentyabr 2018-ci il tarixli ******* saylı akta əsasən 266,40 manat, 31 oktyabr 2018-ci il tarixli ******* saylı akta əsasən 66,60 manat, 30 noyabr 2018-ci il tarixli ******* saylı akta əsasən 109,80 manat, 28 dekabr 2018ci il tarixli ******* saylı akta əsasən 109,80 manat, 31 yanvar 2019-cu il tarixli ******* saylı akta əsasən 109,80 manat, 28 fevral 2019-cu il tarixli ******* saylı akta əsasən 109,80 manat, 29 mart 2019-cu il tarixli ******* saylı akta əsasən 109,80 manat, 30 aprel 2019-cu il tarixli ******* saylı akta əsasən 109,80 manat, 30 may 2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, 28 iyun 2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, 31 iyul 2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, 30 avqust 2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, 30 sentyabr 2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, 30 oktyabr 2019-u il tarixli ******* saylı akta əsasən 32,40 manat, 29 noyabr 2019-cu il tarixli ******* saylı akta əsasən 109,80 manat, 30 dekabr 2019-cu il tarixli ******* saylı akta əsasən 252 manat, 30 yanvar 2020-ci il tarixli ******* saylı akta əsasən 252 manat, 28 fevral 2020-ci il tarixli ******* saylı akta əsasən 252 manat, 17 mart 2020-ci il tarixli ******* saylı akta əsasən 142,80 manat dəymiş ziyan hesablanmışdır. Cəmi 7425,90 manat dəymiş ziyan məbləği hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 7425,90 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Nümayəndə iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış 01/27644 nömrəli 21.08.2017-ci il tarixli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, ünvan 2 ünvana "İddiaçı" İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarından görünür ki, Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 07 mart 2016-cı il, 15 sentyabr 2016-cı il, 28 noyabr 2016-cı il, 27 dekabr 2016-cı il, 30 yanvar 2017-ci il, 25 sentyabr 2017-ci il, 25 oktyabr 2017-ci il, 15 noyabr 2017-ci il, 22 dekabr 2017-ci il, 19 yanvar 2018-ci il, 12 fevral 2018-ci il, 16 mart 2018-ci il, 19 aprel 2018-ci il, 28 iyun 2018-ci il,31 iyul 2018-ci il, 25 sentyabr 2018-ci il, 31 oktyabr 2018-ci il, 30 noyabr 2018-ci il,28 dekabr 2018-ci il, 31 yanvar 2019-cu il,28 fevral 2019-cu il, 29 mart 2019-cu il, 30 aprel 2019-cu il, 30 may 2019-cu il, 28 iyun 2019-cu il, 31 iyul 2019-cu il, 30 avqust 2019-cu il, 30 sentyabr 2019-cu il, 30 oktyabr 2019-cu il, 29 noyabr 2019-cu il, 30 dekabr 2019-cu il, 30 yanvar 2020-ci il, 28 fevral 2020-ci il, 17 mart 2020-ci il tarixli aktlar tərtib edilmişdir. İş materiallarına fotoşəkillər əlavə olunur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh yaşadığı mənzilində təbii qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə onun iddiaçı təşkilata 7425,90 AZN borcu yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Hazırda iddiaçı tərəfindən 7425,90 AZN məbləğində borc cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə həm paylayıcının, həm də istehlakçının qanunla qorunan mənafelərini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, ağlabatan məbləğdə tutulmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, istehlakçının qaz sayğacına müdaxilələr etməsi və paylayıcıya zərər verməsi ilk olaraq 07 mart 2016-cı il tarixdə aşkar edilmişdir. Yuxarıda sadalanan aktlar və abonentin saldosu isə sözügedən pozuntunun 2020-ci ilin mart ayınadək davam etdiyini göstərir. Belə olan halda, iddiaçı tərəfindən tələb edilən məbləğ istehlakçının 07 mart 2016 – 17 mart 2020-ci il tarixləri arasında yol verdiyi pozuntulara görə tutulmalıdır. Məhkəmə hesab edir ki, istehlakçıdan, yəni cavabdehdən 07 mart 2016– 17 mart 2020-ci il tarixləri üçün tutulmalı məbləğ hər aya görə ortalama ağlabatan məbləğ kimi (yay ayları üçün sərfiyyatın az olduğunu nəzərə alaraq, yay aylarında aylıq 32 manat 40 qəpik, qış aylarında sərfiyyatın artdığını nəzərə alaraq, qış ayları üçün 50 (əlli) manat, cəmi 1730,60 (bir min yeddi yüz otuz manat altmış qəpik) manat məbləğinin tutulmasını ədalətli hesab edir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ vardır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinin tərkibinə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın bir hissədə təmin olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 241 – 244, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 1730,60 (bir min yeddi yüz otuz manat altmış qəpik) manat məbləğində zərərin, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-545/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-545/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver