Məhkəmə qərarları › İş №2(006)-570/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-570/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-570/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "əmlaka dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "əmlaka dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş sorğu məlumatına əsasən İddiaçı xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, əgər iddiaçının vərəsəsi təyin olunsa və bütün sənədlər yerində qalarsa, qanunauyğun şəkildə onlar sığorta ödənişini vərəsələrinə ödəyə bilərlər. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinin tələbinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "əmlaka dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə araşdırmaları zamanı iş üzrə tərəflərdən biri olan İddiaçı xx.xx.2025-ci il tarixdə ölmüşdür. Belə olan məhkəmə hesab edir ki, iş üzrə tərəflərdən biri olan İddiaçı xx.xx.2025-ci il tarixdə öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilməsinə baxmayaraq ölmüş şəxsin hüquqi varisi hüquq münasibətini dava etdirmək niyyəti olmadığından İddiaçı cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "əmlaka dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bundan başqa, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı (vərəsəsindən) alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "əmlaka dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı (vərəsəsindən) alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar