Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5541/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı oğlunun cavabdehləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə yaranmış olan öhdəliyin tam şəkildə icra edilməsinin məhkəmə tərəfindən təsdiq edilməsi və apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş əqdin əhəmiyyətsiz əqd hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı oğlu cavabdehləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə yaranmış olan öhdəliyin tam şəkildə icra edilməsinin məhkəmə tərəfindən təsdiq edilməsi və apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş əqdin əhəmiyyətsiz əqd hesab edilməsi” tələbinə dairiddia ərizəsiiləməhkəməyəmüraciət etmişdir. Hesab edirəm ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149-cu maddəsinin tələblərinə tam uyğun olmadığından ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsirndə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən, iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarır. Beləliklə, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin geri qaytarılması, buna səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı oğlunun cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə yaranmış olan öhdəliyin tam şəkildə icra edilməsinin məhkəmə tərəfindən təsdiq edilməsi və apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş əqdin əhəmiyyətsiz əqd hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5541/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5541/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver