Məhkəmə qərarları › İş №2(006)-5485/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5485/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5485/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 529 manat əsas borc və 30 manat dövlət rüsumu, cəmi 559 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, cavabdeh X2 ilə 21 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtinə görə o, dəyəri 1499 manat olan “inline” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarlar cavabdehə verilmişdir. Müqavilənin 2.4 bəndinə əsasən cavabdeh müqavilə bağlayarkən satıcıya 0 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 1499 manat isə hər ay 70 manat olmaqla 26 ay müddətinə ödəməli idi. Cavabdeh müqavilənin şərtini pozaraq 529 manat məbləğində su təmizləmə sisteminin pulunu borcunu ödəməkdən imtina etmişdir. Satıcı tərəfindən alıcı ilə mübahisənin məhkəməyə qədər xəbərdarlıq qaydada nizama salınmasına riayət edilərək borcluya müvafiq borcunu ödəməsi üçün dəfələrlə xəbərdarlıq olunsa da borclu öhdəliklərini icra etməmişdir. Sonuncu dəfə cavabdeh X2 30 avqust 2019-cu ildə ödəniş eləmişdir. Sonda iddiaçı iddianın təmin olunmasını Məhkəmədən xahiş etdi. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə cavabdeh X2 ilə 21 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin şərtinə görə o, dəyəri 1499 manat olan “inline” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarlar cavabdehə verilmişdir. Müqavilənin 2.4 bəndinə əsasən cavabdeh müqavilə bağlayarkən satıcıya 0 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 1499 manat isə hər ay 70 manat olmaqla 26 ay müddətinə ödəməli idi. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X2 ilə 21 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtinə görə o, dəyəri 1499 manat olan “inline” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarlar cavabdehə verilmişdir. Müqavilənin 2.4 bəndinə əsasən cavabdeh müqavilə bağlayarkən satıcıya 0 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 1499 manat isə hər ay 70 manat olmaqla 26 ay müddətinə ödəməli idi. Cavabdeh müqavilənin şərtini pozaraq 529 manat məbləğində su təmizləmə sisteminin pulunu borcunu ödəməkdən imtina etmişdir. Beləliklə göründüyü kimi, iddiaçı öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh isə müqavilədə nəzərdə tutulmuş öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası MM-nın 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 529 manat əsas borc və 30 manat dövlət rüsumu, cəmi 559 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 529 manat əsas borc və 30 manat dövlət rüsumu, cəmi 559 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar