Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5584/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “ona qarşıstandartlara uyğun olmayan 147.5 manat faiz borcu yazdığı üçün həmin faiz borcunun silinməsi, indiyə kimi ondan faiz borcu kimi tutulmuş borc məhkəmənin tələbinə əsasən İrşad Elektriniks” MMC tərəfindən hesablanaraq çıxılması və yerdə qalan ana məbləğin 247 manatdan çox olmayaraq borcunu hissə-hissə yenidən üstünə faiz gəlmədən ödəməyi barədə” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı cavabdeh“xxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “ona qarşıstandartlara uyğun olmayan 147.5 manat faiz borcu yazdığı üçün həmin faiz borcunun silinməsi, indiyə kimi ondan faiz borcu kimi tutulmuş borc məhkəmənin tələbinə əsasən İrşad Elektriniks” MMC tərəfindən hesablanaraq çıxılması və yerdə qalan ana məbləğin 247 manatdan çox olmayaraq borcunu hissə-hissə yenidən üstünə faiz gəlmədən ödəməyi barədə” tələbinə dairiddia ərizəsiiləməhkəməyəmüraciət etmişdir. Hesabedirəmki, iddia ərizəsinin forması və məzmunu AzərbaycanRespublikasıMülki Prosessual Məcəlləsinin (MPM) 149-cu maddəsinin tələblərinə tam uyğun olmadığından onaəlavəedilmişsənədlərlə birlikdə geriqaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsirndə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən, iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarır. Beləliklə, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin geri qaytarılması, buna səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh“xxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “ona qarşıstandartlara uyğun olmayan 147.5 manat faiz borcu yazdığı üçün həmin faiz borcunun silinməsi, indiyə kimi ondan faiz borcu kimi tutulmuş borc məhkəmənin tələbinə əsasən İrşad Elektriniks” MMC tərəfindən hesablanaraq çıxılması və yerdə qalan ana məbləğin 247 manatdan çox olmayaraq borcunu hissə-hissə yenidən üstünə faiz gəlmədən ödəməyi barədə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5584/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5584/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver