Məhkəmə qərarları › İş №2(006)-5683/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5683/2021

08.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5683/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iştirakları iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildən və həmin ünvanda yerləşən özbaşına tikilmiş yaşayış və qeyri-yaşayış sahələrindən cavabdehlərin və digər şəxslərin çıxarılması, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi, cavabdeh və digər şəxslərin həmin mənzildən və həmin ünvanda yerləşən digər yaşayış və qeyri yaşayış sahələrindən istifadəyə maneələrin cavabdehlərə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib izahatında bildirdi ki, Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələndirilməsi üçün 07.04.2005-ci il tarixdə təsis edilən "xxxx" MTK-ya 0,5 ha torpaq sahəsi ayrılmışdır. Bu məqsədlə X7 təşəbbüsü ilə 07.04.2005-ci il tarixdə "xxxx" MTK yaradılmış və təsisçilərdən bacısı X10 "xxxx" MTK-nın sədri təyin edilmişdir. X12 tikinti işlərinə başlamazdan əvvəl ərazidə qanuni və özbaşına tikililərdə yaşayan ayrı-ayrı vətəndaşlarla danışıqlar aparmış və ərazidəki ən böyük tikililərdən olan həm yaşayış, həm də qeyri-yaşayış sahələri daxil olmaqla Cavabdeh4 və ailə üzvlərinin istifadəsində olan həmin dövrdə 1000 kvadratdan çox yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısına dair razılıq əldə edilmişdir. Bu məqsədlə 01.03.2005-ci il tarixdə Cavabdeh4 özünə və övladlarına məxsus obyektlərin satılması üçün ******* ABŞ dolları (bir milyon yüz min ABŞ dolları) X12 ilə razılığa gəlməyinə dair iltizam yazmışdır. Daha sonra 10.03.2005-ci il tarixdə razılaşmaya əsasən 38000 ABŞ dolları almış, daha sonra oğlu 07.06.2005-ci il tarixdə Cavabdeh2 razılaşdırılmış məbləğdən 40.000 ABŞ dolları almış, daha sonra Cavabdeh4 və ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 evin alqı-satqısınadək 100.000 ABŞ dolları Sovetskidə mənzil alınmasına, 120.000 ABŞ dolları Fabrisus küçəsində mənzil alınmasına, 86000 ABŞ dolları qızına ev alınmasına, 20000 ABŞ dolları maşın alınmasına, 35000 ABŞ dolları oğlunu işə düzəldilməsinə pul vəsaiti almışdır. Hətta bu məqsədlə Cavabdeh4, X12 ilə əldə edilən razılığa əssən həm özünün həm də ailə üzvlərinin istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələrinin əvvəlcədən vəd etdiyi digər "xxxx" MTK-ya (X20) onun mülkiyyəti və istifadəsində olan sahələrdə tikinti işləri aparmasına dair notarial qaydada 15.01.2005-ci il tarixli verdiyi ərizəsindən 02.03.2006-cı il tarixdə notarial qaydada imtina etmişdir. Bundan sonra 17.03.2006-cı il tarixdə qeyd edilən yaşayış və qeyri-yaşayış ailələrindən yeganə mülkiyyət sənədi olan Fabrik küçəsi ev 17 ünvanında yerləşən sahələrdən ümumi sahəsi 57.8 kv.metr olan yaşayış sahəsini (faktiki 1000 kvadratdan artıq olan sənədsiz yaşayış və qeyri yaşayış sahələrini) alqı-satqı müqaviləsi ilə 356000 ABŞ dollarının həmin dövrdə manata olan məzənnəsi ilə sataraq ümumi alqı-satqını rəsmiləşdirilmişdir. Alqı-satqı məbləğindən də müəyyən olunur ki, 57.8 kvadrat sahə qeyd edilən ərazidə qiymətinin 356000 ABŞ dolları olması reallıqdan kənardır. Alqı-satqı müqaviləsi Cavabdeh2 ilə X7 bacısı və VMS İnşaat MTK-nın sədri olan X11 ilə bağlanmışdır. Beləliklə ümumilikdə mənzil qarışıq 795000 ABŞ dolları pul vəsaiti verilmişdir ki, qalan vəsaitin əvəzinə razılaşmaya əsasən tikiləcək mənzildən vəsait veriləcəkdir. Müqaviləyə əsasən tərəflərə bir ay vaxt verilsə də tərəflər arasında qohumluq münasibəti olduğundan cavabdelərin yaşayış və qeyri-yaşayış sahələrinin bir neçə ay uzanmasına X12 etiraz etməmişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq cavabdehlər razılaşmadan kənara çıxaraq yaşayış və qeyri-yaşayış sahələrini tərk etməmişlər. Bu müddətdə X12 qeyd edilən ərazidə layihələndirmə işlərinin başlanması üçün kommunal orqanlarla razılaşma aparmış, buna dair rəylər əldə etmişdir. Keçən müddət ərzində cinayət işində təqsirli bilinməsi ilə əlaqədar uzun müddət ərazinin layihləndirilməsi və digər işlərin icrasında ləngimələr olmuşdur. Lakin buna baxmayaraq cavabdehlər nə mənzilləri və qeyri-yaşayış sahələrini təhvil vermiş, nə də ki, aldıqları vəsaitləri geri qaytarmışlar. X2 vərəsəsinin admdan etibarnamə əsasında X1 17, hazırkı Şövqiyar Abdullayev küçəsi 17 ünvanıda yerləşən yaşayış sahələri və qeyri yaşayış sahələri İddiaçı adına rəsmiləşdirilmişdir. Keçən müddət ərzində cavabdeblər iddiaçının mülkiyyətində olan əmlaklardan nəinki faydalanaraq yaşamış qeyri-yaşayış sahələrindən gəlir götürmüş, eyni zamanda edilən xəbərdarlıqlara anayaraq, tikinti işlərini qadağan olunmasına baxmayaraq qeyri-qanuni yollarla mövcud yaşayış və qeyri- yaşayış sahələrinin ölçülərini artırmışlar. Baxmayaraq ki, rənam əsasında ərazidə tikini işləri qadağan olunmuş, baxmayaraq ki Zərgərovanın və V.Zərgərovun sədrliyi ilə icra hakimiyyətinə müxtəlif vaxtlarda MS İnşaat MTK adından müraciətlər edilmiş, ayrı-ayrı vətəndaşlar, o cümlədən cavabdehlər müxtəlif illərdə yaranmış vəziyyətdən sui-istifadə edərək özlərinə əlavə yaşayış və qeyri-yaşayış sahələri əldə etmişlər. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı Cavabdeh4 və qeyrilərinə qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evdən və həmin ünvanda yerləşən özbaşına tikilmiş yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılma, istifadə hüququna xitam verilməsi və həmin sahələrdən istifadəyə maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi ilə tanış olduqdan sonra belə qənaətə gəlir ki, iddia ərizəsi tam əsassızdır və rədd olunmalıdır. Belə ki, Cavabdeh2 özünə məxsus olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 57.8 kv. metrdən ibarət olan fərdi yaşayış evini 17.03.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X3. Fərdi yaşayış evinin qiyməti tərəflər arasında olan razılaşmaya əsasən 138.000 manat müəyyən edilmişdir. Lakin müqavilədə bu məbləğ alıcı tərəfin xahişi ilə 273 000 manat göstərilmişdi. Qeyd edilən fərdi yaşayış evinin Bakı şəhər İcra Hakimiyyətindən gələn nümayəndələrə göstərilməsi üçün məbləğ yüksək yazılmışdır. Bundan sonra Cavabdeh4 Vahid Zərgərovdan 38000 ABŞ dolları, Cavabdeh2 isə 40000 ABŞ dolları almışdı. Qeyd edilən pul məbləğləri də mübahisəli fərdi yaşayış evinin alqı-satqısı üçün qeyd edilmiş 138.000 manatın tərkibinə daxildir. Alıcı fərdi yaşayış evini aldıqdan sonra oranı sökmüşdür. Bundan sonra, alıcı cavabdehlərə bəlli olmayan səbəbdən həmin ərazidə heç bir tikinti və quraşdırma işi aparmamışdır. Beləliklə, həmin ərazi boş qalmışdır. Bu hadisə 16 il bundan əvvəl olmuş və indiyə kimi həmin ərazilərə yaxın yerlərdə qonşular tərəfindən çoxsaylı tikinti və söküntü işləri aparılmışdır. Ona görə də həmin ərazinin dəqiq yeri belə bəlli deyildir. İddiaçı isə həmin fərdi yaşayış evinə baxmadan almışdır. Çünki olmayan fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanması da ağlabatan deyildir. İddia ərizəsində qeyd edilir ki, Nəsimi rayonu, S. Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələndirilməsi üçün 07.04.2005-ci ıl tarixdə təsis edilən "VMS İnşaat MTK”-ya 0,5 ha torpaq sahəsi ayrılmışdır. Bu məqsədlə X13 inşaat təşəbbüsü ilə 07.04.2005-ci il tarixdə "xxxx" MTK yaradılmışdır. İddiaçı mübahisəli əmlakı 2021-ci il tarixdə alqı-satqı yolu ilə əldə etmişdir. Belə olan halda, onun hansı əsasla ona aidiyyəti olmayan və işdə iştirak etməyə cəlb edilməyən "xxxx" MTK barəsində qeyd etməsi, MTK-ya sərəncamla torpaq sahəsinin ayrılmasını bilməsi, cavabdehlərin guya MTK-nın sahibi Vahid Zərgərov qarşısında öhdəlik götürməsini qeyd etməsi anlayışları deyil. İkincisi isə, Bakı şəhər İcra Hakimiyyətinin 27.04.2005-ci il tarixli sərəncamına diqqət yetirdikdə müəyyən olunur ki, Nəsimi İH-nin 10.03,05-ci il razılıq məktubu, 'VMS İnşaat' MTK-nın 14.01.2005-ci il müraciəti nəzərə alınaraq Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Əgər MTK 27.04.2005-ci il tarixdə təsis edilmişdirsə, o zaman sərəncamda MTK-nın 14.01.2005-ci il tarixdən əvvəla, yəni təsis edilməsindən əvvələ olan məktuba necə istinad oluna bilərdi. Həmçinin, qeyd etmişdir ki, 01 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 03.06 2009-cu il tarixli qətnaməsi ilə "xxxx" MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilməsi qət edilmişdir. Beləliklə, həmin MTK hazırda mövcud deyildir. Göründüyü kimi iddia ərizəsində qeyd edilənlərin heç bir əsası yoxdur və iddiaçı qeyd etdiklərində heç də səmimi deyildir. Bundan başqa, iddia ərizəsində qeyd edir ki, 01.03.2005-ci il tarixdə Cavabdeh4 özünə və övladlarına məxsus obyektlərin satılması üçün 1.100.000 ABŞ dolları X12 ilə razılığa gəlməyinə dair iltizam yazmış, daha sonra 10.03.2005-ci il tarixli razılaşmaya əsasən 38000 ABŞ dolları almış, oğlu Cavabdeh2 07.06.2005-ci il tarixdə 40000 ABŞ dolları almış, Cavabdeh4 və ailə üzvləri Cavabdeh2 Cavabdeh3, Cavabdeh1 evin alqı-satqısınadək 100000 ABŞ Dolları Sovetskidə mənzil alınmasına, 120000 ABŞ dolları Fabrisus küçəsində mənzil alınmasına, 86000 ABŞ dolları qızına ev alınmasına, 20000 ABŞ dolları maşın alınmasına, 35000 ABŞ dollar oğlunu işə düzəltməyə goru almışdır. Bununla əlaqədar qeyd edir ki, birincisi, Cavabdeh4 özünə və övladlarına məxsus əmlakların alqı-satqısı üçün 1.100.000 dollar pulun əldə edilməsinə dair öhdəlik götürməsi həmin pulun tam olaraq Cavabdeh4 verilməsini təsdiq etmir. İkincisi isə iddia ərizəsinə yalnız Cavabdeh4 10.03.2005-ci ildə 38.000 ABŞ dolları və Cavabdeh2 15.03.2005-ci ildə 40.000 ABŞ dolları almasına dair sübutlar əlavə edilmişdir. Cavabdeh4 və ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Sovetskidə mənzil alınması üçün 100000 ABŞ dolları, Fabrisus küçəsində mənzil alınması üçün 120000 ABŞ dolları, qızına ev əlınması üçün 86.000 ABŞ dolları, avtomaşın alınması üçün 20.000 ABŞ dolları və oğlunu işə düzəltmək üçün 35000 ABŞ dolları məbləğində pulun alınmasına dair heç bir sübut yoxdur. Bütün qeyd edilənlər iddiaçının uydurmasıdır. Onu da qeyd edir ki, Cavabdeh4 yalnız öz mülkiyyətində olan əmlaka görə cavabdehdir. O, yetkinlik yaşına çatmış övladları olan digər cavabdehlərin mülkiyyətinə dair sərəncam vermək hüququna malik deyildir. Həmçinin, onu qeyd edir ki, Cavabdeh4 tərəfindən tərtib edilmiş 1.100.000 məbləğində pulun hansı ölkənin pul vahidi ilə alınması bəli deyil Cavabdeh4 isə hazırda səhhəti ilə əlaqədar yaddaşını itirmiş, ümumiyyətlə Vahid adlı şəxsdən pul almadığını bildirir. Vahidin adının isə Vahid, yoxsa Vaqif olması da bəlli deyil. Çünki iltizamda da bununla əlaqədar düzəliş edilmişdi. Daha sonra, iddia ərizəsində qeyd edilir kı 17.03.2006cı ıl tarixdə Fabrik küçəsi 17 ünvanda yerləşən, ümumi sahəsi 57.8 kv metrdən ibarət yaşayış sahəsi (faktiki 1000 kvadrat metrdən artıq sahə) alqı-satqı müqaviləsi ilə 356000 ABŞ dollarının həmin dövrdə manatla olan məzənnəsi ilə satılmışdı. Bununla əlaqədar qeyd edir ki, 17.03.2006-cı il tarixli alqı-satqı müqaviləsində satılan əmlakın qiyməti 273.000 manat göstərilsə də, 04.02.2021-ci il tarixli alqı-satqı müqaviləsində satılan əmlakın qiyməti 68000 manat göstərilmişdir. Bu hal mübahisəlidir. Əslində keçən 16 il ərzində daşınmaz əmlakın qiyməti artmışdır, lakin burada isə əhəmiyyətli dərəcədə azalmışdır. Həmçinin, qeyd edir ki, satılmış əmlakın ümumi sahəsi 57.8 kv metr olmuş və satıldığı gün satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Həmin əmlakın faktiki olaraq 1000 kv metrdən artıq olması heç nə ilə sübuta yetirilmir. Yuxanda qeyd edildiyi sahəsi 57.8 kv metrdən ibarət Zeynalov tərəfindən Almaz Zərgərovaya satıldıqdan müəyyən müddət sonra sonuncu (alıcı) tərəfindən sökülmüşdür. Hazırda həmin ünvanda olan cavabdehlərə məxsus olan tikililərin isə iddiaçıya heç bir aidiyyəti yoxdur. Alıcı əmlakı aldıqdan sonra sökdüyünə görə həmin əmlakın dövlət reyestrində qeydiyyat yazısı da ləğv edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmamalıdır. Belə ki, məhkəmə və proses iştirakçıları mübahisəli ünvan 5 ünvanında yerləşən fərdi yaşayiş evlərə baxış kecirərkən müəyyən edilmişdir ki, həmin ünvanda bir necə tikililər mövcuddur. Həmin tikililərdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ailələri ilə birlikdə yaşayırlar. Cavabdeh3 və Cavabdeh2 birmərtəbəli tikilidə, digərləri isə onlardan təcrid edilmiş ikimərtəbəli tikililərdə yaşayırlar. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin №057988 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57,8 kv.m yaşayış sahəsi 25,5 kv.m olan iki otaqlı mənzil Cavabdeh2 xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 731 səhifə 109815 qeydəalma 03.12.1996-cı il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Cavabdeh2 ilə X10 arasında bağlanmış AN-İ №0068612 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57,8 kv.m yaşayış sahəsi 25,5 kv.m olan iki otaqlı mənzil Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan İddiaçı ilə X9 arasında bağlanmış AN-İ №0068612 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 17 mənzilinin 57,80 kv.m hissəsi alıcının mülkiyyətinə keçir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin çıxarışından görünür ki, satıcı Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 17 mənzilinin 57,80 kv.m hissəsinə tam mülkiyyət hüququ almışdır. İş materiallarında olan Azərbaycan Respublikası 01 saylı Bakı yerli İqtisad Məhkəməsinin qətnaməsindən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində 24.05.2004-cü ildə 01.04.-P58 -40184 saylı qeydiyyatdan keçmiş "xxxx" MTK-nın iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində 07.04.2005-ci ildə 0105-P/109-42690 saylı qeydiyyatdan keçən "xxxx" MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilmiş, Qətnamənin icrası Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir; 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsində yerləşən 57,80 kv.m ümumi sahəsi olan 17 saylı ev İddiaçı mülkiyyətindədir. Cavabdeh2 özünə məxsus olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 57.8 kv. metrdən ibarət olan fərdi yaşayış evini 17.03.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X3. Fərdi yaşayış evinin qiyməti tərəflər arasında olan razılaşmaya əsasən 138.000 manat müəyyən edilmişdir. Lakin müqavilədə bu məbləğ 273 000 manat göstərilmişdi. Bundan sonra Cavabdeh4 Vahid Zərgərovdan 38000 ABŞ dolları, Cavabdeh2 isə 40000 ABŞ dolları almışdı. Qeyd edilən pul məbləğləri də mübahisəli fərdi yaşayış evinin alqı-satqısı üçün qeyd edilmiş 138.000 manatın tərkibinə daxildir. Alıcı fərdi yaşayış evini aldıqdan sonra oranı sökmüşdür. Bundan sonra, alıcı cavabdehlərə bəlli olmayan səbəbdən həmin ərazidə heç bir tikinti və quraşdırma işi aparmamışdır. Beləliklə, həmin ərazi boş qalmışdır. Bu hadisə 16 il bundan əvvəl olmuş və indiyə kimi həmin ərazilərə yaxın yerlərdə qonşular tərəfindən çoxsaylı tikinti və söküntü işləri aparılmışdır. İddiaçı mübahisəli əmlakı 2021-ci il tarixdə alqı-satqı yolu ilə əldə etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 27.04.2005-ci il tarixli sərəncamına əsasən, Nəsimi İH-nin 10.03.05-ci il razılıq məktubu, “VMS İnşaat' MTK-nın 14.01.2005-ci il müraciəti nəzərə alınaraq Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 01 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 03.06 2009-cu il tarixli qətnaməsi ilə "xxxx" MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilməsi qət edilmişdir. Beləliklə, həmin MTK hazırda mövcud deyildir. Hazırda həmin ünvanda olan tikililərdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşayırlar. Həmin tikililərin təsdiq edən sənəd texniki pasportu İddiaçı məhkəməyə təqdim edə bilməmişdi. Həmçinin İddiaçı ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev 17 ünvanında yerləşən mənzilin cavabdehlər tərəfindən zəbt etdiyini, həmin ünvanda yerləşən qeyri yaşayış sahələrdən gəlir götürülməsi, qeyri yaşayış sahələrinin ölçülərin artırılması iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddia tələbi iş materialları və işin faktiki halları ilə öz təsdiqini tapmadı. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ünvan 1 ünvanında yerləşən mənzildən və həmin ünvanda yerləşən özbaşına tikilmiş yaşayış və qeyri-yaşayış sahələrindən cavabdehlərin və digər şəxslərin çıxarılması, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi, cavabdeh və digər şəxslərin həmin mənzildən və həmin ünvanda yerləşən digər yaşayış və qeyri yaşayış sahələrindən istifadəyə maneələrin cavabdehlərə qadağan edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ünvan 1 ünvanında yerləşən mənzildən və həmin ünvanda yerləşən özbaşına tikilmiş yaşayış və qeyri-yaşayış sahələrindən cavabdehlərin və digər şəxslərin çıxarılması, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi, cavabdeh və digər şəxslərin həmin mənzildən və həmin ünvanda yerləşən digər yaşayış və qeyri yaşayış sahələrindən istifadəyə maneələrin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar