Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5699/2025 06.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı "mənzilə köçürülmə və istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı "mənzilə köçürülmə və istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və ailə üzvləri olan - İddiaçı2, İddiaçı3, İddiaçı4, X7, İddiaçı5, həmçinin xx.xx.2023-cü il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X3 Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 7 saylı mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinə uyğun izahat vərərək onun təmin olunmasını xahiş etdilər. Digər iddiaçılar və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar, göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, artıq eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə qətnaməsi mövcud olduğundan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı "mənzilə köçürülmə və istifadə hüququnun tanınması" tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1377/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi cavabdehlər X2 və qeyrilərinə qarşı «qeyriyaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1377/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər X2, X8, X9, İddiaçı4, X10 və Şahbazov Yusif əlvan oğlu Bakı şəhəri Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evə bitişik sahəsi 85.0 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4648/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-332/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 oktyabr 2024-cü il tarixli 2(103)-4648/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş qətnamə olmasına baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı "mənzilə köçürülmə və istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. İş materiallarından göründüyü kimi, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı "mənzilə köçürülmə və istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, halbuki o, X1, X4, X5, İddiaçı4, X6 və Şahbazov Yusif əlvan oğlunun Bakı şəhəri Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evə bitişik sahəsi 85.0 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmaları ilə bağlı məhkəmə qətnaməsindən şikayət verməklə, bu məsələdə pozulduğu ehtimal edilən hüquqlarının bərpası üçün qanunvericiliklə ona verilmiş məhkəmə müdafiəsi imkanlarından artıq istifadə etmişdir. Belə ki, qeyd edilən iddianın («mənzildən çıxarılma») və hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı olan iddianın («mənzilə köçürülmə və istifadə hüququnun tanınması») qanuni əsasları və predmeti (Bakı şəhəri Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı ev), habelə iş üzrə cəlb edilmiş tərəflər eyni olub, hər hansı bir fərqli hallar mövcud deyildir, iddia isə formal xarakter daşıyır. Göstərilənlərə əsasən hazırda işə baxan məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı "mənzilə köçürülmə və istifadə hüququnun tanınması" tələbinə dair iddiası üzrə tərəflər, predmet və əsaslar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş mülki işdəki tərəflər, predmet və əsaslarla eynilik təşkil etdiyindən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə həmin məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, qeyd edilən mübahisəyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir və belə olduğu təqdirdə bu Məcəllənin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261.0.2, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı "mənzilə köçürülmə və istifadə hüququnun tanınması" tələbinə dair iddiası üzrə icraata xitam verilsin. İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-5699/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5699/2025
06.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver