Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-566/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixində kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1-ci bəndinə görə cavabdeh ondan 2200 manat məbləğində borc pul götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə görə cavabdeh götürdüyü borcu xx.xx.2022-ci tarixinə kimi ona qaytarmalı idi. Lakin həmin vaxtdan bu günə kimi ona dəfələrlə deyilməsinə baxmayaraq müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməmiş və qərəzli şəkildə borcu ona qaytarmamışdır. Cavabdeh həm əmək fəaliyyəti ilə məşğul olaraq yetərincə qədər yüksək əmək haqqı alır, həm də pensiya alır. Lakin buna baxmayaraq, ona maddi və mənəvi ziyan vurur. Ona görə də o məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən, Cavabdeh 2200 manat əsas borca görə və 42 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2242 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onunla cavabdeh arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi üzrə cavabdeh məhkəmə prosesi gedişində borcundan 970 manat ödəmişdir. İddia tələbinin qalan hissədə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir.
5. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 2200 manat məbləğində pulu borc vermişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və Bakı şəhəri 16 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 2200 manat məbləğində pulu borc vermişdir. Cavabdeh həmin müqavilədə bu barədə qeyd etməklə göstərilən məbləğdə pulu almış və bu məbləği xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 550 manat ödəmək şərti ilə iddiaçıya qaytarmağı barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd edilən müqavilə üzrə puldan cavabdeh tərəfindən məhkəmə prosesi gedişində 970 manat qaytarılmışdır. Cavabdehdən borcun qaytarılması dəfələrlə tələb edilsə də cavabdeh öz öhdəliyinin icrasından yayınmışdır. Hazırda iddiaçı cavabdehdən ödənilməmiş qalıq borcunun tutulmasını tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
10. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
11. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
12. Mülki Məcəllənin 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;
13. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
14. Mülki Məcəllənin əvvəlki redaksiyası ilə müəyyən edilmiş 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
15. Həmin Məcəllənin 739.2-ci maddəsinə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
16. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
17. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qeyd edir ki, verilmiş borcun ümumi məbləğini, habelə onun 970 manat hissəsinin qaytarılmasını nəzərə alıb, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh borcun qalıq hissəsi olan (2200-970=1230) 1230 manat məbləğində pul və ödənilmiş 32,30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
20. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən (1230 manat hissəsi) ödənilmiş 42 manat dövlət rüsumuda mütənasib hesablanmalı və cavabdehdən iddiaçının xeyrinə 32,30 manat pul tutulmaldır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 1230 (bir min iki yüz otuz) manat məbləğində pul və ödənilmiş 32,30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır.
23. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 1230 (bir min iki yüz otuz) manat məbləğində pul və ödənilmiş 32, 30 (otuz iki manat otuz qəpik ) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.