Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-564/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, 17 saylı evin, 93 saylı mənzilinə su axıdılması nəticəsində dəymiş maddi zərərə görə 4500 manat və ödənilmiş 65 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi, həmçinin, mənzilə axan su axımının qarşısının alınması üçün görülməli olan zəruri tədbirlərin (cavabdehə məxsus mənzildən ona məxsus mənzilə su axımının qarşısının alınması üçün lazım olan təmir işlərinin aparılmasının) cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, 17 saylı evin, 93 saylı mənzili iddiaçının şəxsi mülkiyyətindədir. Mənzil binanın 1-ci mərtəbəsində yerləşir, ondan yuxarıda, yəni 2-ci mərtəbədə yerləşən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, Cavadxan küçəsi, 17 saylı evin, 96 saylı mənzili Cavabdeh məxsusdur. Cavabdeh özünə məxsus mənzili kirayəyə vermiş, həmin mənzildən iddiaçıya məxsus mənzilə dəfələrlə su axıdılıb və hal-hazırda da davam edir. Bunun nəticəsində mənzilin tavanında ciddi su izləri və çatlar əmələ gəlmiş, mənzilin elektrik xətləri sıradan çıxmış, həmçinin cavabdehin mənzilindən iddiaçıya məxsus mənzilə daim su sızması nəticəsində iddiaçının mənzilinin dəhliz, hamam, mətbəx və zirzəmisi pis vəziyyətə düşmüşdür. Cavabdehin mənzilindən su axıdılması nəticəsində iddiaçının mənzilinə 4500 manat ziyan dəymişdir. Qeyd edilən hallarla bağlı Bakı şəhəri, Nəsimi rayonu, MKTB-nin 31 saylı MKİS-in rəisi Vidadi Həsənov, mühəndisi Elsevər Ədilov və sahə nəzarətçisi Ümüdvar Darçınov tərəfindən xx.xx.2024-cü il tarixdə akt tərtib edilmiş və həmin aktda da Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, 17 saylı evin, 96 saylı mənzilinin Cavabdeh məxsus olması və həmin mənzilin sanitar qovşağının nasazlığı nəticəsində 93 saylı mənzilin dəhliz, hamam, mətbəx və zirzəmisinə su axıntısının baş verdiyi qeyd edilmişdir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən, məhkəmə iclasının 24 iyun 2025-ci il tarixli qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, ekspert və mütəxəssis rəylərini nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. Qeydiyyat Vəsiqəsindən və hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzil və həmin ünvanda yerləşən yarımzirzəmi İddiaçı mülkiyyətindədir.
7. Nəsimi Rayon İcra Hakimiyyəti MKTB 31 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilə baxış keçirən zaman məlum oldu ki, Cavabdeh məxsus 96 saylı mənzildən 93 saylı mənzilə su axıntısı baş vermişdir. Su axıntısı nəticəsində 93 saylı mənzilin dəhliz, hamam, mətbəx və zirzəmiyə ziyan dəymişdir.
8. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 66 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 96 nömrəli mənzil ünvan 3miş 4Ə-1/08 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydə alınmış və hazırda mülkiyyətindədir (məktuba sözügedən mənzilin cavabdehin mülkiyyətində olduğunu təsdiq edən çıxarış və digər sənədlər əlavə edilmişdir).
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 93 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin qərardada əlavə edilmiş məlumatları nəzərə alaraq, Bak şəhəri, Nəsimi rayonu, 5-ci mkr. Cavadxan küçəsində yerləşən 17 saylı evin 93 saylı mənzilinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, Cavadxan küçəsində yerləşən 17 saylı evin 96 saylı mənzilin sanitar-qovşağı tikilisinin faktiki olaraq söküldüyündən, təmir işləri aparıldığından, su-kanalizasiya xətləri yenisi ilə əvəz edildiyindən 93 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Aparılan hesablamalar nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, Cavadxan küçəsində yerləşən 17 saylı evin 93 saylı mənzildə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan işlərə sərf ediləcək (edilmiş) materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə esasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.
11. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların dəyəri cəmi 100 manat təşkil edir.
12. İş materiallarına, həmçinin, videogörüntülər olan 1 ədəd disk və fotoşəkillər əlavə edilmişdir.
13. xx.xx.2025-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, 350 manat məbləğində pul iddiaçı tərəfindən qiymətləndirmə məqsədləri üçün "xxxx" MMC-yə ödənilmişdir.
14. "xxxx" MMC-nin 22 may 2025-ci il tarixli, 04 BD nömrəli hesabatından görünür ki, ünvan 4 ünvanında yerləşən, İddiaçı məxsus, 36.79 kv.m ümumi sahəsindən ibarət, 2 otaqlı mənzilin, 11.3 kv.m sahəsindən ibarət giriş dəhlizi, sanitar qovşağı və mətbəx sahəsinə dəymiş zərərin xx.xx.2025-ci il tarixinə dəyəri 2500 manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə müəyyən etdi ki, ünvan 5 ünvanının 1-ci mərtəbəsində yerləşən 93 nömrəli mənzil İddiaçı, həmin binanın 2-ci mərtəbəsində yerləşən 96 nömrəli mənzil isə Cavabdeh məxsusdur. Cavabdehin mənzili iddiaçının mənzilinin üstündə yerləşir.
16. Hazırda iddiaçı cavabdehin mənzilindəki su-kanalizasiya sistemində problem olduğunu, bu problemlər səbəbindən ona məxsus mənzilə cəmi 4.500 manat məbləğində maddi ziyan dəydiyini iddia edərək, ziyanın əvəzinin və məhkəmə xərcinin cavabdehdən tutularaq ona verilməsini, mənzilindən su axmasının qarşısının alınması üçün müvafiq təmir işləri aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
c) Məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş akt, fotoşəkillər və videogörüntülər, o cümlədən məhkəmə araşdırmaları zamanı əldə edilmiş ekspert və mütəxəssis rəyləri iddiaçının mənzilinə su sızması faktını təsdiqləyir. 1-ci mərtəbədə yerləşən həmin mənzilə 2-ci mərtəbədə məhz onun üzərində yerləşən, cavabdehə məxsus mənzildən su sızması isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Nəsimi Rayon İcra Hakimiyyəti MKTB 31 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktla öz təsdiqini tapır. İddiaçının mənzilinə cavabdehə məxsus mənzildən su sızması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
18. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
19. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən təmin) olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
20. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?
21. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
22. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir.
23. Məhkəmə hesab edir ki, hazırkı işin faktiki halları məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1111.2-ci maddəsində nəzərdə tutulan deliktə uyğun gəlir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
27. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
30. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi kimi 4.500 (dörd min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, ev 17 ünvanında yerləşən 93 nömrəli mənzilə su axıdılmasının qarşısının alınması üçün ünvan 6 ünvanında yerləşən 96 nömrəli mənzildə zəruri tədbirlərin görülməsi (lazımi təmir işlərinin aparılması) vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır.
31. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, bütün xərclər cavabdehə aid edilməlidir.
Nəticə:
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 4.500 (dörd min beş yüz) manat məbləğində pul və 65 (altmış beş) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, ev 17 ünvanında yerləşən 93 nömrəli mənzilə su axıdılmasının qarşısının alınması üçün ünvan 6 ünvanında yerləşən 96 nömrəli mənzildə zəruri tədbirlərin görülməsi (lazımi təmir işlərinin aparılması) vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İş üzrə mütəxəssis rəyinin alınması üçün ödənilmiş 350 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova