Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5741/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X7 qarşı «kredit müqaviləsi üzrə yaranmış kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh X3rşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 İddiaçı ASC-nin xeyrinə 103804-736207/3 nömrəli istehlak kredit müqaviləsi üzrə banka 4670,57 (dörd min altı yüz yetmiş manat, əlli yeddi qəpik) manat əsas borc, 816,93 (səkkiz yüz on altı manat, doxsan üç qəpik) manat faiz, 100892-PC********** nömrəli istehlak kredit müqaviləsi üzrə 26,45 (iyirmi altı manat, qırx beş qəpik) manat əsas borcu, 6,68 (altı manat, altmış səkkiz qəpik) manat cərimə borcu və 0 manat məbləğində faiz borcu olmaqla, cəmi 5520,63 (beş min beş yüz iyirmi manat, altmış üç qəpik) manat borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh X8 arasında bağlanmış 18 avqust 2020-ci il tarixli, 103804-736207/3 nömrəli istehlak kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, 16,5 % dərəcəsi ilə, 6000 (altı min) manat məbləğində kredit xətti açılmışdır. 18 iyul 2019-cu il tarixli, 100892- PC********** nömrəli istehlak kredit müqaviləsinə əssən borcluya 36 ay müddətinə, illik 0 % faiz dərəcəsi ilə maksimal limiti 3000 (üç min) manat kredit xətti çəkilmişdir. 10 avqust 2021-ci il tarixinə cavabdehin 103804-736207/3 nömrəli istehlak krediti müqaviləsi üzrə 26,45 (iyirmi altı manat, qırx beş qəpik) manat əsas borcu, 6,68 (altı manat, altmış səkkiz qəpik) manat cərimə borcu və 0 manat məbləğində faiz borcu, cəmi 5520,63 (beş min beş yüz iyirmi manat, altmış üç qəpik) manat məbləğində kredit borcu yaranmışdır. 18 avqust 2020-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin şərtlərinə əsasən, borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazmınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 18 avqust 2020-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə 1 saylı əlavədən görünür ki, 18.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 6000 manat məbləğində kredit xətti açılmış, əlavə sazişə əsasən isə kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 557.20 manat təşkil edir. 10.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 10.08.2021-ci il tarixli, 103804- 736207/3 nömrəli Kredit müqaviləsi üzrə 10.08.2021-ci il tarixə cavabdeh X5 İddiaçı ASCyə 4670,57 (dörd min altı yüz yetmiş manat, əlli yeddi qəpik) manat əsas, 816,93 (səkkiz yüz on altı manat, doxsan üç qəpik) manat faiz, ümumilikdə 5487,5 (beş min dörd yüz səksən yeddi manat, əlli qəpik) manat, məbləğində borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 148 gün təşkil edir. 23.04.2021-ci il tarixli, xəbərdarlıqlardan (pretenziya) görünür ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, ödənişlər həyata keçirilmədiyi təqdirdə kredit müqaviləsinə xitam verilməsi və borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 18.06.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh X8 Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 29, mənzil 33 ünvanında qeydiyyatdadır. 10.08.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyər hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; \ 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, cavabdeh X8 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh X2 risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X4 103804-736207/3 nömrəli istehlak kredit müqaviləsi üzrə 4670,57 (dörd min altı yüz yetmiş manat, əlli yeddi qəpik) manat əsas borc, 816,93 (səkkiz yüz on altı manat, doxsan üç qəpik) manat faiz, 100892-PC********** nömrəli istehlak kredit müqaviləsi üzrə 26,45 (iyirmi altı manat, qırx beş qəpik) manat əsas borcu, 6,68 (altı manat, altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 5520,63 (beş min beş yüz iyirmi manat, altmış üç qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X4 103804-736207/3 nömrəli istehlak kredit müqaviləsi üzrə 4670,57 (dörd min altı yüz yetmiş manat, əlli yeddi qəpik) manat əsas borc, 816,93 (səkkiz yüz on altı manat, doxsan üç qəpik) manat faiz borcu, 100892-PC********** nömrəli istehlak kredit müqaviləsi üzrə 26,45 (iyirmi altı manat, qırx beş qəpik) manat əsas borc, 6,68 (altı manat, altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 5520,63 (beş min beş yüz iyirmi manat, altmış üç qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5741/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5741/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver