Məhkəmə qərarları › İş №2(006)-5460/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5460/2020

19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5460/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, cavabdeh X6 iştirakları ilə İddiaçı cavabdeh X8 qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin xx xxxx 2007-ci tarixli, 2-11851/2007 saylı qətnaməsinə əsasən xx xxxxx 2003-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2007-ci il tarixdən başlayaraq X6 hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi həcmində alimnet tutularaq ona verilməsi, xx xxxxx 2003-cü il tarixdə anadan olmuş X3 müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün X4 hər ay 50 manat alınaraq ona verilməsi, onun X8 qarşı xx xxxxx 2003-cü anadan olmuş X7 müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün X4 özünün xeyrinə hər ay 100 manat tutulması barəsində iddiasının hər ay üçün 50 manatdan artıq hissəsinin təmin edilməməsi, qətnamənin xx xxxxx 2003cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2007ci il tarixdən başlayaraq X6 hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi həcmində alimnet tutularaq ona verilməsi və xx xxxxx 2003-cü il tarixdə anadan olmuş X3 müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün X4 hər ay 50 manat alınaraq ona verilməsinə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. Övladının tələbatları günü gündən artır. Cavabdeh ona aliment pulundan başqa öz övladı üçün bir manat da olsa əlavə maddi yardım göstərmir. Bundan əlavə doğma övladı ilə maraqlanmır. O təkbaşına övladının tələbatını ödəyə bilmir. Hazırkı maddi vəziyyəti olduqca pisdir. Ona görə də hesab edir ki, cavabdehdən alimnetin miqdarı dəyişdirilərək bir uşaq üçün 170 manat məbləğində aliment tutulmalıdır. Cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən uşaqlarının saxlanılması üçün 2020-ci ilə olan minimum əmək haqqını ödəməlidir. Göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2-1851/2007 saylı, xx xxxx 2007-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş xx xxxxx 2003-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin ¼ hissəsi həcmində alimentin tutulması dəyişdirilərək cavabdehdən hər ay 170 manat (bir yüz yetmiş) manat, xx xxxxx 2003-cü il tarixdə anadan olmuş X3 müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün cavabdehdən hər ay 50 manat miqdarında pulun artırılaraq 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutuması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək qeyd etmişdir ki, qızı talesimiya xəstəsidir və ona mülaicələr ilə bağlı pul lazım olur, bu özünü əvvəlki məhkəmə qətnaməsində də göstərmişdir və bu halları nəzərə alaraq onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X11 iddia ərisəzinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2- 1851/2007 saylı, xx xxxx 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin olunmuş, xx xxxxx 2003-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2007-ci il tarixdən başlayaraq X6 hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi həcmində alimnet tutularaq X9 verilməsi, xx xxxxx 2003-cü il tarixdə anadan olmuş X3 müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün X4 hər ay 50 manat alınaraq X9 verilməsi, Quıiyeva Elena X2 oğluna qarşı xx xxxxx 2003-cü anadan olmuş X7 müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün X4 özünün xeyrinə hər ay 100 manat tutulması barəsində iddiasının hər ay üçün 50 manatdan artıq hissəsinin təmin edilməməsi, qətnamənin xx xxxxx 2003-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2007-ci il tarixdən başlayaraq X6 hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi həcmində alimnet tutularaq X9 verilməsi və xx xxxxx 2003-cü il tarixdə anadan olmuş X3 müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün X4 hər ay 50 manat alınaraq X9 verilməsinə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2009-cu il tarixdə verilmiş AZ-İİ № 285186 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X11, anası İddiaçıdır. İş materiallarında olan xəstənin ambulator, stasionar tibbi kartasından Çıxarışlardan görünür ki, X1 B-talassemiya xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Talassemiya Mərkəzi tərəfindən verilmiş Tibbi Arayışdan görünür ki, 24.-4.2003-cü il təvəllüdlü X10 xx.xx.2017-ci il tarixdən Respublika Talassemiya Mərkəzində Beta talasssemiya gen daşıyıcısı diaqnozu ilə qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin faktiki nikahdan olan övladı Qurbanova Alinanın saxlanılması üçün məhkəmə tərəfindən 4/1 hissəvi olan aliment tutulmuş, hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin məbləğində dəyişiklik edilərək aylıq 170 manat sabit pul məbləğində alimentin tutulması və müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün cavabdehdən hər ay 50 manat miqdarında pulun artırılaraq 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin gəlirləri dəyişkəndir və bu halın özü iddiaçının maraqlarına və uşağın saxlanılması üçün çətinliklər yaratdığından alimetin tutulması sabit pul məbləğində ödənilməlidir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini, uşağın mənafelərini, onun saxlanılması üçün və uşaqlar üçün yaşayış minimumun 170 manat olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və alimentin tutulması dəyişdirilərək sabit pul məbləğində hesablanmaqla aylıq 170 manat məbləğində müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddianın müalicə xərclərinin ödənilməsi üçün 100 manat cavabdehdən tutulması hissəsinə dair iddianı da əsaslı hesab edir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Yasamal rayon Məhkəməsinin 2-1851/2007 saylı, xx xxxx 2007-ci il tarixli qətnaməsi ilə müəyyən olmuş alimentin forması dəyişdirilərək cavabdeh X4 xx.xx.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində 170 manat, müalicə ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün isə 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, aliment məbləğləri isə bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Yasamal rayon Məhkəməsinin 2-1851/2007 saylı, xx xxxx 2007-ci il tarixli qətnaməsi ilə müəyyən olmuş alimentin forması dəyişdirilərək cavabdeh X4 xx.xx.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat, müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün isə 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar