Məhkəmə qərarları › İş №2(006)-5709/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5709/2024

02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5709/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi sonradan dəqiqləşdirilmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3740/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin “aliment” hissəsinin ayrılaraq, ayrıca icraatda baxılması, həmin tələbə dair işə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır.

a) Məhkəmə prosesi:

3. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə hazırlıq iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil mülki işlərin birləşdirilməsinə etiraz etdiyini bildirdi.

5. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, məhkəmənin icraatında eyni iddiaçının eyni cavabdehə qarşı “nikahın pozulması və s.” tələbinə dair 2(006)-3740/2024 nömrəli mülki iş üzrə iddia ərizəsini və hazırkı mülki işi araşdıraraq hesab edir ki, hazırkı mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan digər mülki işə birləşdirilərək bir icraatda baxılması məqsədə müvafiqdir.

Əsaslandırıcı hissə:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.

7. İddia ərizələrini araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan tələblərə bir icraatda baxılması prosessual qənaət prinsipinə riayət olunmaqla, mübahisənin hərtərəfli həllinə nail olmağa imkan verəcəkdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-5709/2024 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-3740/2024 nömrəli mülki işə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə 2(006)-3740/2024 nömrəsi verilməlidir.

Nəticə:

8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-5709/2024 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi üzrə 2(006)- 3740/2024 nömrəli mülki işə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə 2(006)- 3740/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar